Məhkəmə qərarları › İş №2(059)-580/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-580/2022

21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-580/2022 21.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlıqların aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlıqların aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 074A nömrəli şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0021 nömrəli dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sətirdə qeyd edilən X4 “Nüsrət” kimi yazılmış adının “Nüsü” olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum atası X7 məxsus miras əmlaklara dair notariat əməliyyatları aparılarkən atasının adı və ata adı ölüm haqqında şəhadətnamədə, həmçinin birgə mülkiyyət hüququ ilə ona aid torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 074A nömrəli şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0021 nömrəli dövlət aktında adı yanlışlıqla, “Nüsrət” kimi qeyd edilmişdir. Bu səbəbdən də torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 074A nömrəli şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0021 nömrəli dövlət aktında mərhum atasına, yəni X7 münasibətdə olan səhvlərə görə miras əmlakdakı ona çatacaq paydan məhrum olmuş və bu paylar üzərində hər hansı mülkiyyət hüquqlarını həyata keçirə bilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə ölüm haqqında şəhadətnamədə atasının yanlış qeyd edilmiş “Nüsrət” adı “Nüsü”yə və "Fazil” ata adı “Fəzi”yə düzəlişlər edilmiş və o, mərhum atası barəsində 13 iyul 2022-ci il tarixdə yeni ölüm haqında şəhadətnamə almışdır. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 074A nömrəli şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0021 nömrəli dövlət aktında mərhum atasının adındakı yanlışlıqlar qaldığından, o, yenə də miras əmlaklar üzərində mülkiyyət hüquqlarını tam bərqərar edə bilməmişdir. Yaranmış maneənin aradan qaldırılması, həmçinin torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 074A nömrəli şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0021 nömrəli dövlət aktında mərhum atasının adındakı yanlışlıqlara düzəlişlər edilməsindən ötrü Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə, eləcə də Ərazi idarəsinin Siyəzən rayon şöbəsinə müraciət etmiş, habelə ona 02 avqust 2022-ci il tarixli məktubla cavab verilməklə, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qanuna əsasən qeyd edilən sənəddə olan səhvlər bu sənədi verən orqan tərəfindən yeni sənəd verməklə və ya digər qanunun qəbul edə biləcəyi formada aradan qaldırıla bilmədikdə belə uyğunsuzluqlar məhkəmədə xüsusi icraat qaydasında müəyyən olunub aradan qaldırılır. Beləliklə, yuxarıda qeyd edilən tələbin faktiki hallarına görə mərhum atasının torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 074A nömrəli şəhadətnaməyə əsasən 0,13 ha həyətyanı torpaq sahəsindəki və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0021 nömrəli dövlət aktına əsasən 3,91 ha pay torpağındakı miras kütləsinə daxil olan torpaq sahələri üzərində ona çatacaq müvafiq mülkiyyət hüquqları məhdudlaşmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu idarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Yenikənd kənd zəhmətkeşlər deputatlar soveti tərəfindən 02 avqust 1968-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X5 olan Ərizəçi xx xxxx 1968-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Tağay kəndində doğulmuşdur. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 10 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Siyəzən rayon Yenikənd kənd icra nümayəndəliyində tərtib edilmiş 463040 nömrəli “Ölüm haqqında şəhadətnamə”də X3 adı Nüsüyə, atasının adı isə Fəziyə dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 268998 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14 sentyabr 2011-ci il tarixdə fizioloji qocalıq səbəbindən Siyəzən rayonunun Tağay kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 sentyabr 2011-ci il tarixdə 17 nömrəli qeyd edilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair 24 sentyabr 1998-ci il tarixli, JN seriyalı, 0021 nömrəli, 30505028 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 3,91 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X4 və X1 mülkiyyətinə verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair 09 yanvar 2001-ci il tarixli, JN seriyalı 074A nömrəli, 30505028 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə 0,13 ha həyətyanı torpaq sahəsi həmin Siyəzən rayonunun Tağay kənd sakinləri X4, X1 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 avqust 2022-ci il tarixli, **********07 nömrəli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0021 nömrəli dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 074A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 29 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçinin mərhum atası Nüsü Hüseynova məxsus olan bütün sənədlərdə sonuncunun adı düzgün qeyd edilmişdir. Lakin, 24 sentyabr 1998-ci il tarixli JN seriyalı, 0021 nömrəli, 30505028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında və 09 yanvar 2001-ci il tarixli, JN seriyalı 074A nömrəli, 30505028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi olaraq qeyd edilməli olan mərhum X6 adı yanlışlıqla, “Nüsrət” kimi qeyd edilmiş, nəticədə, bu hal ərizəçi tərəfin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçi tərəfin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 24 sentyabr 1998-ci il tarixli JN seriyalı, 0021 nömrəli, 30505028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında və 09 yanvar 2001-ci il tarixli, JN seriyalı 074A nömrəli, 30505028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X4 adının “Nüsü” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 24 sentyabr 1998-ci il tarixli JN seriyalı, 0021 nömrəli, 30505028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında və 09 yanvar 2001-ci il tarixli, JN seriyalı 074A nömrəli, 30505028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X4 adının “Nüsü” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar