Məhkəmə qərarları › İş №2(059)-502/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-502/2023

25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-502/2023 25.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ələskərova (Nəcməddinova) Vüsalə Fəxrəddin qızının iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ələskərova (Nəcməddinova) Vüsalə Fəxrəddin qızının “torpağın mülkiyyətə verilməsinə şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1512A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İ sırada qeyd edilən X3 adının “Fəxrəddin” kimi, İİ sırada qeyd edilən X2 “Nəcməddinova”, adının “Tükəzban” kimi, İİİ sırada qeyd edilən Ərizəçi2 Firuddin oğlunun və İV sırada qeyd edilən X6 ata adlarının “Fəxrəddin” kimi olması (oxunması) faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, Ərizəçi1 ərizənin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs qismində qeyd edilmiş Ərizəçi2 və Ələskərova (Nəcməddinova) Vüsalə Fəxrəddin qızının da ərizəçi kimi cəlb edilməsini xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyət Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamına əsasən 0,05 ha həyətyanı torpaq sahəsi Ərizəçi1, X9, Ələskərova (Nəcməddinova) Vüsalə Fəxrəddin qızının və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X13 27 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Sözügedən torpaq payının qanuni vərəsələr arasında bölünməsi məqsədi ilə notariat əməliyyatların aparılması üçün müvafiq quruma, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Ərazi İdarəsinə etdiyi müraciəti zamanı sözügedən şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İ sırada qeyd edilən X3 adı “Fəxrəddin” olduğu halda yanlış olaraq “Firuddin” kimi, İİ sırada qeyd edilən X5 “Nəcməddinova” olduğu halda yanlış olaraq “Rəfiyeva”, adı “Tükəzban” olduğu halda yanlış olaraq “Tükəzan” kimi, İİİ sırada qeyd edilən Ərizəçi2 Firuddin oğlunun və İV sırada qeyd edilən X6 ata adları “Fəxrəddin” olduğu halda “Firuddin” kimi qeyd edildiyi məlum olmuşdur. Beləliklə, şəhadətnamədə olan səhvə görə torpaq payları üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1 və Ərizəçi3 (Nəcməddinova) ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Digər Ərizəçi2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iclasın Ərizəçi2 iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu idarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 03 may 1960-cı il tarixdə verilmiş İ-ИЕ seriyalı, 872219 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası X19 olan Ərizəçi1 xx xxxx 1960-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 26 iyul 1985-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 439350 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X21 26 iyul 1985-ci il tarixdə, 94 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Nəcməddinova" soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 16 yanvar 1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı, 309020 nömrəli, 27 iyul 1988-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı, 358271 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası Ərizəçi1, anası X14 olan Ərizəçi2 xx xxxxxx 1987-ci il tarixdə, X10 isə xx xxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 25 iyun 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 457606 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X10 25 iyun 2009-cu il tarixdə, 75 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Ələskərova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 05 iyun 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 605041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27 aprel 2013-cü il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 iyun 2013-cü il tarixdə 74 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1512A nömrəli, ********* kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,05 ha həyətyanı torpaq sahəsi X3, X17, Ərizəçi2 Firuddin oğlunun və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-N-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1512A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 10 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə sonuncuların adı, soyadı və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1512A nömrəli, 30501004 kodlu şəhadətnamədə İ sırada qeyd edilməli olan Ərizəçi1 əvəzinə yanlış olaraq X1, İİ sırada qeyd edilməli olan mərhum X13 əvəzinə yanlış olaraq X12, İİİ sırada qeyd edilməli olan Ərizəçi2 əvəzinə yanlış olaraq Ərizəçi2 Firuddin oğlu kimi, İV sırada qeyd edilməli olan X10 əvəzinə yanlış olaraq X4 qeyd edilmiş, nəticədə bu hal ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1512A nömrəli, ********* kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İ sırada qeyd edilən X3 adının “Fəxrəddin” kimi, İİ sırada qeyd edilən mərhum X2 “Nəcməddinova”, adının “Tükəzban” kimi, İİİ sırada qeyd edilən Ərizəçi2 Firuddin oğlunun və İV sırada qeyd edilən X6 ata adlarının “Fəxrəddin” kimi olması (oxunması) faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1512A nömrəli, ********* kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İ sırada qeyd edilən X3 adının “Fəxrəddin” kimi, İİ sırada qeyd edilən mərhum X2 “Nəcməddinova”, adının “Tükəzban” kimi, İİİ sırada qeyd edilən Ərizəçi2 Firuddin oğlunun və İV sırada qeyd edilən X6 ata adlarının “Fəxrəddin” kimi olması (oxunması) faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar