Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-411/2022 01.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN seriyalı, 2878F nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X4 adının “Aynurə”, Vİ sırada qeyd edilən X6 isə ata adının “Rəhim” kimi oxunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə hazırda Siyəzən şəhər ərazisindəki ailələrinin yaşadıqları 0,06 ha torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmiş, həmçinin torpağa mülkiyyət hüququna dair JN seriyalı, 2878F nömrəli 30501004 kodlu şəhadətnamə tərtib edilmişdir. Lakin, şəhadətnamədə İİİ sırada qeyd edilən mülkiyyətçinin adı “Aynurə” əvəzinə “Avnisə” kimi, Vİ sırada qeyd edilən mülkiyyətçinin isə ata adı “Rəhim” əvəzinə "Eəhim" kimi göstərilmişdir. Hazırda hər iki mülkiyyətçi evli olmaqla ərlərinin soyadlarını daşımaqla, onlar şəhadətnamədə olan səhvə görə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyatdan keçirə bilmirlər. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçilərin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 25 iyul 1986-cı il tarixdə verilmiş Xİ-ЖГ seriyalı, 442460 nömrəli və Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 19 yanvar 1995-ci il tarixdə verilmiş XVİİİ-ЖГ seriyalı, 402068 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası X12, anası Nümayəndə olan X9 xx xxxx 1986-cı il tarixdə, X13 isə xx xxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2878F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,06 ha torpaq sahəsi X1, Nümayəndə Bəfadar qızının, X4, X7, X8 və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 493348 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 həmin tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Qasımova” soyadı verilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 13 mart 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 987671 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X13 həmin tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 65 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Məlikova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli, **********40 nömrəli bildirişindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2878F nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün onlara məhkəməyə müraciət etmələri tövsiyə edilir. İşdə olan 14 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə Ərizəçi1 (Hüseynovanın) adı “Aynurə”, Ərizəçi2 (Hüseynovanın) ata adı isə “Rəhim” kimi qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2878F nömrəli, 30501004 kodlu şəhadətnamədə 3-cü sırada qeyd edilməli olan X9 yanlış olaraq, X2, 6-cı sırada qeyd edilməli olan X13 isə yanlış olaraq, X3 qeyd edilmiş, nəticədə, bu hallar ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006cı il tarixli, JN seriyalı, 2878F nömrəli, 30501004 kodlu şəhadatnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X4 adının “Aynurə”, Vİ sırada qeyd edilən X6 isə ata adının “Rəhim” kimi oxunması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 2878F nömrəli, 30501004 kodlu şəhadatnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X4 adının “Aynurə”, Vİ sırada qeyd edilən X6 isə ata adının “Rəhim” kimi oxunması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-411/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-411/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver