Məhkəmə qərarları › İş №2(059)-57/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-57/2023

16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-57/2023 16.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 647A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 5-ci sırada qeyd edilən X4 adının “Əfşanə”, 6-cı sırada qeyd edilən X5 adının “Mahmud”, 7-ci sırada qeyd edilən X7 adının “Ənvər” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə, ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhumlar X10 və X2 məxsus ümumi birgə mülkiyyətdə olan mirasa daxil olan torpaq paylarının vərəsələr arasında bölünməsi məqsədi ilə notariat əməliyyatları aparılarkən torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 647A nömrəli, 30501004 kodlu şəhadətnamədə 5-ci sırada qeyd edilən X4 adı “Əfşanə”, 6-cı sırada qeyd edilən X5 adı “Mahmud”, 7-ci sırada qeyd edilən X7 adı isə “Ənvər” kimi qeyd edilməli olduğu halda yanlışlığa yol verildiyi məlum olmuşdur. Bu səbəbdən də, ərizəçilərin qeyd edilən səhvlərə görə torpaq payı üzərində mülkiyyət hüquqları məhdudlaşmış, yəni mirasın bölüşdürülməsi mümkünsüz olmuşdur. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, müraciətə müsbət cavab verilməmiş, habelə idarənin cavab məktubunda aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Mülki Prosessual qanunvericiliyə əsasən sözügedən sənəddə olan səhvlər bu sənədi verən orqan tərəfindən yeni sənəd verməklə və ya digər qanunun qəbul edə biləcəyi formada aradan qaldırıla bilmədikdə belə uyğunsuzluqlar məhkəmədə xüsusi icraat qaydasında müəyyən olunub aradan qaldırılır. Beləliklə, mülkiyyətçilərin 0,03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları məhdudlaşmış, miras əmlakın bölgüsü mümkünsüz olmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu idarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 07 fevral 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X12, anası X3 olan Ərizəçi1 xx xxxxxx 1969-cu il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVAQ bürosu tərəfindən 30 oktyabr 1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 359232 nömrəli və 19 iyun 1995-ci il tarixdə verilmiş XVİİİ-ЖГ seriyalı, 402315 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası X16, anası X13 olan Ərizəçi2 28 avqust 1993-cü il tarixdə, Ərizəçi3 isə xx xxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 647A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi həmin şəhərin sakinləri X8, X1, X6, X9, X4, X5 və X7 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 noyabr 2022-ci il tarixli, **********45 saylı məktubundan görünür ki, JN seriyalı 647A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 05 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi3 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə məxsus olan bütün sənədlərdə onların adı düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 647A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi qeyd edilməli olan Ərizəçi1 əvəzinə yanlış olaraq X14, Ərizəçi2 əvəzinə yanlış olaraq X15, Ərizəçi3 əvəzinə isə yanlış olaraq X17 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 647A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 5-ci sırada qeyd edilən X4 adının “Əfşanə”, həmin şəhadətnamədə 6-cı sırada qeyd edilən X5 adının “Mahmud”, 7-ci sırada qeyd edilən X7 adının “Ənvər” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi3 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 647A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 5-ci sırada qeyd edilən X4 adının “Əfşanə”, həmin şəhadətnamədə 6-cı sırada qeyd edilən X5 adının “Mahmud” və 7-ci sırada qeyd edilən X7 adının “Ənvər” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar