Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-326/2021 13.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, 29 iyun 1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi qızı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X15la birlikdə Siyəzən şəhərinin Babək küçəsindəki 24 saylı evdə yaşayır. X12 əqli və psixi qüsurları olduğundan sonuncu hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən oğlu Fərhad İ qrup müddətsiz əlildir, daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. X15 heç yerdə işləmir, onun himayəsindədir, ona özü baxıb quluq edir. X2 12 iyun 2020-ci il tarixdə ölmüş, sonuncunun ölümündən sonra miras payının qəbul edilməsi ilə əlaqədar X15a münasibətdə problem yaranmışdır. Belə ki, vərəsəliklə bağlı bəzi sənədləşmələrin aparılması üçün X12 da imzası tələb olunur. Lakin, oğlunun xəstəliyi iradəsini sərbəst ifadə etməsinə mane olur. Bu səbəbdən də, o, X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında bildirdi ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 29 iyun 1988-ci il təvəllüdlü X10 barəsində verdiyi rəyə əsasən sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir və bundan sonra Fərhad Hüseynovun üzərində qəyyum təyin edilə bilər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 21 iyul 1988-ci il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı, 358298 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası Ərizəçi olan X10 29 iyun 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 12 saylı ZSTEK tərəfindən verilmiş TSE-0 seriyalı, 787497 nömrəli arayışın surətindən görünür ki, 29 iyun 1988-ci il təvəllüdlü X10 müddətsiz İ qrup əlildir. İşdə olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyul 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 109332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 iyun 2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 iyun 2020-ci il tarixdə 292 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyətinin 27 aprel 2021-ci il tarixli, 467/2-71-23- 099 nömrəli məktubundan görünür ki, ərizəçiyə hazırkı məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X4 anasıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli, 1518 saylı rəydən görünür ki, X5 AĞİR ƏQLİ GERİLİK (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - psixi inkişafda geri qalması, kobud nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X3 müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bununla da, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 ağır əqli gerilik aşkar olunur. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas var. Həmçinin, X4 psixi vəziyyəti onun məhkəmə iclasında iştirakına yol vermir. İşdə olan 28 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 29 iyun 1988-ci il təvəllüdlü X10 hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Siyəzən şəhəri, ünvan 1 ünvanında yaşayan, 29 iyun 1988-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-326/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-326/2021
13.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver