Məhkəmə qərarları › İş №2(059)-407/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-407/2020

30.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-407/2020 30.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Siyəzən rayonu X3rşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyan olaraq hesablanmış 529,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Siyəzən rayonu X4 əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Siyəzən rayonunun Balaca Həmyə kəndində yaşayır. 2020-ci ilin aprel ayının əvvəlində X8 X1 Xidmət Sahəsinin əməkdaşları – Səadət Cümşüdova, Əli İlyasov və Namik Abudov qaz sayğacına baxış keçirmək üçün yaşadıqları evə gəlmiş, habelə evdən kənarda 8 il əvvəl quraşdırılmış qaz sayğacının müddətinin bitdiyini və dəyişilməli olduğunu bilidirib, onun iştirakı ilə sayğacı açaraq, özləri ilə aparmışlar. Lakin, həmin vaxt sayğaca baxış keçirilməsinə dair akt tərtib edilməmişdir. Hər ay qaz sərfiyyatına görə vaxtlı-vaxtında müvafiq ödənişlər etsə də, əsassız cərimə olunduğuna görə sonuncu bildiriş ona gec, yəni 2020-ci ilin sentyabr ayında verilmiş, məhz bundan sonra, cərimənin silinməsi ilə əlaqədar iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, onun iştirakı və məlumatı olmadan cavabdeh təşkilatın işçiləri tərəfindən baxışın nəticələrinə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2019-cu il tarixdə ******* nömrəli akt tərtib olunmuş, habelə bu akta əsasən, dəymiş ziyanın məbləği 529,20 manat hesablanmışdır. Həmçinin, bu aktda sayğacın plastmas qapağının yan tərəfində iz olduğundan sayğacın açıldığı, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu göstərilmiş, habelə sayğacın dəyərinin və dəymiş ziyanın istehlakçıdan tələb olunması qeyd edilmişdir. Bundan əlavə, aktda əsassız olaraq onu imzalamaqdan imtina etməsi belə qeyd olunmuşdur. Akt onun yanında tərtib edilməməklə, ona təqdim edilmədiyindən onun mövcudluğundan məhkəmə iclasları gedişatında məlumatlanmış və onun bir nüsxəsini tələbi əsasında əldə etmişdir. Bundan əlavə, sayğaca adi vətəndaş deyil, yalnız bu sahənin mütəxəssisi tərəfindən müdaxilə oluna bilər, o və ailə üzvləri isə bu sahənin mütəxəssisləri olmadığından, onlar tərəfindən sayğaca hər hansı bir müdaxilənin olunması mümkün deyildir. Eyni zamanda, yaşadıqları evdə quraşdırılmış qaz sayğacının plastmas qapağının yan tərəfində iz aşkar olunsa da, fərdi yaşayış evinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan mexaniki təsirin nədən ibarət olması, habelə nöqsanın kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, bu hal ətraflı araşdırılmamışdır. Qeyd edilən səbəblərə görə dəymiş ziyanın bərpasına dair cavabdeh tərəfindən tərtib olunmuş, xx xxxx 2019-cu il tarixli akta əsasən hesablanmış 529,20 manat pul ondan tələb oluna bilməz. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən rayonu üzrə təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova və əməkdaşları Namik Abudov və Əli İlyasov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonu, Balaca Həmyə kəndindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, G-4T markalı, ******* saylı sayğacın plastmas qapağının yan tərəfində iz olduğundan sayğac açılmış, daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuşdur. İşdə olan **********01250 abonent kodu olan İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, Siyəzən rayonu, Balaca Həmyə kəndindəki fərdi yaşayış evində təbii qazdan istifadəyə görə akta əsasən yaranmış borc 529,20 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən rayonu üzrə təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********01250 abunə kodu olan İddiaçı yaşadığı Siyəzən rayonu, Balaca Həmyə kəndindəki fərdi yaşayış evinin G-4T markalı, 14332814 plomb nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın plastmas qapağının yan tərəfində iz olduğu müəyyən edilməklə, habelə açılaraq, daxilinə baxış keçirildikdə, daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar edilmiş, bu məqsədlə, xx xxxx 2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçının bu aktdan məlumatı olmamış, eyni zamanda aktda, istehlakçının imzası qrafasının qarşısında imtina etdi qeydi aparılmışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 529,20 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən rayonu üzrə təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bu Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı yaşadığı Siyəzən rayonu, Balaca Həmyə kəndindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, fərdi yaşayış evinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən xx xxxx 2019-cu il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanların olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə İddiaçı təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “Azəriqaz” X2 Regional Qaz X1 Qaz Xidmət Sahəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 529,20 (beş yüz iyirmi doqquz manat 20 qəpik) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 Regional Qaz X1 Qaz Xidmət Sahəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 529,20 (beş yüz iyirmi doqquz manat 20 qəpik) manat borc hesabdan silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar