Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-450/2023 01.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X36 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Aslanova (Həsənova) Xumar Əzizulla qızının, Baxışova (Həsənova) Əfsanə Əzizulla qızının və Məmmədova (Həsənova) Ramilə Şamil qızının iştirakları ilə ərizəçilər Ərizəçi1, Aslanova (Həsənova) Xumar Əzizulla qızının, Baxışova (Həsənova) Əfsanə Əzizulla qızının və Məmmədova (Həsənova) Ramilə Şamil qızının “torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər Ərizəçi1, Aslanova (Həsənova) Xumar Əzizulla qızı, Baxışova (Həsənova) Əfsanə Əzizulla qızı və Məmmədova (Həsənova) Ramilə Şamil qızı “torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 166 nömrəli, 30507018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən X5 “Həsənova”, ata adının “Əzizulla” İİİ sırada qeyd edilən X20 ata adının “Əzizulla”, İV sırada qeyd edilən X6 “Həsənov”, adının “Fəyaz”, ata adının “Əzizulla”, V sırada qeyd edilən X8 Həsənov, ata adının “Əzizulla” olması, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 128F nömrəli, 30507018 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən X2 “Həsənova”, İİİ sırada qeyd edilən X1 “Həsənova”, İV sırada qeyd edilən X3 “Həsənov”, adının “Fəyaz” olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 166 nömrəli, 30507018 kodlu dövlət aktı ilə Siyəzən rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 31 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün cizgidə göstərilən sərhəd daxilində 2,01 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 128F nömrəli, 30507018 kodlu şəhadətnamə ilə Siyəzən rayon Aqrar İslahat Komissiyasının 18 may 1996-cı il tarixli, 202 saylı qərarına əsasən 0,11 ha həyətyanı torpaq sahəsi Həsənova (Məmmədova) Ramilə Şamil qızının, Aslanova (Həsənova) Xumar Əzizulla qızının, Baxışova (Həsənova) Əfsanə Əzizulla qızının, X16 və Ərizəçi1 ümumi birgə mülkiyyətinə verilmişdir. Qeyd edilən mülkiyyətçilərdən X24 07 avqust 2001-ci il tarixdə vəfat etmişdir. Torpaq paylarının mülkiyyətçilər arasında bölünməsi, habelə dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərkən qeyd edilən dövlət aktında və şəhadətnamədə mülkiyyətçilərdən Aslanova (Həsənova) Xumar Əzizulla qızının, Baxışova (Həsənova) Əfsanə Əzizulla qızının, X16 və Ərizəçi1 ad, soyad və ata adlarının yanlış qeyd edildiyi məlum olmuşdur. Beləliklə, dövlət aktında və şəhadətnamədə olan səhvə görə torpaq payları üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizələrinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1, Ərizəçi2 (Həsənova), Ərizəçi3 (Həsənova) və Ramilə Məmmədova (Həsənova) sözügedən şəhadətnamə və dövlət aktında olan yanlışlığın aradan qaldırılmasının payların bölünməsi və müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Zarat kənd soveti tərəfindən 08 iyun 1982-ci il tarixdə verilmiş Vİİİ- ЖГ seriyalı, 357356 nömrəli, 18 aprel 1984-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı, 442419 nömrəli, Zarat kənd ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən 12 noyabr 1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 342844 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası X14, anası Ərizəçi4 olan X22 xx xxx 1982-ci il tarixdə, X18 xx xxxxxx 1984-cü il tarixdə, Ərizəçi1 isə xx xxxxxxx 1993-cü il tarixdə keçmiş Dəvəçi rayon Zarat kəndində doğulmuşlar. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 07 avqust 2001-ci il tarixdə verilmiş AZ seriyalı, 116523 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 22 aprel 2001-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 avqust 2001-ci il tarixdə 317 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayonu Zarat İƏV üzrə nümayəndəliyi tərəfindən 01 may 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 285461 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X22 01 may 2007-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 04 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Aslanova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayonu Zarat İƏV üzrə nümayəndəliyi tərəfindən 09 iyun 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 363263 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X18 09 iyun 2008-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 05 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Baxışova” soyadı verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 166 nömrəli, 30507018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 31 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün cizgidə göstərilən sərhəd daxilində 2,01 ha torpaq sahəsi X17, X19, X20, X21 və X23 mülkiyyətinə verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 128F nömrəli, 30507018 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 18 may 1996-cı il tarixli, 202 saylı qərarına ilə 0,11 ha həyətyanı torpaq sahəsi X17, X11, X10, X12 və Ərizəçi1 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli, 3-21-3-31/2-H-00xx-xx/2023 nömrəli və 17 may 2023-cü il tarixli, 3-21-3-31/2-H-0032/xx-xx/2023 nömrəli məktublarından görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 166 nömrəli dövlət aktının, eləcə də torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 128F nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 06 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 166 nömrəli, 30507018 kodlu dövlət aktında İİ sırada qeyd edilməli olan X7 “Həsənova” olduğu halda yanlış olaraq “Məmmədova” kimi, ata adı “Əzizulla” olduğu halda yanlış olaraq “Əziz” kimi, İİİ sırada qeyd edilməli olan X13 ata adı “Əzizulla” olduğu halda yanlış olaraq “Əziz” kimi, İV sırada qeyd edilməli olan mərhum X9 “Həsənov” olduğu halda yanlış olaraq “Məmmədov” kimi, adı “Fəyaz” olduğu halda yanlış olaraq “Fəyyaz” kimi, ata adı “Əzizulla” olduğu halda yanlış olaraq “Əziz” kimi, V sırada qeyd edilməli olan Ərizəçi1 soyadı “Həsənov” olduğu halda yanlış olaraq “Məmmədov” kimi, ata adı “Əzizulla” olduğu halda yanlış olaraq “Əziz” kimi, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 128F nömrəli, 30507018 kodlu şəhadətnamədə isə İİ sırada qeyd edilməli olan X7 “Həsənova” olduğu halda yanlış olaraq “Mirzəyeva” kimi, İİİ sırada qeyd edilməli olan X4 “Həsənova” olduğu halda yanlış olaraq “Məmmədova” kimi, İV sırada qeyd edilməli olan mərhum X9 “Həsənov” olduğu halda yanlış olaraq “Məmmədov” kimi, adı “Fəyaz” olduğu halda yanlış olaraq “Fəyyaz” kimi qeyd edilmiş nəticədə bu hal ərizəçinin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 166 nömrəli, 30507018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən X5 “Həsənova”, ata adının “Əzizulla” İİİ sırada qeyd edilən X20 ata adının “Əzizulla”, İV sırada qeyd edilən X6 “Həsənov”, adının “Fəyaz”, ata adının “Əzizulla”, V sırada qeyd edilən X8 Həsənov, ata adının “Əzizulla” olması, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 128F nömrəli, 30507018 kodlu şəhadətnamədə isə torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən X2 “Həsənova”, İİİ sırada qeyd edilən X1 “Həsənova”, İV sırada qeyd edilən X3 “Həsənov”, adının “Fəyaz” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN seriyalı, 166 nömrəli, 30507018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən X5 “Həsənova”, ata adının “Əzizulla” İİİ sırada qeyd edilən X20 ata adının “Əzizulla”, İV sırada qeyd edilən X6 “Həsənov”, adının “Fəyaz”, ata adının “Əzizulla”, V sırada qeyd edilən X8 Həsənov, ata adının “Əzizulla” olması, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 128F nömrəli, 30507018 kodlu şəhadətnamədə isə torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən X2 “Həsənova”, İİİ sırada qeyd edilən X1 “Həsənova”, İV sırada qeyd edilən X3 “Həsənov”, adının “Fəyaz” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(059)-450/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-450/2023
01.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver