Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-44/2021 27.01.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxx 2019-cu il tarixli, MAS 949 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə xx xxxxxxxx 2020-ci il tarixə olan 1359,06 manat əsas, 943,60 manat mükafat, eləcə də həmin günə hesablanmış 349,70 manat dəbbə pulunun, həmçinin inzibati xəta protokollarına görə ödənilmiş 2009 manat pul olmaqla, cəmi 4661,36 manat məbləğində borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “daxili lizinq müqaviləsi”nə əsasən sonuncunun sifarişi əsasında 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164017 ban nömrəli, qara rəngli avtomobil 13300 manat məbləğinə iddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu iddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. xx xxxxxx 2019-cu il tarixdə Quliyev Tunar oğlu, Cavabdeh və iddiaçı MMC arasında MAS 949 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlamışdır və xx xxxx 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş isə xx xxxxxx 2020-ci il tarixdə 385 manat məbləğində olmuşdur. Bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdən alınaraq iddiaçı MMC-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdehin “daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020-ci il tarixə 1359,06 manat əsas, 943,60 manat mükafat və həmin günə hesablanmış 349,70 manat dəbbə pulu, cəmi 2652,36 manat borcu vardır. Bundan əlavə, “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü inzibati qaydada cərimə edilmişdir. Bu səbəbdən də, iddiaçı MMC inzibati cərimələrin ödənilməsi üçün 2009 manat xərc çəkmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx xxxx 2019-cu il tarixli, MAS-949 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 13300 manat olan əşyanı 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164017 ban nömrəli, qara rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 17 % həcmində mükafat ödənilməsi şərtilə 48 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2019-cu il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinin, eləcə də eyni tarixli təhvil-təslim aktının surətlərindən görünür ki, bu müqaviləyə əsasən X2 İddiaçı MMC qarşısındakı öhdəliyi Cavabdeh ötürülmüş, habelə “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil ona təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AD seriyalı, 520624 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164017 ban nömrəli, qara rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli avtonəqliyyat vasitəsinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq ödənişləri ödənilmədiyi üçün təhvil alınmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli daxili lizinq müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixə borcu, əsas məbləğ üzrə 1359,06 manat, mükafat məbləği üzrə 943,60 manat, 349,70 manat cərimə olmaqla, cəmi 2652,36 manat təşkil edir. İşdə olan xəbərdarlıqlardan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin rəsmi internet səhifəsindən olan çıxarışın, eləcə də müxtəlif tarixlərdə “Expresspay” ödəniş sistemi vasitəsilə həyata keçirilmiş ödənişləri əks etdirən qəbzlərin surətlərindən görünür ki, “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olarkən sonuncunun barəsində tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi üçün iddiaçı MMC tərəfindən 2009 manat xərc çəkilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bu Məcəllənin 522-ci maddəsinin İ və İİ hissələrinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı bağlanmış daxili lizinq müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə öhdəliklərin ötürülməsi müqaviləsini bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdən etibarən daxili lizinq müqaviləsinin əlavəsinə əsasən, 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164017 ban nömrəli, qara rəngli avtomaşın illik 17 % həcmində mükafat ödənilməsi şərtilə 47 ay müddətinə hər ayın 22-də hər ay 383,77 manat, sonuncu ay isə 384,07 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı hadisə və səbəbdən ləğv və ya əlavə edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müafiq olaraq, yazılı formada bağlanmış lizinq müqaviləsinin şərtlərinə əməl etməməklə lizinq verən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 1359,06 manat, mükafat məbləği üzrə 943,60 manat, dəbbə üzrə 349,70 manat olmaqla, cəmi 2652,36 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməklə pul məbləğini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Bundan əlavə, iddianın "inzibati cərimələr üzrə ödənilmiş 2009 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 431-ci maddəsinin İ və İİ hissəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatı, iş materiallarında olan mötəbər sənəd və sübutlara əsasən iddia tələbinin "inzibati cərimələr üzrə ödənilmiş 2009 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsinə münasibətdə müəyyən etdi ki, cavabdehin istifadə və idarəçiliyində olduğu xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək olan dövrdə “KHAZAR SD” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə müxtəlif tarixlərdə inzibati xətalar törədilmiş və buna görə də inzibati xəta haqqında elektron protokollar tərtib edilməklə sürücü barəsində inzibati cərimə tənbehi tətbiq edilmiş, inzibati xətalara görə yaranmış 2009 manat cərimə ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə 2009 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx xxxx 2019-cu il tarixli, MAS 949 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, 1359,06 manat əsas borc, 943,60 manat mükafat məbləği, 349,70 manat dəbbə pulu, inzibati cərimələrin ödənilməsi üçün çəkilmiş 2009 manat xərc olmaqla, cəmi 4661,36 (dörd min altı yüz altmış bir manat 36 qəpik) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxx 2019-cu il tarixdə bağlanmış MAS-949 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. 1359,06 manat əsas borc, 943,60 manat mükafat məbləği, 349,70 manat dəbbə pulu, inzibati cərimələrin ödənilməsi üçün çəkilmiş 2009 manat xərc olmaqla, cəmi 4661,36 (dörd min altı yüz altmış bir manat 36 qəpik) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-44/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-44/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver