Məhkəmə qərarları › İş №2(059)-466/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-466/2023

18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-466/2023 18.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X18 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi5 iştirakı ilə ərizəçilər Cəbı̇ yeva Türfə Veysəl qızının, Cəbı̇ yev Abdulkərı̇ m Ağakərı̇ m oğlunun, Qafarova (Cəbiyeva) Mətanət Əbdulkərı̇ m qızının, Cəbı̇ yev Elşən Abdulkərı̇ m oğlunun, Cəbı̇ yev Elmar Abdulkərı̇ m oğlunun, Cəbı̇ yeva Fərqanə Abdulkərı̇ m qızının, İlyasova (Cəbiyeva) Əfsanə Abdulkərı̇ m qızının, Cəbı̇ yev Şababa Abdulkərı̇ m oğlunun və Cəbı̇ yev Rəşı̇ d Abdulkərı̇ m oğlunun “torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər Cəbı̇ yeva Türfə Veysəl qızı, Cəbı̇ yev Abdulkərı̇ m Ağakərı̇ m oğlu, Qafarova (Cəbiyeva) Mətanət Əbdulkərı̇ m qızı, Cəbı̇ yev Elşən Abdulkərı̇ m oğlu, Cəbı̇ yev Elmar Abdulkərı̇ m oğlu, Cəbı̇ yeva Fərqanə Abdulkərı̇ m qızı, İlyasova (Cəbiyeva) Əfsanə Abdulkərı̇ m qızı, Cəbı̇ yev Şababa Abdulkərı̇ m oğlu və Cəbı̇ yev Rəşı̇ d Abdulkərı̇ m oğlu “torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 26 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı 0045 nömrəli, 30503018 kodlu dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 38 nömrəli qərarı ilə yaşadıqları Siyəzən rayonunun Sədan kəndi ərazisindən 12,72 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət 26 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı 0045 nömrəli, 30503018 kodlu dövlət aktı ilə tanınır. Qeyd olunan aktda torpağın mülkiyyətçisi kimi İ sırada qeyd edilən Ərizəçi2 adı “Abdulkərim” olduğu halda yanlış olaraq, “Əbdülkərim” kimi, İİ sırada qeyd edilən Ərizəçi1 ata adı “Veysəl” olduğu halda yanlış olaraq, “Peysəl” kimi, İİİ sırada qeyd edilən ərizəçi X1 ata adı “Abdulkərim” olduğu halda yanlış olaraq, “Əbdülkərim” kimi, İV sırada qeyd edilən Ərizəçi4 ata adı “Abdulkərim” olduğu halda yanlış olaraq, “Əbdülkərim” kimi, V sırada qeyd edilən Ərizəçi5 ata adı “Abdulkərim” olduğu halda yanlış olaraq, “Əbdülkərim” kimi, Vİ sırada qeyd edilən Ərizəçi6 ata adı “Abdulkərim” olduğu halda yanlış olaraq, “Əbdülkərim” kimi, Vİİ sırada qeyd edilən ərizəçi X2 ata adı “Abdulkərim” olduğu halda yanlış olaraq, “Əbdülkərim” kimi, Vİİİ sırada qeyd edilən Ərizəçi8 ata adı “Abdulkərim” olduğu halda yanlış olaraq, “Əbdülkərim” kimi, X sırada qeyd edilən Ərizəçi9 adı “Rəşid” olduğu halda yanlış olaraq “Rəşad” kimi, ata adı isə “Abdulkərim” olduğu halda yanlış olaraq, “Əbdülkərim” kimi qeyd edilmişdir. Bundan əlavə, ərizəçilər Mətanət Cəbiyeva və Əfsanə Cəbiyeva rəsmi nikaha daxil olmaqla, müvafiq olaraq “Qafarova” və “İlyasova” soyadlarını qəbul etmişlər. Bu aktda olan yanlışlıqların aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bu aktı verən keçmiş DTXK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də, onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi5 sözügedən aktda olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Qəlagah kənd ZDS komitəsi tərəfindən 27 iyun 1949-cu il tarixdə verilmiş ИЕ seriyalı, 112719 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X7 olan X10 xx xxxx 1949-cu il tarixdə keçmiş Dəvəçi rayon Qəlagah kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon ZAQS bürosu tərəfindən 28 iyul 1965-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı, 096332 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X10 28 iyul 1965-ci il tarixdə nikahlarını bağlamış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 60 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada “Cəbiyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş keçmiş Dəvəçi rayon Ağbaş kənd XDS-nin icraiyyə komitəsi tərəfindən 20 iyul 1966-cı il tarixdə verilmiş AЗ seriyalı ******* nömrəli, 12 fevral 1968-ci il tarixdə verilmiş AЗ seriyalı 10438513 nömrəli, 26 yanvar 1973-cü il tarixdə verilmiş İ-ЖГ seriyalı, 410905 nömrəli, 21 sentyabr 1976-cı il tarixdə verilmiş İV-ЖГ seriyalı, 343315 nömrəli, 20 fevral 1979-cu il tarixdə verilmiş V-ЖГ seriyalı, 458480 nömrəli, 25 mart 1982-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı, 487428 nömrəli və 16 yanvar 1985-ci il tarixdə verilmiş X-ЖГ seriyalı, 351131 nömrəli doğum haqqında şəhadətnamələrin, eləcə də şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, atası Ərizəçi2 anası Ərizəçi1 olan X3 xx xxx 1966-cı il tarixdə, Ərizəçi8 xx xxxxxx 1968-ci il tarixdə, Ərizəçi9 xx xxxxxx 1972-ci il tarixdə, Ərizəçi4 20 avqust 1976-cı il tarixdə, Ərizəçi5 xx xxxxxx 1979-cu il tarixdə, Ərizəçi6 xx xxxxxx 1982-ci il tarixdə, X4 isə xx xxxxxxx 1984-cü il tarixdə keçmiş Dəvəçi rayonunun Sədan kəndində doğulmuşlar. İşdə olan Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 15 dekabr 1999-cu il tarixdə verilmiş Vİİ- ЖГ seriyalı, 358691 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X3 15 dekabr 1999-cu il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 120 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada “Qafarova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 11 mart 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 768243 nömrəli nikah haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X12 ilə X4 28 iyul 2008-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 110 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada “İlyasova” soyadı verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı 0045 nömrəli, 30503018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 38 saylı qərarı ilə 12,72 ha torpaq sahəsi Cəbı̇ yev Əbdulkəri̇ m Ağakərı̇ m oğlunun, Cəbı̇ yeva Türfə Peysəl qızının, Cəbiyeva Mətanət Əbdulkəri̇ m qızının, Cəbı̇ yev Elşən Əbdulkəri̇ m oğlunun, Cəbı̇ yev Elmar Əbdulkəri̇ m oğlunun, Cəbı̇ yeva Fərqanə Əbdulkəri̇ m qızının, Cəbiyeva Əfsanə Əbdulkəri̇ m qızının, Cəbı̇ yev Şababa Əbdulkəri̇ m oğlunun, X5 və Cəbı̇ yev Rəşad Əbdulkəri̇ m oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2-307/2023 nömrəli bildirişin surətindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı 0045 nömrəli, 30503018 kodlu dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün onlara məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 23 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi2 qızı məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə məxsus olan bütün sənədlərdə ərizəçinin adı düzgün qeyd edilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN seriyalı 0045 nömrəli, 30503018 kodlu dövlət aktında İ sırada qeyd edilməli olan Ərizəçi2 adı “Abdulkərim” əvəzinə yanlış olaraq, “Əbdülkərim” kimi, İİ sırada qeyd edilməli olan Ərizəçi1 ata adı “Veysəl” əvəzinə yanlış olaraq, “Peysəl” kimi, İİİ sırada qeyd edilməli olan Cəbiyeva (Qafarova) Mətanət Abulkərim qızının ata adı “Abdulkərim” əvəzinə yanlış olaraq, “Əbdülkərim” kimi, İV sırada qeyd edilməli olan Ərizəçi4 ata adı “Abdulkərim” əvəzinə yanlış olaraq, “Əbdülkərim” kimi, V sırada qeyd edilməli olan Ərizəçi5 ata adı “Abdulkərim” əvəzinə yanlış olaraq, “Əbdülkərim” kimi, Vİ sırada qeyd edilməli olan Ərizəçi6 ata adı “Abdulkərim” əvəzinə yanlış olaraq, “Əbdülkərim” kimi, Vİİ sırada qeyd edilməli olan Cəbiyeva (İlyasova) Əfsanə Abdulkərim qızının ata adı “Abdulkərim” əvəzinə yanlış olaraq, “Əbdülkərim” kimi, Vİİİ sırada qeyd edilməli olan Ərizəçi8 ata adı “Abdulkərim” əvəzinə yanlış olaraq, “Əbdülkərim” kimi, X sırada qeyd edilməli olan Ərizəçi9 adı “Rəşid” əvəzinə yanlış olaraq “Rəşad”, ata adı isə “Abdulkərim” əvəzinə yanlış olaraq, “Əbdülkərim” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Həmçinin, ərizəçi Mətanət (Qafarova) Cəbiyeva 15 dekabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olmaqla, “Qafarova” soyadını, digər Ərizəçi7 (Cəbiyeva) isə 28 iyul 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, “İlyasova” soyadını qəbul etmişdir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 26 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı 0045 nömrəli, 30503018 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə Cəbı̇ yev Abdulkərı̇ m Ağakərı̇ m oğluna, Cəbı̇ yeva Türfə Veysəl qızına, Cəbı̇ yev Elşən Abdulkərı̇ m oğluna, Qafarova (Cəbiyeva) Mətanət Abulkərim qızına Cəbı̇ yev Elmar Abdulkərı̇ m oğluna, Cəbı̇ yeva Fərqanə Abdulkərı̇ m qızına, İlyasova (Cəbiyeva) Əfsanə Abdulkərı̇ m qızına, Cəbı̇ yev Şababa Abdulkərı̇ m oğluna və Cəbı̇ yev Rəşı̇ d Abdulkərı̇ m oğluna məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Cəbı̇ yev Abdulkərı̇ m Ağakərı̇ m oğluna aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 26 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı 0045 nömrəli, 30503018 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə Cəbı̇ yev Abdulkərı̇ m Ağakərı̇ m oğluna, Cəbı̇ yeva Türfə Veysəl qızına, Cəbı̇ yev Elşən Abdulkərı̇ m oğluna, Qafarova (Cəbiyeva) Mətanət Abulkərim qızına Cəbı̇ yev Elmar Abdulkərı̇ m oğluna, Cəbı̇ yeva Fərqanə Abdulkərı̇ m qızına, İlyasova (Cəbiyeva) Əfsanə Abdulkərı̇ m qızına, Cəbı̇ yev Şababa Abdulkərı̇ m oğluna və Cəbı̇ yev Rəşı̇ d Abdulkərı̇ m oğluna məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Cəbı̇ yev Abdulkərı̇ m Ağakərı̇ m oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar