Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-36/2024 03.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "şəxsin fəaliyyət qabiliyyətinin məhdud olmasının müəyyən edilməsi və ona qəyyum təyin edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, 22 iyun 2003cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyətinin məhdud olmasının müəyyən edilməsi və onun Cavidan Şükürova qəyyum təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi tələbinin predmetini dəyişməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, 22 iyun 2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə, ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Sahib Şükürovla 2002-ci ildə əvvəlcə faktiki, 18 avqust 2022-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu münasibətlərindən 22 iyun 2003-cü il tarixdə Cavidan adlı övladları doğulmuşdur. Oğlu Cavidan, uşaqlıqdan əlil olmaqla, sonuncuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 29 oktyabr 2021-ci il tarixli, 0329003AAM3M forma 88 nömrəli sənədinə əsasən “dəqiqləşdirilməmiş Daun sindromu, Daun sindromu davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə birinci dərəcəli əlillik verilmişdir. Kənar qulluğa ehtiyacı olmaqla, əmək qabiliyyətsiz olan oğlu Cavidana doğulduğu gündən bu günə kimi özü baxmış, həmçinin bu səbəbdən heç bir yerdə işləməmişdir. Hal-hazırda anası kimi oğlu Cavidana qəyyumluq almasına zəruri ehtiyacı vardır. Bundan əlavə, 9 saylı cəzacəkmə müəsisəsində cəza çəkən əri X9 06 dekabr 2022-ci il tarixli etibarnamə ilə ona məhkəmə instansiyalarında təmsilçilik səlahiyyəti verməklə yanaşı, eyni tarixli razılıq ərizəsi ilə övladları Cavidanın qəyyumluğunun ona verilməsinə etiraz etməmişdir. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 22 iyun 2003-cü il təvəllüdlü X7 barəsində verdiyi rəyə əsasən sonuncunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 496988 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 18 avqust 2022-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 111 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Şükürova" soyadı verilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 30 iyul 2004-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 507607 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X6 olan X12 22 iyun 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 22 iyun 2003-cü il təvəllüdlü əmək qabiliyyəti olmamaqla, qulluğa ehtiyacı olan X7 “dəqiqləşdirilməmiş Daun sindromu, Daun sindromu davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə birinci dərəcəli müddətsiz əlildir. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi birinci dərəcəli əlilliyi olan X2 anasıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli, 48 saylı rəydən görünür ki, X3 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik, qıcolma tutmaları ilə aşkar olunur. Cavidan Şükürov psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik olmamaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik, qıcolma tutmaları diaqnozlu xəstəlik ilə əlaqədar onun səhhəti məhkəmə baxışında iştirakına yol vermir. İşdə olan 02 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinin İ və İİ cümlələrinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 22 iyun 2003-cü il təvəllüdlü X7 hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsindəki 47 saylı evin 9-cu mənzilində qeydiyyatda olmaqla, yaşayan, 22 iyun 2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-36/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-36/2024
03.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver