Məhkəmə qərarları › İş №2(059)-63/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-63/2022

17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-63/2022 17.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi1, ərizəçi, eləcə də digər Ərizəçi3 nümayəndəsi Ərizəçi2 iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 378F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 ata adının “Bahadır”, həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən “Əkrəm” adının “Əkram”, 4-cü sırada qeyd edilən “Dəyanəy” adının “Dəyanət”, “Əkrəm” ata adının “Ekram” kimi, 5-ci sırada qeyd edilən “Aynur” adının “Ayna” kimi, “Əkrəm” ata adının “Ekram” kimi olması (oxunması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,03 ha torpaq sahəsi onun, eləcə də ailə üzvləri olan digər ərizəçilərin mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 378F nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin ona aid hissəsində adı, ata adı, digər ailə üzlərinə aid hissədə isə sonuncuların adı, ata adı yanlış qeyd edilmişdir. Belə ki, onun adı “Dəyanət” əvəzinə yanlışlıqla “Dəyanəy”, ata adı isə “Ekram” əvəzinə yanlışlıqla “Əkrəm”, digər ailə üzvlərinin, o cümlədən 1-ci sırada qeyd edilən mərhum nənəsi X2 ata adı “Bahadur”, 2-ci sırada qeyd edilən atası Ərizəçi2 adı “Əkrəm”, həmin şəhadətnamədə 5-ci sırada qeyd edilən bacısı Ərizəçi3 adı “Aynur”, ata adı “Əkrəm” kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün ad, ata adlarında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum X5 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir, eyni zamanda ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini rica edir. Məhkəmə iclasında iştirak edən ərizəçi, eləcə də digər Ərizəçi3 nümayəndəsi Ərizəçi2 Ərizəçi1 izahatına uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçilər, eləcə də digər Ərizəçi3 nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 dekabr 2021-ci il tarixdə verilmiş 179 nömrəli arayışdan görünür ki, X2 adına doğum akt qeydi tapılmamışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 577656 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 mart 2004-cü il tarixdə fizioloji qocalıq səbəbindən ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 mart 2004-cü il tarixdə 36 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon VVAQ bürosu tərəfindən 31 iyul 1956-cı il tarixdə verilmiş ИЖ seriyalı, 246418 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Sərdar İsayev, anası Bənövşə İsayeva olan Ərizəçi2 xx xxxx 1956-cı il tarixdə keçmiş Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 20 sentyabr 1982-ci il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 394875 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X13, anası X8 olan Ərizəçi1 xx xxxxxxxx 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 19 sentyabr 1984cü il tarixdə verilmiş X-ЖГ seriyalı, 351045 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X13, anası X8 olan X18 18 avqust 1984-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən 04 iyun 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 579334 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X18 04 iyun 2010-cu il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 212 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Nəcəfova” soyadı verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 378F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,03 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri X1 və onun ailə üzvləri X9, X3, X6, X10 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 05 oktyabr 2021-ci il tarixli, **********11 saylı məktubundan görünür ki, Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 22 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə məxsus olan bütün sənədlərdə adı və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 378F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi, habelə onun ailə üzvləri kimi qeyd edilməli olan X5 əvəzinə yanlış olaraq X7, Ərizəçi2 əvəzinə yanlış olaraq X14, Ərizəçi1 əvəzinə yanlış olaraq X12, İsayeva (Nəcəfova) Ayna Ekram qızı əvəzinə yanlış olaraq X15 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 378F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 ata adının “Bahadır”, həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən X9 adının “Əkram”, 4-cü sırada qeyd edilən X6 adının “Dəyanət”, atasının adının “Ekram”, 5-ci sırada qeyd edilən “Aynur” adının “Ayna”, “Əkrəm” ata adının isə “Ekram” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 378F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 ata adının “Bahadır”, həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən X9 adının “Əkram”, 4-cü sırada qeyd edilən X6 adının “Dəyanət”, atasının adının “Ekram”, 5-ci sırada qeyd edilən “Aynur” adının “Ayna”, “Əkrəm” ata adının isə “Ekram” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar