Məhkəmə qərarları › İş №2(059)-500/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-500/2022

03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-500/2022 03.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçinin nümayəndəsi X14 iştirakı ilə Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılaraq, aktın ümumi birgə mülkiyyət hüququ ilə ona məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılaraq, aktın ümumi birgə mülkiyyət hüququ ilə ona məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair 24 sentyabr 1998-ci il tarixli, JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktında 5-ci sırada torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi kimi qeyd edilən “Suquxanım” adının “Seyidxanım” olması, yəni 5-ci sətirdəki X3, X2 oxunması, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 9,85 ha həyətyanı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktı, 5-ci sıralarda qeyd edilən mülkiyyətçiyə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 9,85 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi, X14, X5, X11, X8 və onun ümumi birgə mülkiyyətinə verilmiş, müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı 0027 nömrəli, 30505028 kodlu dövlət aktı tərtib edilsə də, bu aktın ona aid hissəsində adı yanlış qeyd edilmişdir. Belə ki, onun adı “Seyidxanım” əvəzinə yanlışlıqla, “Suquxanım” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq aktda yanlışlığa yol verilmişdir. Siyəzən rayonunun Tağay kəndində yerləşən sözügedən torpaq sahəsi üzərindəki payların ayrılması ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti zamanı yuxarıda qeyd edilən aktda yanlışlıq olduğu müəyyən olmuşdur. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçinin nümayəndəsi X19 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon İcra Hakimiyyətinin Yenikənd inzibati ərazi vahidliyi tərəfindən 07 avqust 1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 342443 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X19, anası X9 olan X7 xx xxxx 1993-cü il tarixdə Siyəzən rayonunun Tağay kəndində doğulmuşdur. İşdə olan Siyəzən RİHB Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 23 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 696791 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X7 23 dekabr 2011-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Məmmədova” soyadı verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ nömrəli qərarı ilə 9,85 ha torpaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı üçün X14, X5, X11, X8 və X3 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən RİHB-nin Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 yanvar 2022-ci il tarixli, 05 nömrəli arayışının surətindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktında X1 Seyidxanım Mirbaba qızı kimi oxunmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 yanvar 2022-ci il tarixli, **********59 nömrəli bildirişindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 18 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə məxsus olan bütün sənədlərdə onun adı “Seyidxanım” kimi qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 24 sentyabr 1998-ci il tarixli, JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktında 5-ci sırada qeyd edilməli olan X7 əvəzinə yanlış olaraq, X10 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair 24 sentyabr 1998-ci il tarixli, JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktında 5-ci sırada qeyd edilən X3 adının “Seyidxanım” olması, həmin aktda 5-ci sırada qeyd edilən mülkiyyətçinin X2 oxunması, həmçinin bu aktın 5-ci sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə X4 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair 24 sentyabr 1998-ci il tarixli, JN seriyalı, 0027 nömrəli, 30505028 kodlu dövlət aktında 5-ci sırada qeyd edilən X3 adının “Seyidxanım” olması, həmin aktda 5-ci sırada qeyd edilən mülkiyyətçinin X2 oxunması, həmçinin bu aktın 5-ci sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə ümumi birgə mülkiyyət hüququ ilə X4 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar