Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-426/2023 31.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Ömərova (Səfərova) Tavat Nəsbulla qızının iştirakları ilə ərizəçilər Ərizəçi2 və Ömərova (Səfərova) Tavat Nəsbulla qızının “torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi2 və Ömərova (Səfərova) Tavat Nəsbulla qızı “torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XKnin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 05 dekabr 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0019 nömrəli, 30503018 kodlu dövlət aktının Ərizəçi2 və Ömərova (Səfərova) Tavat Nəsbulla qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 38 nömrəli qərarı ilə yaşadıqları Siyəzən rayonunun Sədan bələdiyyəsinin ərazisindən 2,35 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyətləri torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0019 nömrəli, 30503018 kodlu dövlət aktı ilə tanınır. Bir müddət əvvəl, sözügedən aktda adının yanlış yazılması, şəxsiyyət vəsiqəsi ilə arasında uyğunsuzluq olması məlum olmuşdur. Belə ki, qeyd olunan aktda 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi, ərizəçi Ömərova (Səfərova) Tavat Nəsbulla qızının adı “Tavat” əvəzinə yanlışlıqla “Savat” kimi qeyd edilmişdir. Həmçinin, aktda onun nikahdan sonrakı soyadı, yəni “Səfərova” soyadı qeyd edilmişdir. Bu aktda olan yanlışlığın aradan qaldırılması üçün Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. X5 verən DT və XK Siyəzən rayon torpaq şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (Səfərova) sözügedən aktda olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Ağbaş kənd İnzibati Ərazi Vahidliyi tərəfindən 12 fevral 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 893851 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası X3, anası X1 olan Ərizəçi1 xx xxx 1950-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Çaraq kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 453664 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 30 oktyabr 2008-ci il tarixdə, 354 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Səfərova" soyadı verilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 05 dekabr 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0019 nömrəli, 30503018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 38 nömrəli qərarı ilə 2,35 ha torpaq sahəsi Ərizəçi2 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli, 3-21-3-31/2-S-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0019 nömrəli dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 31 may 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi2 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0019 nömrəli, 30503018 kodlu dövlət aktında 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi, ərizəçi Ömərova (Səfərova)Tavat Nəsbulla qızının adı “Tavat” əvəzinə yanlışlıqla “Savat” kimi, soyadı isə “Ömərova” əvəzinə yanlışlıqla “Səfərova” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Belə ki, 2-ci sırada qeyd edilmiş mülkiyyətçi, ərizəçi Ömərova (Səfərova) Tavat Nəsbulla qızı müvafiq akt tərtib olunduğu 05 dekabr 2000-ci il tarixdə rəsmi nikahda olmamış, habelə bundan sonra, yəni 30 oktyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, “Səfərova” soyadını qəbul etmişdir. Beləliklə, ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Bundan əlavə, məhkəmə digər Ərizəçi2 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi2 münasibətdə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmiş, habelə 05 dekabr 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0019 nömrəli, 30503018 kodlu dövlət aktında sonuncunun adı, soyadı və ata adı düzgün olaraq, “Ərizəçi2” kimi qeyd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi2 münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 05 dekabr 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0019 nömrəli, 30503018 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ərizəçi Ömərova (Səfərova)Tavat Nəsbulla qızına məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət Ərizəçi2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 05 dekabr 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0019 nömrəli, 30503018 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ərizəçi Ömərova (Səfərova)Tavat Nəsbulla qızına məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət Ərizəçi2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-426/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-426/2023
31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver