Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-410/2023 31.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 24 fevral 2005-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0013 nömrəli, 30506038 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X2 adının “Sərxan” olmaqla, “Ərizəçi2” kimi oxunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 2000-ci il tarixli, 16 saylı qərarına əsasən 5.09 ha torpaq sahəsi Ərizəçi1, X3, Ərizəçi2 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpaq paylarının mülkiyyətçilər arasında bölünməsi, habelə dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərkən sözügedən dövlət aktında torpağın mülkiyyətçisi kimi İİİ sırada adının “Sərxan” əvəzinə yanlış olaraq, “Sərkər” kimi qeyd edildiyi məlum olmuşdur. Beləliklə, dövlət aktında olan səhvə görə torpaq payları üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Yenikənd kənd sovetinin icraiyyə komitəsi tərəfindən 14 may 1991-ci il tarixdə verilmiş XV- ЖГ seriyalı, 391882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası X5 olan Ərizəçi2 xx xxxx 1991-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Qozağacı kəndində doğulmuşdur. İşdə olan Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 24 fevral 2005-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0013 nömrəli, 30506038 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 2000-ci il tarixli, 16 saylı qərarına əsasən 5.09 ha torpaq sahəsi Ərizəçi1, X3, X2 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 aprel 2023-cü il tarixli, 3-21-3-31/2-Z-0xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0013 nömrəli dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 26 may 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi Ərizəçi2 məxsus olan bütün sənədlərdə onun adı düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0013 nömrəli, 30506038 kodlu dövlət aktında İİİ sırada qeyd edilməli olan Ərizəçi2 əvəzinə yanlış olaraq, X1 qeyd edilmiş, nəticədə bu hal ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0013 nömrəli, 30506038 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X2 adının “Sərxan” olmaqla, “Ərizəçi2” kimi oxunması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 24 fevral 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0013 nömrəli, 30506038 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X2 adının “Sərxan” olmaqla, “Ərizəçi2” kimi oxunması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-410/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-410/2023
31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver