Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-334/2023 18.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X16 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Mənzil İstismar Sahəsinin rəisi Nümayəndə iştirakları ilə Ərizəçi “mənzilin mərhum X9 məxsus olması faktı”na dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mənzilin mərhum X9 məxsus olması faktı”na dair ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinin mərhum atası X9 aid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin və bu birliyin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməsini xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum atası X1 şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinə ilk köçənlərdən biri olmuşdur. Belə ki, mərhum atası Mirzəxan Dadaşov “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində uzun müddət işləmiş, mənzil növbəsində olmuş, həmin mənzilə də elə o vaxtlar, yəni 1960-cı illərin əvvəllərində köçmüş, habelə ailənin bütün övladları bu mənzildə doğulmuşlar. Ailənin ilk övladı kimi o, da xx xxxxx 1968-ci il tarixdə sözügedən ünvanda doğulmuş, həmçinin bu barədə 09 avqust 2022-ci il tarixdə uzun illər onlarla qonşu olan 3 nəfər şəxsin iştirakı ilə akt tərtib olunmaqla, Siyəzən rayon MİS tərəfindən möhürlənmişdir. Mənzilin texniki pasportunu, qeydiyyat şəhadətnaməsinin alınmasını dəqiq bilmirlər. X3 17 sentyabr 2020-ci il tarixdə, atası X11 isə 11 dekabr 2020-ci il tarixdə ölmüşlər. Sözügedən mənzilə çıxarış alınmasından ötrü həmin ünvana dair mərhum atası X4 adına orderin, qeydiyyat şəhadətnaməsinin, texniki pasportun və s. kimi sənədlərin mövcudluğu barədə ona məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası X19 filialına rəsmi müraciət etsə də, X19 filialı tərəfindən 22 iyul 2022-ci il tarixli arayışla ona, 1960-1965-ci illərdə X4 adına heç bir sənədin aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, 14 iyul 2022-ci il tarixli, SOCAR**********1121417X0049 saylı məktub ilə ona, mərhum atası X4 “Siyəzənneft” NQÇİ tərəfindən mənzil növbəsində olmasına və sonuncuya Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinin verilməsi barədə NQÇİ-də heç bir məlumatın olmadığı bildirilmişdir. Bundan əlavə, o, Siyəzən rayon Dövlət Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, habelə notariat ofisində 29 avqust 2022-ci il tarixli, 8V-86 reyestr nömrəli vərəsəlik işi açılmış, mərhum atası X9 məxsus miras əmlaklara qanun üzrə vərəsə kimi tanınmışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə yuxarıda adıçəkilən ünvanda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq ona, 26 sentyabr 2022ci il tarixli cavab məktubu ilə yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına müvafiq sənədləri təqdim etməklə, müraciət etməli olduğu bildirilmişdir. Siyəzən RİHB-nın 03 noyabr 2022-ci il tarixli cavab məktubu ilə isə ona mənzilə aid order və ya hər hansı hüquqi sənəd aşkarlanmadığına görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi müdafiə etdiyi ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, atası mərhum Mirzəxan Dadaşova məxsus olan yaşadıqları ev ilə bağlı sənədlər itmiş, habelə sonradan bərpa olunması, eləcə də sonuncunun adına rəsmiləşdirilməsi üçün müxtəlif orqanlara, eləcə də maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Mənzil İstismar Sahəsinə müraciət etsə də, nəticəsi olmamışdır. İllərdir, yəni dünyaya göz açdığı gündən qeyd olunan mənzildə yaşayırlar. Əvvəllər bütün qaz, işıq və su sənədlərində atası mərhum Mirzəxan Dadaşovun adına olmuşdur. Bundan əlavə, o, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Quba filialına da müraciət etmiş, lakin heç bir zəruri sənəd aşkar edilməmişdir. Səhlənkarlıq etdikləri üçün sənədlərin düzəldilməsi üçün növbəyə dayanmamış, habelə buna təşəbbüs göstərməmiş, nəticə də hazırkı problemlər yaranmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Mənzil İstismar Sahəsinin rəisi Nümayəndə izahatında göstərdi ki, hazırda Ərizəçi kimi sənədləri qaydasında olmayan 200 ailə mövcuddur ki, onlar səhlənkarlıq edərək, sənədlərin düzəldilməsində heç bir təşəbbüs göstərməmişlər. Ərizəçi və ailəsinin illərdir orada yaşaması məlum olsa da, nə vaxtdan yaşadıqları barədə məlumatı yoxdur. Bundan əlavə, ərizəçi tullantılar üçün nəzərdə tutulmuş vergini ödəsə də, digər vergilər onlardan tutulmur. Həmçinin, ərizəçi həmin mənzildə qeydiyyatdadır, lakin idarənin arxivində sonuncu ilə bağlı hər hansı sənəd mövcud deyildir. Maraqlı şəxslər Siyəzən rayon Dövlət Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi və bu birliyin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 iyun 2022-ci il tarixdə verilmiş 70 saylı nikah haqqında şəhadətnamənin çıxarışının surətindən görünür ki, X11 ilə X13 09 avqust 1965-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə həmin gün 29 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Dadaşova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 15 aprel 1968-ci il tarixdə verilmiş, АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X11, X3 olan Ərizəçi xx xxxxx 1968-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119322 nömrəli və 15 dekabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 119410 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X12 17 sentyabr 2020-ci il tarixdə, X11 isə 11 dekabr 2020-ci il tarixdə ölmüşlər. İşdə olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin sakinləri X5, X6, X2 və Ərizəçi tərəfindən 09 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi mərhum atası X1 şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinə ilk köçənlərdən biri olmuşdur. Belə ki, X8 NQÇİ-də uzun müddət işləmiş, mənzil növbəsində olmuş, həmin mənzilə də elə o vaxtlar, yəni 1960-cı illərin əvvəllərində köçmüş, habelə ailənin bütün övladları bu mənzildə doğulmuşlar. Həmçinin, ailənin ilk övladı kimi Ərizəçi da həmin ünvanda doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası X19 filialı tərəfindən 22 iyul 2022-ci il tarixdə verilmiş 691 nömrəli arayışdan görünür ki, keçmiş Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin 1960-1965-ci illərə aid sənədlərində X4 Siyəzən rayon NQÇİ-də ev növbəsinə dayanması və ev alması haqqında heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 14 iyul 2022-ci il tarixli, SOCAR**********1121417X0049 saylı məktubundan görünür ki, mərhum X9 “Siyəzənneft” NQÇİ tərəfindən mənzil növbəsində olmasına və Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinin (keçmiş y/ev 29, mən.5) verilməsi barədə NQÇİdə heç bir məlumat yoxdur. Eyni zamanda, “Siyəzənneft” NQÇİ-nin arxivində vətəndaşlara mənzillərin verilməs barədə rəsmi sənədlər saxlanılmır. Bundan əlavə, məktubla Ərizəçi, mərhum atası Mirzəxan Dadaşova adı gedən mənzilin verilməsi barədə sənədin əldə edilməsi üçün Siyəzən və Şabran Rayon Dövlət arxivlərinə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 29 avqust 2022-ci il tarixli, 218 nömrəli məktubundan görünür ki, 11 dekabr 2020-ci il tarixdə ölmüş X9 məxsus miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsələrinin Siyəzən rayon Dövlət Notariat Ofisinə müraciəti əsasında 29 avqust 2022-ci il tarixdə 8V-86 reyestr nömrəli vərəsəlik işi açılmış, həmçinin miras qoyanın oğlu Ərizəçi vərəsə kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli, **********62 nömrəli məktubundan görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin, sözügedən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları təqdim edildikdən sonra Ərizəçi müraciətinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatının 03 noyabr 2022-ci il tarixli, 988/6-D-7-091 nömrəli məktubundan görünür ki, yaşadığı mənzilə aid order və ya hər hansı hüquqi sənəd aşkarlanmadığına görə Ərizəçi, mənzil üzərində mülkiyyət hüququnun tanınması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin 31 may 2023-cü il tarixli, 374 nömrəli arayışından görünür ki, Ərizəçi yaşadığı Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzili Mənzil İstismar Sahəsinin balansındadır. İşdə olan 19 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 13-cü bəndinə əsasən məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Mülki prosessual qanunvericiliyin qeyd edilən norması özündə ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktın hüquqi əhəmiyyətli olmasını, hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilən hallarda ərizəçi məhkəmə müdafiəsindən istifadə etməklə öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq hüququna malikdir. Hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, ərizəçinin həmin sənədləri məhkəmədən kənar qaydada ala bilməməsi və ya həmin sənədlərin verilməsinin mümkünsüzlüyü nəzərdə tutulur. Hazırda isə ərizəçi məhkəməyə müraciət edərək hüquqlarının, eləcə də maraqlarının qorunmasını xahiş etsə də, məhkəmədən müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması üçün əsas olan lazımi sənədləri və ya mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Ərizəçi mərhum atası Mirzəxan Dadaşovun “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində uzun müddət işlədiyini, mənzil növbəsində olduğunu, həmin Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 29 saylı evin 5-ci mənzilinə də elə o vaxtlar, yəni 1960-cı illərin əvvəllərində köçdüyünü bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar və sənədlərlə sonuncunun “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində ev növbəsinə dayanması və ev alması haqqında heç bir məlumat aşkar edilməmişdir. Bununla da, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin xahişində göstərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından hüquqi fakt kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “mənzilin mərhum X9 məxsus olması faktı”na dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi “mənzilin mərhum X9 məxsus olması faktı”na dair ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(059)-334/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-334/2023
18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver