Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-463/2023 23.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ona məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ona məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-152, 306 və 309-cu maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-nin qeyd olunan maddəsi bu xarakterli işlərin məhkəmə aidiyyətini müəyyən edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Məhkəməyə ünvanlanmış ərizədən və ona əlavə sənədlərdən də göründüyü kimi Ərizəçi Bakı şəhəri, Yasamal rayonunun Əsəd Əhmədov küçəsindəki 28B saylı binanın 51-ci mənzilində qeydiyyatdadır. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Lakin, bu mülki işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətə əsas olan hallar müəyyən edilməmişdir. Belə ki, torpaq sahəsi Siyəzən rayonu ərazisində yerləşməsinə baxmayaraq, hazırkı ərizə, ərizəçinin daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında tələbindən irəli gəlməmiş, sözügedən dövlət aktında olan yanlışlığın aradan qaldırılmasını ehtiva etmişdir. Beləliklə, ərizəçi hazırkı ərizə ilə aidiyyəti üzrə yaşadığı (qeydiyyatda) olduğu yerə görə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.Qeyd olunan Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar ərizəyə xüsusi icraat qaydasında icraata qəbul olunaraq baxılmasını istisna edir. Ərizəçi izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 306, 309, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ona məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi, ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-463/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-463/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver