Məhkəmə qərarları › İş №2(059)-375/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-375/2021

13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-375/2021 13.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2608F nömrəli, 30501004 kodlu şəhadətnamədə, torpağın mülkiyyətçisi kimi qeyd edilən 1-ci sətrdə “Niftalıyev” soyadının “Niftəliyev” kimi, 2-ci sətrdə “Niftalıyeva” soyadının “Dəmirova” kimi, “İxtiyar” ata adının “Şahbala” kimi, 3-cü sətrdə “Niftalıyev” soyadının “Niftəliyev” kimi, 4-cü sətrdə “Niftalıyeva” soyadının “Niftəliyeva” kimi olması (oxunması) barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,09 ha torpaq sahəsi onun, Siyəzən şəhər sakinləri X5, X12 və Ərizəçi2 mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 2608F nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin ona və ailə üzvlərinə aid hissəsində soyadı, anasına aid hissəsində isə sonuncunun soyadı və ata adı yanlış qeyd edilmişdir. Belə ki, mərhum atasının soyadı “Niftəliyev” əvəzinə yanlışlıqla “Niftalıyev”, mərhum anasının soyadı “Dəmirova” əvəzinə yanlışlıqla “Niftaliyeva”, ata adı “Şahbala” əvəzinə yanlışlıqla “İxtiyar” kimi, arvadının soyadı “Niftəliyeva” əvəzinə yanlışlıqla “Niftalıyeva” kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyad, ad, ata adlarında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin X10, X16, Ərizəçi1 və Ərizəçi2 olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər Ərizəçi2 əri, Ərizəçi1 izahatına uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X10 ilə X16 10 iyun 1960-cı il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər və arvad öz soyadlarında qalmışlar. İşdə olan Siyəzən RPŞ tərəfindən 22 sentyabr 2011-ci il tarixdə verilmiş, AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxxx 1971-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan doğum və nikah haqqındı şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi1 valideynləri mərhumlar İxtiyar və Validə olmaqla, arvadı digər ərizəçi Ruhiyyədir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 04 iyun 2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 338969 nömrəli və AZ-İ seriyalı, 577741 nömrəli ölüm haqqında şəhadətnamələrin çıxarışlarından görünür ki, X16 12 fevral 2009-cu il tarixdə Bakı şəhərində, X10 09 dekabr 2012-ci il tarixə Siyəzən şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq olaraq 16 fevral 2009-cu il tarixdə 27, 24 dekabr 2012-ci il tairxdə isə 173 nömrəli qeydlər edilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 2608F nömrəli, 30501004 kodlu şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,09 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri X6, X7, X9 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 may 2021-ci il tarixli məktubundan görünür ki, JN seriyalı 2608F nömrəli, 03 may 2006-cı il tarixli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilir. İşdə olan 10 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norm3alarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilər, eləcə də onların ailə üzvlərinə məxsus olan bütün sənədlərdə soyad, ad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2608F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi, eləcə də ailə üzvləri kimi qeyd edilməli olan X10 əvəzinə yalnış olaraq X11, X16 əvəzinə yalnış olaraq X13, Ərizəçi1 əvəzinə yalnış olaraq X15, Ərizəçi2 əvəzinə yalnış olaraq X14 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006cı il tarixli, JN seriyalı 2608F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Niftəliyev” olması və həmin şəhadətnamədə 1-ci sırada qeyd edilən mülkiyyətçinin X10, torpağın mülkiyyətçisinin ailə üzvü kimi 2-ci sırada qeyd edilən X2 “Dəmirova”, ata adının “Şahbala” olması və həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün X16, 3-cü sırada qeyd edilən X4 “Niftəliyev” olması və həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi1, 4-cü sırada qeyd edilən X3 “Niftəliyeva” olması və həmin şəhadətnamədə 4-cü sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi2 olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2608F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Niftəliyev” olması və həmin şəhadətnamədə 1-ci sırada qeyd edilən mülkiyyətçinin X10, torpağın mülkiyyətçisinin ailə üzvü kimi 2-ci sırada qeyd edilən X2 “Dəmirova”, ata adının “Şahbala” olması və həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün X16, 3-cü sırada qeyd edilən X4 “Niftəliyev” olması və həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi1, 4-cü sırada qeyd edilən X3 “Niftəliyeva” olması və həmin şəhadətnamədə 4-cü sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi2 olması faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi1 oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar