Məhkəmə qərarları › İş №2(059)-551/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-551/2022

14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-551/2022 14.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 1060A nömrəli, 30501004 kodlu dövlət aktında mülkiyyətçi olaraq mərhum anasının adının, soyadının, atasının adının X6 əvəzinə X7, ailə üzvlərindən qızı Maraqlı şəxs3 Meybulla qızı əvəzinə Maraqlı şəxs3, oğlu Maraqlı şəxs2 Meybulla oğlu əvəzinə Maraqlı şəxs2 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, məhkəmə gələcəkdə qəbul ediləcək qətnamənin Maraqlı şəxs3 və Maraqlı şəxs2 maraqlarına toxunmasını nəzərə alıb, Ərizəçi razılığı əsasında təşəbbüsü ilə həmin şəxsləri maraqlı şəxs kimi işdə iştirak etməyə cəlb etmişdir. Daha sonra, Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1060A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X2 adının “Meyrənsə”, həmin şəhadətnamədə 4-cü sırada qeyd edilən Maraqlı şəxs3 Meybulla qızının və 5-ci sırada qeyd edilən Maraqlı şəxs2 Meybulla oğlunun ata adlarının “Vüqar” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1060A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi mərhum anası X1 “X6” kimi, həmçinin övladları Maraqlı şəxs3 səhvən “Maraqlı şəxs3 Meybulla qızı”, Maraqlı şəxs2 isə səhvən “Maraqlı şəxs2 Meybulla oğlu” kimi göstərilmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə, yanaşı bu faktın müəyyən edilməsinin ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus Siyəzən şəhəri ərazisindəki 0,05 ha həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün zəruri olduğunu qeyd etdi. Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə maraqlı şəxslərin, o cümlədən nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 12 may 1970-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X8, anası X7 olan Ərizəçi xx xxxxx 1970-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 05 oktyabr 1995-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 418737 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 05 oktyabr 1995-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 100 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Nadirova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 13 dekabr 2000-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 024975 nömrəli və Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 sentyabr 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı, 204598 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası Ərizəçi, anası X9 olan Maraqlı şəxs3 xx xxxxxxxx 2000-ci il tarixdə, Maraqlı şəxs2 isə xx xxx 2002-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 10 may 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 268963 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 aprel 2022-ci il tarixdə ürək çatışmazlığı səbəbindən Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 may 2022-ci il tarixdə 88 nömrəli qeyd edilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1060A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsi həmin şəhərin sakinləri X2, Ərizəçi, X4, Maraqlı şəxs3 Meybulla qızının və Maraqlı şəxs2 Meybulla oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 iyul 2022-ci il tarixli, **********35 nömrəli bildirişindən görünür ki, JN seriyalı, 1060A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 08 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçinin mərhum anası Meyrənsə Nadirovaya və övladları, yəni maraqlı şəxslər Aygül, eləcə də Maraqlı şəxs2lara məxsus olan bütün sənədlərdə ad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1060A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi olaraq qeyd edilməli olan mərhum X5 adı yanlışlıqla, “Meyrənisə”, maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 ata adları isə yanlışlıqla, “Meybulla” kimi qeyd edilmiş, nəticədə, bu hal ərizəçi tərəfin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçi tərəfin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006cı il tarixli, JN seriyalı 1060A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X2 adının “Meyrənsə”, həmin şəhadətnamədə 4-cü sırada qeyd edilən Maraqlı şəxs3 Meybulla qızının və 5-ci sırada qeyd edilən Maraqlı şəxs2 Meybulla oğlunun ata adlarının “Vüqar” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1060A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X2 adının “Meyrənsə”, həmin şəhadətnamədə 4-cü sırada qeyd edilən Maraqlı şəxs3 Meybulla qızının və 5-ci sırada qeyd edilən Maraqlı şəxs2 Meybulla oğlunun ata adlarının “Vüqar” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar