Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-463/2024 15.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1, Nurullayeva (Atakişiyeva) Mətanət Əliağa qızının, Ağadadaşova (Nurullayeva) Günay Yarəli qızının, ərizəçi eləcə də, digər ərizəçi Məmmədova (Nurullayeva) Gülarə Yarəli qızının nümayəndəsi Ərizəçi5 iştirakları ilə ərizəçilər Ərizəçi1, Nurullayeva (Atakişiyeva) Mətanət Əliağa qızının, Məmmədova (Nurullayeva) Gülarə Yarəli qızının, Ağadadaşova (Nurullayeva) Günay Yarəli qızının, Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Nurullayeva (Atakişiyeva) Mətanət Əliağa qızı, Məmmədova (Nurullayeva) Gülarə Yarəli qızı, Ağadadaşova (Nurullayeva) Günay Yarəli qızı, Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 580A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Nurullayeva (Atakişiyeva) Mətanət Əliağa qızına, Məmmədova (Nurullayeva) Gülarə Yarəli qızına, Ağadadaşova (Nurullayeva) Günay Yarəli qızına və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,04 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətləri torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 580A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə tanınır. Qeyd olunan şəhadətnamədə 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi Ərizəçi2 soyadı “Nurullayeva” əvəzinə yanlışlıqla qızlıq soyadına uyğun olaraq “Ağakişiyeva” kimi, adı “Mətanət” əvəzinə yanlışlıqla “Məlahət” kimi, 3-cü sırada qeyd edilməli olan mülkiyyətçi, X1 “Nurullayeva” əvəzinə yanlışlıqla “Nuralıyeva” kimi, 4-cü sırada qeyd edilməli olan mülkiyyətçi, X2 “Nurullayeva” əvəzinə yanlışlıqla “Nuralıyeva” kimi, 5-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi5 soyadı “Nurullayev” əvəzinə yanlışlıqla “Nuralıyev” kimi qeyd edilmişdir. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1, Nurullayeva (Atakişiyeva) Mətanət Əliağa qızı, Ağadadaşova (Nurullayeva) Günay Yarəli qızı, ərizəçi eləcə də, digər ərizəçi Məmmədova (Nurullayeva) Gülarə Yarəli qızının nümayəndəsi Ərizəçi5 sözügedən şəhadənamədə olan yanlışlıqların aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 20 oktyabr 1966-cı il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X13 olan X7 xx xxxxxxx 1966-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 05 aprel 1985-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 439188 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X7 05 aprel 1985-ci il tarixdə, 33 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra arvada “Nurullayeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 02 avqust 1986-cı il tarixdə verilmiş Xİ-ЖГ seriyalı, 442477 nömrəli, 22 iyul 1988-ci il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı, 358554 nömrəli, 12 oktyabr 1990-cı il tarixdə verilmiş XV-ЖГ seriyalı, 351976 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası Ərizəçi1, anası Ərizəçi2 olan X10 xx xxxx 1986-cı il tarixdə, X14 xx xxxx 1988-ci il tarixdə, Ərizəçi5 isə xx xxxxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Abşeron rayon İHB-nin Mehdiabad qəsəbə İcra Nümayəndəliyi tərəfindən 27 noyabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 443786 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X10 27 noyabr 2008-ci il tarixdə, 34 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 iyul 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 537820 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X14 01 iyul 2010-cu il tarixdə, 108 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra arvada “Ağadadaşova” soyadı verilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 580A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,04 ha torpaq sahəsi Ərizəçi1, X3, X6, X8, X12 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli, **********48 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 580A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 25 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 580A nömrəli, 30501004 kodlu şəhadətnamədə 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi Ərizəçi2 soyadı “Nurullayeva” əvəzinə yanlışlıqla “Ağakişiyeva” kimi, adı “Mətanət” əvəzinə yanlışlıqla “Məlahət” kimi, 3cü sırada qeyd edilməli olan mülkiyyətçi X1 “Nurullayeva” əvəzinə yanlışlıqla “Nuralıyeva” kimi, 4-cü sırada qeyd edilməli olan mülkiyyətçi X2 “Nurullayeva” əvəzinə yanlışlıqla “Nuralıyeva” kimi, 5-ci sırada qeyd edilməli olan mülkiyyətçi Ərizəçi5 soyadı “Nurullayev” əvəzinə yanlışlıqla “Nuralıyev” kimi qeyd edilmiş nəticədə, bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 580A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Nurullayeva (Atakişiyeva) Mətanət Əliağa qızına, Məmmədova (Nurullayeva) Gülarə Yarəli qızına, Ağadadaşova (Nurullayeva) Günay Yarəli qızına və Ərizəçi5 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 580A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Nurullayeva (Atakişiyeva) Mətanət Əliağa qızına, Məmmədova (Nurullayeva) Gülarə Yarəli qızına, Ağadadaşova (Nurullayeva) Günay Yarəli qızına və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-463/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-463/2024
15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver