Məhkəmə qərarları › İş №2(059)-50/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-50/2023

09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-50/2023 09.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi Novruzov İmaməddı̇ n Kaməddı̇ n oğlunun iştirakı ilə ərizəçi Novruzov İmaməddı̇ n Kaməddı̇ n oğlunun “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun mərhum nənəsinə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Novruzov İmaməddı̇ n Kaməddı̇ n oğlu “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun mərhum nənəsinə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 adına verilmiş hüquqmüəyyənedici sənəd hesab edilən, Siyəzən şəhərinin Sülh (Mir) prospektindəki 16 saylı fərdi yaşayış evinin inventar nömrəsi 612 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə, ərizəçi Novruzov İmaməddı̇ n Kaməddı̇ n oğlu tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, anası X3 anası, yəni onun ana nənəsi Mursəlova (Mustafayeva) Məsmə Camal qızı 21 avqust 2009-cu il tarixdə ölmüş, habelə mərhum nənəsi ölməmişdən təxminən bir il əvvəl, yəni 10 iyul 2008-ci il tarixdə bütün əmlakını, o cümlədən Siyəzən şəhərinin S. Xeyrullayev küçəsindəki 14 saylı şəxsi evini notarial qaydada bütünlüklə ona vəsiyyət etmişdir. Mərhum nənəsi 10 noyabr 1948-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmaqla, qızlıq soyadı olan Novruzova soyadını dəyişərək, ərinin soyadı Mustafayeva soyadını qəbul etməklə, X14 olmuş, həmin ərəfədə keçmiş ünvanı ünvan 1mumi sahəsi 28,1 kv.m-dən ibarət fərdi yaşayış evinin və həyətyanı sahəsinin sonuncuya məxsus olması barədə hüquqmüəyyənedici sənəd, yəni X4 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Bundan sonra, babası X2 vəfat etdiyi üçün mərhum nənəsi Məsmə Mustafayeva, 20 aprel 1957-ci ildə ikinci dəfə nikaha daxil olmaqla X15 ilə ailə quraraq onun soyadı olan Mursəlova soyadını qəbul edib, X19 olmuşdur. Bu yaxınlarda vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Siyəzən rayon Dövlət Notariat Ofisinə müraciət etmiş, habelə notarius vəzifəsini icra edən Kamran Məmmədov 21 avqust 2009-cu il tarixdə vəfat etmiş miras qoyan nənəsi X10 adından 13 yanvar 2022-ci il tarixdə 8V-5 reyestr nömrəli iş açılmaqla, Azərbaycan Respublikası ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə mərhumun adına hər hansı əmlakın olub-olmadığına dair məlumatın verilməsi və varsa da, həmin əmlaka dair çıxarış vərəqəsinin Ərizəçi verilməsini sorğu vasitəsilə xahiş etmişdir. Daha sonra, onun etibarnamə üzrə nümayəndəsi X5 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə Siyəzən rayonu, Siyəzən şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində X10 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə 28 iyul 2022-ci il tarixli ərizə ilə müraciət etmiş, oradan isə hüquqmüəyyənedici sənədlərdə mülkiyyətçinin adı və soyadı arasında uyğunsuzluğun olduğu, həmçinin bunun məhkəmə qaydasında həll olunmalı olduğu bildirilməklə, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi Novruzov İmaməddı̇ n Kaməddı̇ n oğlu ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, ərizəni nəzərə almaqla, ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2022-ci il tarixdə verilmiş 152 nömrəli və 27 aprel 2022-ci il tarixdə verilmiş 99 nömrəli nikah haqqında şəhadətnamədən çıxarışların surətindən görünür ki, müvafiq olaraq X20 10 noyabr 1948-ci il tarixdə X2 ilə evlənsə də, 20 aprel 1957-ci il tarixdə X11 ilə evlənmiş, habelə Məsmə Novruzovaya əvvəlki nikahı zamanı “Mustafayeva” soyadı verilsə də, sonuncu nikahında ona “Mursalova soyadı verilmişdir. İşdə olan Siyəzən rayon VVAQ bürosu tərəfindən 22 iyul 1953-cü il tarixdə verilmiş ИЕ seriyalı, 902611 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X2, anası X14 olan X6 25 iyun 1953-cü il tarixdə Siyəzən rayonunun Qızılburun qəsəbəsində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 03 yanvar 1979-cu il tarixli, Vİ-ЖГ seriyalı, 327178 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası X12 olan Ərizəçi xx xxxxxxx 1978-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan inventar nömrəsi 612 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Siyəzən şəhərinin keçmiş Mir prospektindəki sahə və onun üzərindəki 16 saylı fərdi yaşayış evinin həqiqi istifadəçisi X8r. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X22 tərəfindən 10 iyul 2008-ci il tarixdə, reyestrdə 2V-82 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X21 ölən günədək ona məxsus olan bütün əmlakı, o cümlədən Siyəzən şəhərinin S.Xeyrullayev küçəsindəki 14 saylı şəxsi evini bütünlüklə Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 31 avqust 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 317854 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 21 avqust 2009-cu il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 avqust 2009-cu il tarixdə 121 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 avqust 2022-ci il tarixli, **********35 nömrəli bildirişdən görünür ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 28 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi Novruzov İmaməddı̇ n Kaməddı̇ n oğlu məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçinin mərhum nənəsi X13 məxsus olan bütün sənədlərdə onun soyad, ad və ata adı düzgün qeyd edilmişdir. Lakin, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd edilməli olan mərhum X1 yanlışlıqla “Mustafaeva”, adı “Vesma”, ata adı “Djamal” kimi göstərilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçi tərəfin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Siyəzən şəhərinin Sülh (keçmiş Mir) prospektindəki 16 saylı fərdi yaşayış evinin inventar nömrəsi 612 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun (hüquqmüəyyənedici sənədin) mərhum X13 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Novruzov İmaməddı̇ n Kaməddı̇ n oğluna aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Siyəzən şəhərinin Sülh (keçmiş Mir) prospektindəki 16 saylı fərdi yaşayış evinin inventar nömrəsi 612 olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun (hüquqmüəyyənedici sənədin) mərhum X13 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Novruzov İmaməddı̇ n Kaməddı̇ n oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar