Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-522/2021 11.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 may 1998-ci il tarixli, JN seriyalı, 186 nömrəli, 30507018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının İ sətrində torpağın mülkiyyətçisi kimi qeyd edilmiş Ərizəçi Xancan oğlunun ata adının “Abdulla” kimi olması (oxunması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 31 nömrəli qərarı ilə Siyəzən rayonu, Zarat kəndi ərazisindən 2,94 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı, 186 nömrəli, 30507018 kodlu dövlət aktı tərtib edilsə də, bu aktda ata adı yanlış qeyd edilmişdir. Belə ki, ata adı “Abdulla” əvəzinə yanlışlıqla “Xancan” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktında yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, onun müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda ona çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün ata adında olan yanlışlığın düzəldilməsi və torpağa mülkiyyət hüququna dair dövlət aktında özünün Ərizəçi olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən RPŞ tərəfindən 07 aprel 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1938-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində doğulmuşdur. İşdə olan 07 may 1998-ci il tarixli, JN seriyalı, 186 nömrəli, 30507018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu X1 10 dekabr 1997-ci il tarixli, 31 nömrəli qərarı ilə 2,94 ha torpaq sahəsi Siyəzən rayonu, Zarat kənd sakini Ərizəçi Xancan oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 07 may 1998-ci il tarixli, JN-186 KOD 30507018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nda yaranmış yanlışlığın aradan qaldırılması, yəni aktın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan 30 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norm3alarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə olan bütün sənədlərdə soyad, ad və ata adı düzgün qeyd edilmişdir. Lakin, 07 may 1998-ci il tarixli, JN seriyalı, 186 nömrəli, 30507018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında torpağın mülkiyyətçisi kimi Ərizəçi əvəzinə yanlış olaraq, Ərizəçi Xancan oğlu qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 07 may 1998-ci il tarixli, JN seriyalı, 186 nömrəli, 30507018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında torpağın mülkiyyətçisi kimi qeyd edilən Ərizəçi Xancan oğlunun ata adının “Abdulla” və həmin dövlət aktında mülkiyyətçinin Ərizəçi olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 07 may 1998-ci il tarixli, JN seriyalı, 186 nömrəli, 30507018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında torpağın mülkiyyətçisi kimi qeyd edilən Ərizəçi Xancan oğlunun ata adının “Abdulla” və həmin dövlət aktında mülkiyyətçinin Ərizəçi olması faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-522/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-522/2021
11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver