Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-314/2022 29.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 06 iyul 2006-cı il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0778 nömrəli, 30508018 kodlu dövlət aktının digər mülkiyyətçi ilə yanaşı, onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37/11 nömrəli qərarı ilə 4,71 ha torpaq sahəsi onların və digər ailə üzvünün mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyət torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0778 nömrəli, 30508018 kodlu dövlət aktı ilə tanınır. Qeyd olunan dövlət aktında Ərizəçi2 ata adı ümumiyyətlə yazılmasa da, digər Ərizəçi1 ata adı səhv olaraq “Seyfətdin” kimi qeyd edilmişdir. Aktda olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Aktı verən Siyəzən rayon DTXK-nin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon VVAQ bürosu tərəfindən 10 avqust 1953-cü il tarixdə verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 10 avqust 1953-cü il tarixdə nikahlarını bağlamış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında həmin gün 62 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Nurullayeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon VVAQ bürosu tərəfindən 30 iyul 1953-cü il tarixdə verilmiş ИЕ seriyalı, 902642 nömrəli doğum haqqında şəhadətnamənin, eləcə də Siyəzən RPŞ tərəfindən 30 iyun 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1937-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Zərgərli kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhəri soveti tərəfindən 11 avqust 1971-ci il tarixdə verilmiş АЗБ seriyalı, 109471 nömrəli doğum haqqında şəhadətnamənin, eləcə də Səyyar-ASAN7 tərəfindən 22 mart 2019-cu il tarixdə verilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi1 xx xxxx 1971-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0778 nömrəli, 30508018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37/11 saylı qərarı ilə 4,71 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X1, Ərizəçi2 və Ərizəçi1 Seyfətdin oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 648627 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 08 yanvar 2014-cü il tarixdə fizioloji qocalıq səbəbindən ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 fevral 2022-ci il tarixli, **********38 nömrəli bildirişindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0778 nömrəli dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 06 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə, o cümlədən Ərizəçi2 ata adı “Yaralı”, Ərizəçi1 ata adı isə “Seyfəddin” kimi qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0778 nömrəli, 30508018 kodlu dövlət aktında 2-ci sırada qeyd edilməli olan Ərizəçi2 əvəzinə yanlış olaraq, Ərizəçi2, 3-cü sırada qeyd edilməli olan Ərizəçi1 əvəzinə isə yanlış olaraq, Ərizəçi1 Seyfətdin oğlu qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, keçmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 06 iyul 2006-cı il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0778 nömrəli, 30508018 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Keçmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 06 iyul 2006-cı il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0778 nömrəli, 30508018 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-314/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-314/2022
29.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver