Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-603/2022 14.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2350A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 ata adının “Seyidməmməd”, 3-cü sırada qeyd edilən X8 adının “Nazinkə”, 8-ci sırada qeyd edilən Ərizəçi2 Məmmədsəfa qızının isə ata adının “Məmmədsafa” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum X3 məxsus mirasa daxil olan həyətyanı torpaq sahəsindəki payına dair Notariat əməliyyatları aparılarkən məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2350A nömrəli, 30501004 kodlu şəhadətnamədə həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X2 ata adı yanlış olaraq “Seyidməhəmməd” kimi, 3-cü sırada qeyd edilən X9 adı yanlış olaraq “Nazinka” kimi, 8-ci sırada qeyd edilən Ərizəçi2 ata adı yanlış olaraq “Məmmədsəfa” kimi qeyd edilmişdir. Qeyd edilən yanlışlıqlara görə həyətyanı torpaq sahəsinin həm mərhum Heybətağa Rzayevə məxsus olan miras torpaq payı, həmçinin ərizəçilərin özlərinə məxsus torpaq payları üzərində mülkiyyət hüquqlarını tanıdaraq əmlaklarından istədikləri kimi istifadə edə bilmirlər. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, müraciətə müsbət cavab verilməmiş, habelə idarənin 18 avqust 2022-ci il tarixli cavab məktubunda aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Mülki Prosessual qanunvericiliyə əsasən sözügedən sənəddə olan səhvlər bu sənədi verən orqan tərəfindən yeni sənəd verməklə və ya digər qanunun qəbul edə biləcəyi formada aradan qaldırıla bilmədikdə belə uyğunsuzluqlar məhkəmədə xüsusi icraat qaydasında müəyyən olunub aradan qaldırılır. Beləliklə, mülkiyyətçilərin 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququları məhdudlaşmışdır. Eyni zamanda, şəhadətnamədə 1-ci sırada qeyd edilən X5 04 iyul 2010-cu il tarixdə, 3-cü sırada qeyd edilən X18 isə 02 sentyabr 2002-ci il tarixdə ölmüşlər. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Ərziküş soveti tərəfindən 28 iyul 1966-cı il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X13, anası X14 olan X6 xx xxxx 1966-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Ərziküş kəndində doğulmuşdur. İşdə olan 09 iyun 1992-ci il tarixli, V-ЖГ seriyalı, 494879 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X6 həmin tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Rzayeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 02 sentyabr 2002-ci il tarixdə verilmiş AZ seriyalı, 148337 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 02 sentyabr 2002-ci il tarixdə tənəffüs çatışmazlığı səbəbindən Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 sentyabr 2002-ci il tarixdə 163 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 09 iyul 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 394429 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 iyul 2010-cu il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 iyul 2010-cu il tarixdə 104 nömrəli qeyd edilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2350A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi həmin şəhərin sakinləri X1, X12, X8, X21, X15, X19, Ərizəçi1, Ərizəçi2 Məmmədsəfa qızının, X7 və X10 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 avqust 2022-ci il tarixli, **********32 saylı məktubundan görünür ki, mərhum X2 vərəsəsi Ərizəçi1 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 14 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi2 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə və onların mərhum qohumlarına məxsus olan bütün sənədlərdə soyadı, adı və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2350A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi qeyd edilməli olan mərhum X5 əvəzinə yanlış olaraq X4, mərhum X18 əvəzinə yanlış olaraq X20, Ərizəçi2 əvəzinə yanlış olaraq Ərizəçi2 Məmmədsəfa qızı qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2350A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X1 ata adının “Seyidməmməd”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən mərhum X8 adının “Nazinkə”, 8-ci sırada qeyd edilən Ərizəçi2 Məmmədsəfa qızının ata adının “Məmmədsafa” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2350A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən mərhum X1 ata adının “Seyidməmməd”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən mərhum X8 adının “Nazinkə”, 8-ci sırada qeyd edilən Ərizəçi2 Məmmədsəfa qızının ata adının “Məmmədsafa” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-603/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-603/2022
14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver