Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-50/2025 22.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və mərhum qohumlarına məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 22 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010F nömrəli, 30506068 kodlu şəhadətnamədə X9 əvəzinə X12 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 22 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010F nömrəli, 30506068 kodlu şəhadətnamənin ona, eləcə də, mərhum valideynləri X7 və X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 22 may 2000-ci il tarixdə verilmiş JN seriyalı, 010F nömrəli, 30506068 kodlu şəhadətnamədə onun ata adı Əlcuvan əvəzinə, Əlcavan kimi, atasının adı və ata adı Əlcuvan və Muqdat əvəzinə, Əlcavan və Muğdəli oğlu kimi, anasının soyadı Mərdanova əvəzinə, Əliyeva kimi yanlış qeyd edilmişdir. Bu yanlışlıqlara görə o sözügedən torpaq sahəsinə dair çıxarış sənədi və texniki pasport ala bilmir. Həmin torpaq sahəsinin çıxarışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, Ərizəçi sözügedən şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan keçmiş Dəvəçi rayonunun Qozağacı kənd soveti tərəfindən 11 noyabr 1956-cı il tarixdə verilmiş ИЖ seriyalı 337724 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X14, anası X15 olan X12 20 oktyabr 1956-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Calğan kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonunun Qozağacı kənd soveti tərəfindən 16 aprel 1958ci il tarixdə verilmiş İ-ИE seriyalı 412324 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X2 olan X11 24 mart 1958-ci il tarixdə keçmiş Dəvəçi rayonunda doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Yenikənd kənd soveti tərəfindən 16 iyun 1977-ci il tarixdə verilmiş İ- ЖГ seriyalı 410620 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 16 iyun 1977-ci il tarixdə 03 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 12 sentyabr 2002-ci il tarixdə verilmiş AZ seriyalı, 148353 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 iyul 2001-ci il tarixdə Siyəzən rayonunun Daşlı Calğan kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 sentyabr 2002-ci il tarixdə 169 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 30 mart 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 696370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12 mart 2015-ci il tarixdə Siyəzən rayonunun Orta Calğan kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 mart 2015-ci il tarixdə 50 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 22 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010F nömrəli, 30506068 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə Siyəzən şəhəri ərazisindən 0,13 ha həyətyanı torpaq sahəsi Ərizəçi Əlcavan oğlunun, mərhumlar X3 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 iyun 2024-cü il tarixli, 3-21-3-31/2-Ə-00xx-xx/2024 nömrəli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010F nömrəli 30506068 kodlu şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 22 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə və onun mərhum valideynlərinə məxsus olan bütün sənədlərdə onların adı, soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010F nömrəli, 30506068 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mərhum X6 adı “Əlcuvan” əvəzinə, “Əlcavan”, ata adı “Muqdat” əvəzinə “Muğdəli”, 2-ci sırada qeyd edilməli olan mərhum X1 “Mərdanova” əvəzinə, “Əliyeva”, 3-cü sırada qeyd edilməli olan Ərizəçi ata adı “Əlcuvan” əvəzinə, “Əlcavan” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 22 may 2000ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010F nömrəli, 30506068 kodlu şəhadətnamənin Ərizəçi, mərhumlar X7 və Mərdanova (Əliyeva) Təmayə Fərəc qızına məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon torpaq şöbəsi tərəfindən 22 may 2000-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 010F nömrəli, 30506068 kodlu şəhadətnamənin Ərizəçi, mərhumlar X7 və Mərdanova (Əliyeva) Təmayə Fərəc qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-50/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-50/2025
22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver