Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-437/2021 11.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 iştirakı ilə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 may 2006-cı il tarixli, JN seriyalı, 747A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İ sətrində X2 adının “Elmira” kimi, İİ sətrində qeyd edilən X3 adının “Rafiq” kimi, İİİ sətrində qeyd edilən X7 adının “Raqif”, atasnın adının “Rafiq” kimi olması (oxunması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli sərəncamı ilə ailənin yaşadığı Siyəzən şəhər ərazisində 0,04 ha torpaq sahəsi onların mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 747A nömrəli 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamədə onun adı yanlış olaraq “Rais” kimi, arvadı Elmiranın adı “Esmira” kimi, oğlu Raqifin adı “Raqib” ata adı isə “Rais” kimi qeyd edilmiş, bununla da, müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün ad, ata adlarında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 22 oktyabr 1979-cu il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 321278 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X1 22 oktyabr 1979-cu il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 109 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Qədirli” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 22 fevral 1982-ci il tarixdə verilmiş Vİİ- ЖГ seriyalı, 487282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi3 xx xxxxxx 1982-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan 03 may 2006-cı il tarixli, JN seriyalı 747A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-ci il tarixli, 93 nömrəli sərəncamı ilə 0,04 ha torpaq sahəsi Siyəzən şəhər sakini X2 və onun ailə üzvləri X3 və X7 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 iyun 2021-ci il tarixli, **********70 nömrəli məktubundan görünür ki, Ərizəçi1 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 23 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə aid olan bütün sənədlərdə ad və ata adı düzgün qeyd edilmişdir. Lakin, 03 may 2006-cı il tarixli, JN seriyalı 747A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi və onun ailə üzvləri kimi müvafiq olaraq qeyd edilməli olan Ərizəçi2 əvəzinə yanlış olaraq X4, Ərizəçi1 əvəzinə yanlış olaraq X5, Ərizəçi3 əvəzinə yanlış olaraq X8 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 03 may 2006-cı il tarixli, JN seriyalı 747A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İ sırada qeyd edilən X2 adının “Elmira”, həmin şəhadətnamədə İİ sırada qeyd edilən X3 adının “Rafiq”, İİİ sırada qeyd edilən X7 adının “Raqif”, atasının adının “Rafiq” olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 03 may 2006-cı il tarixli, JN seriyalı 747A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İ sırada qeyd edilən X2 adının “Elmira”, həmin şəhadətnamədə İİ sırada qeyd edilən X3 adının “Rafiq”, İİİ sırada qeyd edilən X7 adının “Raqif”, atasının adının “Rafiq” olması faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-437/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-437/2021
11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver