Məhkəmə qərarları › İş №2(059)-408/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-408/2022

19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-408/2022 19.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X35 oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 1052A nömrəli, 30501004 kodlu şəhadətnamədə mülkiyyətçi olaraq X6 əvəzinə X11, ailə üzvlərindən X3 əvəzinə X12, X13 əvəzinə X17, X20 əvəzinə X18 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən RİHB-nın 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,07 ha torpaq sahəsi ərizəçilərin, X6, X2, X13, X7 birgə mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1052A nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, şəhaətnamədə bəzi yanlışlıqlara yol verilmişdir. Belə ki, X4 əvəzinə X15, ailə üzvlərindən X5 əvəzinə X3, X9 əvəzinə X21, X10 əvəzinə X20 göstərilmişdir. Payların ayrılması ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə müraciəti zamanı yuxarıda qeyd edilən şəhadətnamədə yanlışlıq olduğu müəyyən olmuşdur. Qeyd olunan mexaniki yanlışlığa görə onların, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və onlara çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmirlər və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1052A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən RİHB-nın 21 aprel 2006ci il tarixli, 93 saylı sərəncamı ilə 0,07 ha torpaq sahəsi X6, X1, X13, X14, X8 və Ərizəçi1 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 07 dekabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 225067 nömrəli, 13 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 028669 nömrəli, 03 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 028670 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 28 dekabr 2007-ci il, X17 11 dekabr 2019-cu il, X18 09 dekabr 2019-cu il tarixlərdə Siyəzən şəhərində ölmüşlər. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən dekabr 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 087821 nömrəli ölüm haqqında şəhadətnamə üzrə verilmiş arayışdan görünür ki, X12 07 iyul 2004-cü ildə Siyəzən şəhərində ölmüşdür İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 yanvar 2022-ci il tarixli, **********6 nömrəli bildirişindən görünür ki, JN seriyalı, 1052A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 26 may 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi birgə mülkiyyətçilərə məxsus olan sənədlərdə Camal Mustafayevin adı “Camalı”, Əlikram Mustafayevin ata adı “Camalı”, Kəmalə Mustafayevanın ata adı “Məhsum”, Qızqayıt Mustafayevin ata aı “Bayram” kimi qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 1052A nömrəli, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan X11 əvəzinə yanlış olaraq, X15, 2 -ci sırada qeyd edilməli olan X12 əvəzinə yanlış olaraq, X3, 3-cü sırada qeyd edilməli olan X17 əvəzinə yanlış olaraq, X21, 4-cü sırada qeyd edilməli olan X22 əvəzinə yanlış olaraq X23 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1052A nömrəli, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilən X6 adının “Camalı”, 2 -ci sırada qeyd edilən X1 ata adının “Bayram”, 3-cü sırada qeyd edilən X13 ata adının “Camalı”, 4-cü sırada qeyd edilən X14 ata adının “Məhsum” olması və həmin şəhadətnamədə 1,2,3 və 4-cü sıralarda qeyd edilən mülkiyyətçilərin müvafiq olaraq X11, X12, X17 və X18 olması (oxunması) faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1052A nömrəli, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilən X6 adının “Camalı”, 2 -ci sırada qeyd edilən X1 ata adının “Bayram”, 3-cü sırada qeyd edilən X13 ata adının “Camalı”, 4-cü sırada qeyd edilən X14 ata adının “Məhsum” olması və həmin şəhadətnamədə 1,2,3 və 4-cü sıralarda qeyd edilən mülkiyyətçilərin müvafiq olaraq X11, X12, X17 və X18 olması (oxunması) faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar