Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-597/2024 09.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X18 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Ərizəçi5, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Mirzəağa qızının, Ərizəçi4 və Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin birgə mülkiyyət hüququ ilə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Mirzəağa qızı, Ərizəçi4 və Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin birgə mülkiyyət hüququ ilə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2848F nömrəli, 30501004 kodlu şəhadətnamədə İ sırada qeyd edilən X7 adının “Minəvər”, ata adının “Ağamoğlan” olmaqla “Ərizəçi1” kimi, İİİ sırada qeyd edilən X3 “Bayramova”, adının “Aysə” olmaqla, “Ərizəçi2” kimi, İV sırada qeyd edilən X2 “Bayramova”, V sırada qeyd edilən X1 “Bayramova”, Vİ sətirdə qeyd edilən X4 “Bayramov”, ata adının “Mirzağa” kimi oxunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ərizəçilərin nümayəndəsi Ərizəçi2 ərizənin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, ərizələrini digər hissələrdə müdafiə etməklə, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2848F nömrəli, 30501004 kodlu şəhadətnamənin onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, “torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı, 2848F nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı tarixli, 93 saylı sərəncamı ilə 0,02 hektar həyətyanı torpaq sahəsi Ərizəçi1, X10, Ərizəçi2, Bayramova (Məmmədova) Fərqanə Mirzəğa qızının, Bayramova (Məmmədova) Dürdanə Mirzağa qızının və Ərizəçi5 ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X12 22 mart 2008-ci il tarixddə vəfat etmişdir. Vəfat etmiş şəxsə məxsus miras kütləsinə daxil olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq paylarının qanun üzrə vərəsələr arasında, habelə ümumi birgə mülkiyyətin digər mülkiyyətçilərinə, yəni ərizəçilərə məxsus torpaq paylarının bölünməsi məqsədi ilə müvafiq notariat əməliyyatları aparılması üçün notariusa, daha sonra payların bölünməsi və üzərində hüquqların dövlət qeydiyyatına alınmasından ötrü ƏMDK yanında DƏDRX-yə müraciətlər edilərkən, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı tarixli, 93 saylı sərəncamı ilə 0,02 hektar həyətyanı torpaq sahəsinin verilməsi haqqında sözügedən şəhadətnamədə ümumi birgə mülkiyyətçisi kimi 1-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı sətirdə qeyd edilən mülkiyyətçilərin soyadı, ad və ata adlarında uyğunsuzluğun olduğu aşkar olmuşdur. Bu səbəbdən, həmin şəhadətnamədə qeyd edilən ümumi birgə mülkiyyətçilərin soyadı, adı və ata adlarında olan uyğunsuzluqlara görə torpaq payları üzərində mülkiyyət hüquqları, habelə miras qalmış torpaq payının bölüşdürülməsi məhdudlaşmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müvafiq çıxarışın verilməsinə dair müraciətə sonuncu 07 may 2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, şəhadətnamədə l-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı sətirdə qeyd edilən mülkiyyətçilərin soyad, ad və ata adlarında uyğunsuzluğun olduğu və mövcud uyğunsuzluqların aradan qaldırlıması üçün MPM-nin 307.2.5-ci maddəsinə əsasən, yəni “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmiş və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi5, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 sözügedən şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2848F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən Rayonu İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,02 ha torpaq sahəsi X7, X10, X8, X6, X5 və X9 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 may 2024-cü il tarixli, 3-21-3-31/2-1629/2024 nömrəli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2848F nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 02 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi2 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2848F nömrəli, 30501004 kodlu şəhadətnamədə yanlışlığa yol verilmişdir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2848F nömrəli, 30501004 kodlu şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Mirzəağa qızına, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2848F nömrəli, 30501004 kodlu şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Mirzəağa qızına, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(059)-597/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-597/2024
09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver