Məhkəmə qərarları › İş №2(059)-411/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-411/2023

18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-411/2023 18.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X19 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN seriyalı, 0768 nömrəli, 30508018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən mərhum X2 adının “Zümrətdin”, V sırada qeyd edilən X1 isə adının “Niyamətdin” kimi olması (oxunması) faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon DNK-nın 14 dekabr 2005-ci il tarixli, 4Ə-197 nömrəli alqı-satqı müqaviləsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün cizgidə göstərilən sərhəd daxilində 9,43 ha torpaq sahəsi Ərizəçi1, X7, X3, X4, Ərizəçi2, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X8 16 dekabr 2020-ci il tarixində vəfat etmişdir. Miras kütləsinə daxil olan dövlət aktındakı torpaq payının aidiyyəti vərəsələr arasında bölünməsi məqsədi ilə notariat əməliyyatların aparılması üçün müvafiq quruma, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə etdiyi müraciəti zamanı sözügedən dövlət aktında torpağın mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən mərhum X3 adının “Zümrətdin”, olduğu halda yanlış olaraq “Zülfətdin” kimi, V sırada qeyd edilən Ərizəçi2 isə adının “Niyamətdin” olduğu halda yanlış olaraq, “Nizamətdin” kimi qeyd edilmişdir. Beləliklə, dövlət aktında olan səhvə görə torpaq payları üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizələrinə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu idarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Beşdam kənd soveti tərəfindən 29 mart 1983-cü il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 357392 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası X10 olan Ərizəçi2 xx xxxxxx 1983-cü il tarixdə keçmiş Dəvəçi rayonunun Beşdam kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 05 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119448 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 dekabr 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 yanvar 2021-ci il tarixdə 07 nömrəli qeyd edilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0768 nömrəli, 30508018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon DNK-nın 14 dekabr 2005-ci il tarixli, 4Ə-197 nömrəli alqı-satqı müqaviləsi ilə 9,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1, X7, X2, X4, X1, X5 və X6 ümum birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2-M- 00xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0768 nömrəli dövlət aktının şəxslərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 19 may 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə, eləcə də Ərizəçi1 mərhum oğlu Zümrətdin Məmmədova məxsus olan bütün sənədlərdə onların adı düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0768 nömrəli, 30508018 kodlu dövlət aktında İİİ sırada qeyd edilməli olan mərhum X3 adı “Zümrətdin” olduğu halda yanlış olaraq “Zülfətdin” kimi, V sırada qeyd edilməli olan Ərizəçi2 isə adı “Niyamətdin” olduğu halda yanlış olaraq, “Nizamətdin” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Siyəzən rayon şöbəsi tərəfindən 25 iyul 2006-cı il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0768 nömrəli, 30508018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən mərhum X2 adının “Zümrətdin”, V sırada qeyd edilən X1 adının “Niyamətdin” kimi olması (oxunması) faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Siyəzən rayon şöbəsi tərəfindən 25 iyul 2006-cı il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0768 nömrəli, 30508018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən mərhum X2 adının “Zümrətdin”, V sırada qeyd edilən X1 adının “Niyamətdin” kimi olması (oxunması) faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar