Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-352/2023 24.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi4 iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçilərlə birlikdə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçilərlə birlikdə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0079 nömrəli, 30505028 kodlu dövlət aktının həmin aktda göstərilə digər mülkiyyətçilərlə yanaşı, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə yaşadıqları Siyəzən rayonunun Tağay kəndi ərazisindən 11,27 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyətləri torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0079 nömrəli, 30505028 kodlu dövlət aktı ilə tanınır. Qeyd olunan aktda 3-cü sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi1 adı “Əbləsən” əvəzinə yanlışlıqla “Əbilhəsən” kimi, ata adı “Adıgözəl” əvəzinə yanlışlıqla “Adgözəl” kimi, 4-cü sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi3 soyadı nikahdan öncəki, yəni “Bağırova” kimi, 6-cı sırada qeyd edilməli olan Ərizəçi2 adı “Xalid” əvəzinə yanlışlıqla “Xamu” kimi, ata adı “Adıgözəl” əvəzinə yanlışlıqla “Adgözəl” kimi qeyd edilmişdir. Bu aktda olan yanlışlığın aradan qaldırılması üçün Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. X13 verən DT və XK Siyəzən rayon torpaq şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi4 sözügedən aktda olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Yenikənd kənd soveti tərəfindən 24 oktyabr 1977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 329489 nömrəli, 26 sentyabr 1979-cu il tarixdə verilmiş Vİ- ЖГ seriyalı, 263106 nömrəli, 28 yanvar 1983-cü il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı, 394764 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası X1, anası X8 olan Ərizəçi1 02 avqust 1977-ci il tarixdə, X9 xx xxxx 1979-cu il tarixdə, Ərizəçi2 isə xx xxxxxx 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Tağay kəndində doğulmuşlar. İşdə olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 22 yanvar 2001-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 395991 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 22 yanvar 2001-ci il tarixdə, 26 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Süleymanova" soyadı verilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0079 nömrəli, 30505028 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 11,27 ha torpaq sahəsi Ərizəçi4, X3, X2, X4, X5 və X10 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03 aprel 2023-cü-ci il tarixli, 3-21-3-31/2-B-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0079 nömrəli, 30505028 kodlu dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 19 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi4 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0079 nömrəli, 30505028 kodlu dövlət aktında 3-cü sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi1 adı “Əbləsən” əvəzinə yanlışlıqla “Əbilhəsən” kimi, ata adı “Adıgözəl” əvəzinə yanlışlıqla “Adgözəl” kimi, 6-cı sırada qeyd edilməli olan Ərizəçi2 adı “Xalid” əvəzinə yanlışlıqla “Xamu” kimi, ata adı “Adıgözəl” əvəzinə yanlışlıqla “Adgözəl” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Eyni zamanda, 4-cü sırada qeyd edilmiş mülkiyyətçi, ərizəçi X9 rəsmi nikaha daxil olduqdan sonra “Süleymanova” soyadını qəbul etmişdir. Belə olan halda, məhkəmə digər Ərizəçi3 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi3 münasibətdə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmişdir. Belə ki, 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0079 nömrəli, 30505028 kodlu dövlət aktı verilərkən, Ərizəçi3 soyadı düzgün olaraq, “Bağırova” kimi qeyd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi3 münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0079 nömrəli, 30505028 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət Ərizəçi4 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0079 nömrəli, 30505028 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət Ərizəçi4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-352/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-352/2023
24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver