Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-598/2023 30.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 393F nömrəli, 30505018 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İ sırada qeyd edilən mərhum X4 ata adının “İslam” kimi olması (oxunması) faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004-cü il tarixli, JN seriyalı, 393F nömrəli, 30505018 kodlu şəhadətnamədə mərhum atası X3 ata adı İslam əvəzinə yanlışlıqla İsmi kimi qeyd edilmişdir. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətinə müsbət cavab verilməyərək, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, sözügedən şəhadətnamədə olan yanlışlığa görə mülkiyyət hüququna dair müvafiq çıxarışı ala bilmir. Bundan başqa, atası Əzizağa Cavadov 19 dekabr 2014-cü il tarixdə, anası Gülzar Cavadova isə 27 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon VVADQ bürosu tərəfindən 23 mart 1954-cü il tarixdə verilmiş İ-Ж seriyalı, 074388 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X6 olan X8 1937-ci ilin birinci yarısında Siyəzən rayonunun Kolanı kəndində doğulmuşdur. Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 08 fevral 1999-cu il tarixdə verilmiş İ-ЖГ seriyalı, 263061 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1982-ci il təvəllüdlü X1 Əzizağa İslam oğlu və X7 tərəfindən 08 fevral 1999-cu il tarixdə, 01 nömrəli qeyd edilməklə övladlığa götürülmüş, habelə övladlığa götürüldükdən sonra ona “Cavadov” soyadı və “Əzizağa” ata adı verilmişdir. İşdə olan Siyəzən rayon İHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 05 yanvar 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 665577 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 dekabr 2014-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 yanvar 2015-ci il tarixdə 01 nömrəli qeyd edilmişdir. İşdə olan Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 393F nömrəli, 30505018 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 0,19 ha torpaq sahəsi X4, X2 və Ərizəçi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-C-00xxxx/2023 nömrəli məktubundan görünür ki, ərizəçi tərəfə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 393F nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 10 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçinin mərhum atasına məxsus olan bütün sənədlərdə onun ad, soyad və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004-cü il tarixli, JN seriyalı 393F nömrəli, 30505018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi olaraq qeyd edilməli olan ərizəçi X3 ata adı yanlışlıqla “İsmi” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 393F nömrəli, 30505018 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İ sırada qeyd edilən mərhum X4 ata adının “İslam” kimi olması (oxunması) faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 393F nömrəli, 30505018 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi İ sırada qeyd edilən mərhum X4 ata adının “İslam” kimi olması (oxunması) faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-598/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-598/2023
30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver