Məhkəmə qərarları › İş №2(059)-409/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-409/2022

19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-409/2022 19.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X20 oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi1, ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Vəliyeva (Məmmədova) Könül Haqqula qızının iştirakları ilə ərizəçilər Ərizəçi1, Vəliyeva (Məmmədova) Könül Haqqula qızının və Ərizəçi2 Haqqula oğlunun “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Vəliyeva (Məmmədova) Könül Haqqulu qızı və Ərizəçi2 Haqqulu oğlu “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-932 A seriyalı, 30501004 kodlu şəhadətnamədə X6 əvəzinə X8, ailə üzvlərindən Məmmədova (Vəliyeva) Könül Haqqulu qızının əvəzinə X9, Ərizəçi2 Haqqulu oğlu əvəzinə Ərizəçi2 Haqqula oğlu kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx xxxxxx 1953-ü il tarixdə Siyəzən şəhərinə doğulmuşdur. Siyəzən RİHB-nın 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə ünvan 1 ünvanda 0,04 ha fərdi yaşayış evinin tikilməsindən ötrü mülkiyyətlərinə verilmişdir. X7 mülkiyyətçi kimi göstərilsə də, şəhadətnamədə adı, soyadı, atasının adı səhvən X2 göstərilmişdir. X7 28 oktyabr 2016-cı ildə vəfat etmişdir. Həmçinin ailə üzvlərindən X1 Haqqulu qızı, Məmmədov X12 oğlu kimi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsindən yanlışlığın aradan qaldırılmasını xahiş etsələr də, 21 yanvar 2022-ci il tarixli cavab məktubunda məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan Ərizəçi1, ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi3 Haqqula qızı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsindən 01 noyabr 2016-cı il tarixdə verilmiş AZ- İ seriyalı, 825935 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 oktyabr 2016-cı ildə Siyəzən şəhərində ölmüşdür. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 04 və 21 fevral 2022-ci il tarixlərdə verilmiş arayışlardan görünür ki, müvafiq olaraq atası X13, anası Ərizəçi1 olan Ərizəçi2 Haqqula oğlu xx xxxxxxx 1982-i il tarixdə, X9 xx xxxx 1979-cu il tarixdə Siyəzən şəhərinə doğulmuşlar. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 932 nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyətinin 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3, Ərizəçi1, X4 və Ərizəçi2 Haqqulu oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli, **********44 nömrəli bildirişindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 932 nömrəli, 30501004 kodlu şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 14 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi X5 məxsus digər sənəddə onun adı, soyadı ata adı düzgün qeyd edilsə də, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X10” kimi göstərilmişdir. Həmçinin digər ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ata adı “Haqqula” kimi qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN-932 A seriyalı, 30501004 kodlu şəhadətnamədə 3-cü və 4-cü sırada müvafiq olaraq qeyd edilməli olan X9 və Ərizəçi2 Haqqula oğlu əvəzinə yanlış olaraq, X11 və Ərizəçi2 Haqqulu oğlu qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-932 A seriyalı, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilən mülkiyyətçinin X8, 3-cü və 4-cü sırada müvafiq olaraq qeyd edilən X4 və Ərizəçi2 Haqqulu oğlunun atalarının adının “Haqqula” olması, həmin aktda 3-cü və 4-cü sırada qeyd edilən mülkiyyətçilərin müvafiq olaraq X9 və Ərizəçi2 Haqqula oğlu kimi oxunması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-932 A seriyalı, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilən mülkiyyətçinin X8, 3-cü və 4-cü sırada müvafiq olaraq qeyd edilən X4 və Ərizəçi2 Haqqulu oğlunun atalarının adının “Haqqula” olması, həmin aktda 3-cü və 4-cü sırada qeyd edilən mülkiyyətçilərin müvafiq olaraq X9 və Ərizəçi2 Haqqula oğlu kimi oxunması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar