Məhkəmə qərarları › İş №2(059)-583/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-583/2023

23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-583/2023 23.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə onlara və mərhum şəxslərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə onlara və mərhum şəxslərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin həmin şəhadətnamədə göstərilən digər mülkiyyətçilərlə yanaşı ərizəçilərə, eləcə də mərhumlar X18 və X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətləri torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə tanınır. Qeyd olunan şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum X14 adı “Asya” əvəzinə yanlışlıqla “Asiya” kimi, ata adı “Vəli” əvəzinə yanlışlıqla “Əli” kimi, 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi mərhum X4 ata adı “İmamyar” əvəzinə yanlışlıqla “İmanyar” kimi, 7-ci sırada sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi2 ata adı “İmamyar” əvəzinə yanlışlıqla “İmanyar” kimi, 8-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi1 adı “Gülnar” əvəzinə yanlışlıqla “Gülnarə” kimi, ata adı isə “Gülməd” əvəzinə yanlışlıqla “Gülənəz” kimi qeyd edilmişdir. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Eyni zamanda, göstərilən yanlışlıq mərhum anası Asya İsmayılovadan miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul etməsinə mane olur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi2 və Ərizəçi1 sözügedən şəhadənamədə olan yanlışlığın aradan qaldırılmasının miras əmlakının qəbul edilməsi üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 16 may 2023-cü il və 24 may 2023-cü il tarixlərdə verilmiş arayışların surətlərindən görünür ki, müvafiq olaraq atası X8, anası X23 olan X15 03 iyul 1954-cü il tarixdə, Ərizəçi2 isə xx xxxx 1958-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 sentyabr 2023-cü il tarixdə verilmiş 229 nömrəli arayışın surətindən görünür ki, atası X21, anası X11 X19 xx xxxxxxx 1961-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 16 iyun 1982-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 470746 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X16 16 iyun 1982-ci il tarixdə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “İsmayılova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 28 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 514163 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20i 08 noyabr 2011-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 dekabr 2011-ci il tarixdə 175 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 876870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 02 noyabr 2017-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 noyabr 2017-ci il tarixdə 142 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi X17, X5, X6, X1, X12, X2, Ərizəçi2 İmanyar oğlunun, Ərizəçi1ə Gülənəz qızının, X3, X9, X10, X13 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-İ-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan 03 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə və mərhumlara məxsus olan bütün sənədlərdə onların soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum X14 adı “Asya” əvəzinə yanlışlıqla “Asiya” kimi, ata adı “Vəli” əvəzinə yanlışlıqla “Əli” kimi, 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi mərhum X4 ata adı “İmamyar” əvəzinə yanlışlıqla “İmanyar” kimi, 7-ci sırada sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi2 ata adı “İmamyar” əvəzinə yanlışlıqla “İmanyar” kimi, 8-ci sırada sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi1 adı “Gülnar” əvəzinə yanlışlıqla “Gülnarə” kimi, ata adı isə “Gülməd” əvəzinə yanlışlıqla “Gülənəz” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi2, Ərizəçi1, eləcə də mərhumlar X18 və X7 məxsus olması faktı edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 780A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi2, Ərizəçi1, eləcə də mərhumlar X18 və X7 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar