Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-43/2023 13.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakları ilə ərizəçilər Ərizəçi1, Ağayeva (Məmmədova) Heyran Əmirəddin qızının, Ərizəçi2 Əmirəddin oğlunun, Ərizəçi3, Mikayılova (Məmmədova) Kamilə Əmrətdin qızının və Eyvazova (Məmmədova) Hüsniyyə Əmirəddin qızının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ağayeva (Məmmədova) Heyran Əmirəddin qızı, Ərizəçi2 Əmirəddin oğlu, Ərizəçi3, Mikayılova (Məmmədova) Kamilə Əmrətdin qızı və Eyvazova (Məmmədova) Hüsniyyə Əmirəddin qızı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən 24 iyun 2002-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 134A nömrəli, 30500017 kodlu şəhadətnamənin mülkiyyət hüququ ilə X10, Ərizəçi1, Ağayeva (Məmmədova) Heyran Əmirəddin qızına, Ərizəçi2 Əmirəddin oğluna, Ərizəçi3, Mikayılova (Məmmədova) Kamilə Əmrətdin qızına və Eyvazova (Məmmədova) Hüsniyyə Əmirəddin qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ərizəçilərin nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni qalan hissələrdə müdafiə etməklə, yanaşı torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 134A nömrəli, 30500017 kodlu şəhadətnamədə birinci sırada göstərilmiş mülkiyyətçinin “Əmrəddin” adının “Əmrətdin” kimi oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli qərarı ilə Siyəzən rayonunun Gil-Gil Çay qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə paylı mülkiyyətləri torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 134A nömrəli, 30500017 kodlu şəhadətnamə ilə tanınır. Qeyd olunan şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum X8 adı “Əmrətdin” əvəzinə yanlışlıqla “Əmrəddin” kimi, 3-cü sırada yazılmış ərizəçi X3 ata adı “Əmirəddin” əvəzinə yanlışlıqla “Əmrəddin”, 4-cü sırada yazılmış Ərizəçi2 Əmirəddin oğlunun ata adı “Əmirəddin” əvəzinə yanlışlıqla “Əmrəddin”, 5-ci sırada yazılmış ərizəçi X1 ata adı “Əmirəddin” əvəzinə yanlışlıqla “Əmrəddin”, 6-cı sırada yazılmış Ərizəçi3 ata adı “Əmirəddin” əvəzinə yanlışlıqla “Əmrəddin”, 7-ci sırada yazılmış ərizəçi X4 ata adı “Əmrətdin” əvəzinə yanlışlıqla “Əmrəddin” kimi qeyd edilmişdir. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçilərin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə, yanaşı bu faktın müəyyən edilməsinin Siyəzən rayonu ərazisindəki mərhum atası X8 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydə alınmış 0,07 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın anası Ərizəçi1 adına keçirilməsi üçün zəruri olduğunu qeyd etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, ərizəni nəzərə almaqla, ərizəçilərin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Həmyə kənd soveti tərəfindən 09 iyul 1965-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı, 185426 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X13 09 iyul 1965-ci il tarixdə, 2 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Məmmədova" soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Həmyə kənd soveti tərəfindən 12 aprel 1972-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı, 347028 nömrəli, 15 yanvar 1976-cı il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 290466 nömrəli və 08 fevral 1978-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 366476 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları X14, anaları Ərizəçi1 olan X11 xx xxxxxx 1972-ci il, Ərizəçi2 Əmirəddin oğlu 26 noyabr 1975-ci il, X5 isə xx xxxxxx 1978-ci il tarixlərdə keçmiş Dəvəçi rayonunun Gil-Gil Çay qəsəbəsində doğulmuşlar. İşdə olan keçmiş Dəvəçi rayonu Həmyə kənd XDS icraiyyə komitəsi tərəfindən 03 fevral 1982-ci il tarixdə verilmiş Vİİ- ЖГ seriyalı, 357225 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X14, anası Ərizəçi1 olan Ərizəçi3 xx xxxxxx 1981-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Gil-Gil Çay qəsəbəsində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Həmyə kənd XDS icraiyyə komitəsi tərəfindən 01 sentyabr 1983-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı, 318397 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X16, anası Ərizəçi1 olan X15 xx xxxx 1983cü il tarixdə keçmiş Dəvəçi rayonunun Gil-Gil Çay qəsəbəsində doğulmuşdur. İşdə olan Siyəzən RİH-in Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 21 may 1996cı il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 418512 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X11 21 may 1996-cı il tarixdə, 03 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvada "Ağayeva" soyadı verilmişdir. İşdə olan Siyəzən RİHB-nin Gil-Gilçay qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 07 may 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 363230 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X15 07 may 2008-ci il tarixdə, 03 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvada "Mikayılova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 09 iyul 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 831889 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X5 09 iyul 2013-cü il tarixdə, 115 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvada "Eyvazova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 31 iyul 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 995163 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 27 iyul 2019-cu il tarixdə Siyəzən şəhərinin Gil-Gil Çay qəsəbəsində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 iyul 2019-cu il tarixdə 97 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 24 iyun 2002-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 134A nömrəli, 30500017 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37 saylı qərarı ilə 0,07 ha torpaq sahəsi X9, Ərizəçi1, X6, Ərizəçi2, X2, Ərizəçi3 Əmrəddin qızının və X7 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 avqust 2022-ci il tarixli, **********32 nömrəli bildirişdən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 134A nömrəli şəhadətnamənin şəxslərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 17 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, Ərizəçi1 məxsus olan bütün sənədlərdə sonuncunun soyadı, adı və ata adı düzgün olaraq qeyd edilmiş, habelə ona münasibətdə hər hansı bir yanlışlığa yol verilməmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 134A nömrəli, 30500017 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum X8 adı “Əmrətdin” əvəzinə yanlışlıqla “Əmrəddin” kimi, 3-cü sırada qeyd edilməli olan ərizəçi X3, 4-cü sırada qeyd edilməli olan Ərizəçi2 Əmirəddin oğlunun, 5-ci sırada qeyd edilməli olan ərizəçi X1, 6-cı sırada qeyd edilməli olan Ərizəçi3 ata adları “Əmirəddin” əvəzinə yanlışlıqla “Əmrəddin” kimi, 7-ci sırada qeyd edilməli olan ərizəçi X4 ata adı isə “Əmrətdin” əvəzinə “Əmrəddin” kimi qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Əlavə olaraq, məhkəmə digər Ərizəçi1 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə məhz mərhum mülkiyyətçi Əmrətdin Məmmədovun adı, eləcə də digər ərizəçilər Ərizəçi5 (Məmmədovanın), Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 (Məmmədovanın) və Ərizəçi6 (Məmmədovanın) ata adları yanlış göstərilmiş, bununla da onların hüquqları pozulmuşdur. Halbuki, Ərizəçi1 münasibətdə isə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi1 münasibətdə təmin edilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, məhkəmə ərizənin “torpaq sənədinin 2-ci sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi”nə dair hissəsinə qiymət verərək, qeyd edir ki, bu halın artıq şəhadətnamə ilə müəyyən edilməsi də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 24 iyun 2002-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 134A nömrəli, 30500017 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ağayeva (Məmmədova) Heyran Əmirəddin qızına, Ərizəçi2 Əmirəddin oğluna, Ərizəçi3, Mikayılova (Məmmədova) Kamilə Əmrətdin qızına, Eyvazova (Məmmədova) Hüsniyyə Əmirəddin qızına və mərhum X12 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 24 iyun 2002-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 134A nömrəli, 30500017 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ağayeva (Məmmədova) Heyran Əmirəddin qızına, Ərizəçi2 Əmirəddin oğluna, Ərizəçi3, Mikayılova (Məmmədova) Kamilə Əmrətdin qızına, Eyvazova (Məmmədova) Hüsniyyə Əmirəddin qızına və mərhum X12 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-43/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-43/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver