Məhkəmə qərarları › İş №2(059)-623/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-623/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-623/2024 04.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi5 nümayəndəsi Nümayəndə iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara və mərhum qohumlarına məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara və mərhum qohumlarına məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2591F nömrəli, 30501004 kodlu şəhadətnamədə X13 əvəzinə X14, X32 əvəzinə X33, X4 əvəzinə, Ərizəçi1, X15 əvəzinə X5, Ərizəçi3 Qismət qızı əvəzinə Ərizəçi3, X16 əvəzinə, X9 və Ərizəçi5 Qismət oğlu əvəzinə, Ərizəçi5 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, Ərizəçi3, eləcə də, digər ərizəçilərin nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2591F nömrəli, 30501004 kodlu şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5, eləcə də, mərhumlar X10 və X30 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2591F nömrəli, 30501004 kodlu şəhadətnamədə mərhum X6 adı “Veysal” əvəzinə, “Veysəl”, ata adı “Beybala” əvəzinə, “Bəybala”, mərhum X25 adı “Aşura” əvəzinə, “Asurə”, ata adı “Mehti” əvəzinə, “Mehdi”, Ərizəçi1 adı “Məryam” əvəzinə, “Məryəm”, ərizəçi X1 ata adı “Əliqismət” əvəzinə, “Qismət”, Ərizəçi3 ata adı “Əliqismət” əvəzinə, “Qismət”, ərizəçi X3 ata adı “Əliqismət” əvəzinə, “Qismət”, Ərizəçi5 ata adı “Əliqismət” əvəzinə, “Qismət” kimi yanlış qeyd edilmişdir. Bu yanlışlıqlara görə onlar sözügedən torpaq sahəsinə dair çıxarış sənədi və texniki pasport ala bilmirlər. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair çıxarış alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi5 nümayəndəsi Nümayəndə sözügedən şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər Ərizəçi3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Ərizəçi3 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 31 iyul 1968-ci il tarixdə verilmiş A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X26, anası Nümayəndə olan X21 xx xxxx 1968-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 iyul 2024-ci il tarixdə verilmiş AZ-T seriyalı, 027128 nömrəli nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X21 20 yanvar 1987-ci il tarixdə, 16 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Allahverdiyeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 26 dekabr 1989-ci il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı, 432643 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X11, anası Ərizəçi1 olan Ərizəçi3 xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 26 dekabr 1989-ci il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı, 432642 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X11, anası Ərizəçi1 olan X5 xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 iyul 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 977784 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X5 həmin tarixdə, 1220 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Məmmədova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Ərizəçi4 xx xxxxxxx 1991ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 may 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 051860 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X9 həmin tarixdə, 1259 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əliyeva” soyadı verilmişdir. İşdə Rusiya Federasiyası Komi Respublikasının Uxta şəhər VVADQ şöbəsi tərəfindən 27 yanvar 2003-cü il tarixdə verilmiş İ-EA seriyalı, 541655 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X11, anası Ərizəçi1 olan Ərizəçi5 xx xxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyası Komi Respublikasının Uxta şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 21 oktyabr 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 665593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 14 oktyabr 2014-cü il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 oktyabr 2014-cü il tarixdə 143 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 322208 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 10 may 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 may 2023-cü il tarixdə 110 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2591F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi X7, X28, X2, X8, Ərizəçi3 Qismət qızının, X12 və Ərizəçi5 Qismət oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14 iyun 2024-cü il tarixli, 3-21-3-31/2-A-00xx-xx/2024 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2591F nömrəli 30501004 kodlu şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 04 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə və qohumlarına məxsus olan bütün sənədlərdə onların soyadı, adı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair sözügedən şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mərhum X6 adı “Veysal” əvəzinə, “Veysəl”, ata adı “Beybala” əvəzinə, “Bəybala”, 2-ci sırada qeyd edilməli olan mərhum X25 adı “Aşura” əvəzinə, “Asurə”, ata adı “Mehti” əvəzinə, “Mehdi”, 3-cü sırada qeyd edilməli olan Ərizəçi1 adı “Məryam” əvəzinə, “Məryəm”, 4-cü sırada qeyd edilməli olan ərizəçi X1 ata adı “Əliqismət” əvəzinə, “Qismət”, 5-ci sırada qeyd edilməli olan Ərizəçi3 ata adı “Əliqismət” əvəzinə, “Qismət”, 6-cı sırada qeyd edilməli olan ərizəçi X3 ata adı “Əliqismət” əvəzinə, “Qismət”, 7-ci sırada qeyd edilməli olan Ərizəçi5 ata adı “Əliqismət” əvəzinə, “Qismət” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2591F nömrəli, 30501004 kodlu şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, eləcə də, mərhumlar X10 və X30 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2591F nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, eləcə də, mərhumlar X10 və X30 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar