Məhkəmə qərarları › İş №2(059)-377/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-377/2025

16.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-377/2025 16.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri X3 iştirakları ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlunun öz hərəkətlərinin mənasini başa düşmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığını, hazırda onun qəyyumu təyin olunmaq istədiyinə görə oğlu 19 may 1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin zəruri olduğunu bildirmişdir. İddia tələbi Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, 19 may 1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə, ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi şəxs Siyəzən rayonunun Beşdam kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1989-ci il təvəllüdlü X10 onun oğludur. Belə ki, X10 ərizəçinin X5 ilə birgə nikahından doğulmuş, elə həmin vaxtdan onların yanında və himayəsində yaşayır. Oğlu, Camal Camalov anadan gəlmə qüsuru doğulmuş və onun xəstəliyi 3 aylığında tez-tez sudurğa və epilepsiya (baş-beyinin xroniki xəstəliklərinə aiddir) tutmaları şəkilində özünü büruzə vermişdir. “Əqli gerilik, psixi davranış pozğunluqları” və “Nitq qüsuru”nun nəticəsində oğlu sanitar-gigiyenik qaydalara sərbəst şəkildə əməl edə bilmir, sanitar qovşağa atası tərəfindən aparılır, habelə təbi ehtiyacı təmin etdikdən sonra onu atası yuyur və digər çimmək kimi təmizlik işləri də, atası tərəfindən yerinə yetirilir. Başqa sözlə, oğlu özü müstəqil şəkildə hər hansı sanitargigiyenik qaydalara yerinə yetirə bilmir, kömək olunmadığı hallarda alt, habelə üst geyimlərini nəcislə bulaşdırır. Bundan başqa, oğlu ümumiyyətlə heç kəslə danışmır, yəni nitq vasitəsilə ünsiyyət qurmaq iqtidarında deyil, bəzən öz özünə anlaşılmaz sözlər danışır, oturduğu yerin həndəvərinə, əhatəsinə heç kimin yaxınlaşmasına imkan vermir. Nitq ünsiyyəti qura bilmədiyinə, yəni istədiyini başa sala bilmədiyinə görə tez-tez əsəbləşir. Heç yerə getmədiyinə, yəni bu günə qədər ətraf mühitlə əlaqəsi olmadığına görə demək olar ki, heç yeri tanımır və evdən bayıra çıxmır. Sözün həqiqi mənasında insanın müstəqil yaşamı üçün ona gərək olan qabiliyyətləri yoxdur. Oğlu, xx.xx.2022-ci il tarixdə Quba rayon X1 psixiatrik komissiyasında olarkən ona iki növ xəstəlik D-z: “Orta dərəcəli əqli gerlik, psixi davranış pozğunluqları”-F71.1 və “Nitq qüsuru ilə” F80.0 diaqnozu qoyulmuş və Siyəzən RMX-da həkim psixiatrin müşahidəsi məsləhət olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, oğlu xəstəliyin simptomları, habelə əlamətləri nəticəsində, o, cümlədən nitq qüsuruna görə hətta elementar istəklərini ifadə etmək iqtidarında deyildir. Məsələn, məlum olduğu kimi oğlu Camal 2-ci qrup əlil olduğundan ona verilən müavinətə görə plastik kartın müddəti bitən zaman xəstəlik (qüsurlu olması) səbəbinə görə onun özünə müavinətin alınmasına görə plastik kartını vermirlər və bununla da, onun sosial təminat hüququ pozulur, habelə qəyyumluqda olmadığına görə onun əvəzinə hər hansı şəxsə plastik kartı vermirlər. Bununla da oğlunun bütün hüquqları məhdudlaşmış və o, hazırda tam fəaliyyət qabiliyyətsiz vəziyyətdə yaşayır. Beləliklə hazırda oğlum Camalın əqli gerilik və psixi vəziyyətinə, habelə nitq qüsuruna görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və kənar şəxsin yardım və qulluğuna ehtiyacı olması danılmazdır. Bu səbəbdən oğlu hazırda şəxsən imza icra etməklə müstəqil sürətdə hər hansı hüquq və tələblər, başqa sözlə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətində deyildir. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, 36 ildir oğlu Camal onlar ilə birlikdə yaşamaqla bərabər oğluna əri qulluq edir, onu yuyundurur, habelə üzünü qırxır. Hazırda, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi sənədləşmə işləri bağlıdır. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 izahatında ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini qeyd etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Prosessual Məcəllə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizələrə məhkəmələr xüsusi icraat qaydasında baxır. 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi

Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan keçmiş Dəvəçi rayon Zarat kənd VVAQ şöbəsi tərəfindən 03 may 1988-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 385416 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında 03 may 1988-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 2 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Camalova" soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Zarat kənd soveti tərəfindən 02 iyun 1989-cu il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı, 358791 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası, Ərizəçi olan X10 19 may 1989-cu il tarixdə Dəvəçi rayonunun Beşdam kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X2 12 yanvar 2022-ci il tarixli, 57 nömrəli arayışından görünür ki, X10 12 yanvar 2022-ci il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuş, ona D-z: “Orta dərəcəli əqli gerilik, psixi davranış pozğununluqları” F71.1, “nitq qüsuru ilə” F.80.0 diaqnozu qoyulmaqla bərabər X7 Mərkəzində həkim psixiatrın müşahidəsi məsləhət olunmuşdur. İşdə olan 07 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin 2(059)-377/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, 1930 saylı rəydən görünür ki, X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamaqla, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi X4 anası olmaqla məhkəməyə müraciət etməkdə səlahiyyətli şəxs olmuşdur. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 19 may 1989-cu il təvəllüdlü X10 hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Siyəzən rayonunun Beşdam kəndində qeydiyyatda olmaqla yaşayan 19 may 1989-cu il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizəçi ərizəsi təmin edilsin. Siyəzən rayonu Beşdam kəndində qeydiyyatda olmaqla yaşayan 19 may 1989-cu il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar