Məhkəmə qərarları › İş №2(059)-41/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-41/2023

20.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-41/2023 20.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 aprel 2006-cı il tarixdə ölmüş anası Nənəxanım Tahirovanın adına 12 avqust 2020-ci il tarixdə qeydiyyata alınmış Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 48 nömrəli evin 4 otaqdan ibarət olan 18-ci mənzilinə ½ hissədə vərəsəlik payının müəyyənləşdirilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxış iclası əvvəl 18 yanvar 2023-cü il tarixə, saat 16:00-a, sonuncu dəfə isə 20 fevral 2023-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçı tərəf məhkəmədə iştirak etmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Digər cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisi və üçüncü şəxslər X3, X6, X2, X1, X7, X4 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, iclasa gəlməmiş (nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə (iştirak etməmə) səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin, eləcə də, üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və işin baxılmamış saxlanılması məsələsinin müzakirəsini mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı X10 məhkəmədə iştirak etmədiyindən, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh1, eləcə də, cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxslər işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar