Məhkəmə qərarları › İş №2(059)-634/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-634/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-634/2021 22.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi5 iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 526A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X5 adının “Abasqulu”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X4 “Əhmədova”, 4-cü sırada qeyd edilən X1 “Əsgərova”, atasının adının “Abasqulu”, 5-ci sırada qeyd edilən X2 “Əhmədov”, atasının adının “Abasqulu”, X3 “Əhmədov”, adının “Ehtiram”, atasının adının “Abasqulu” kimi olması (oxunması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi5 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,02 ha torpaq sahəsi onun, eləcə də ailə üzvləri olan digər ərizəçilərin mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 526A nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin ona aid hissəsində soyadı, adı, ata adı, digər ailə üzlərinə aid hissədə isə sonuncuların soyadı, adı, ata adı yanlış qeyd edilmişdir. Belə ki, onun soyadı “Əhmədov” əvəzinə yanlışlıqla “Quluyev”, adı “Ehtiram” əvəzinə yanlışlıqla “Etiram”, ata adı isə “Abasqulu” əvəzinə yanlışlıqla “Abbasqulu”, digər ərizəçilərin, o cümlədən 2-ci sırada qeyd edilən Ərizəçi1 adı “Abbasqulu”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən Ərizəçi2 soyadı “Quluyeva”, 4-cü sırada qeyd edilən Ərizəçi3 soyadı “Quluyev”, atasının adı “Abbasqulu”, 5-ci sırada qeyd edilən Ərizəçi4 soyadı “Quluyev”, atasının adı “Abbasqulu” kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdə qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyad, ad, ata adlarında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir, eyni zamanda ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini rica edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 14 iyun 1985-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 439307 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X17 14 iyun 1985-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əhmədova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 10 noyabr 1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı, 488066 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi4 09 avqust 1987-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən şəhər soveti tərəfindən 11 mart 1991-ci il tarixdə verilmiş XV-ЖГ seriyalı, 391833 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi5 xx xxxxxx 1991-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyul 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 142294 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X12 16 iyul 2005-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 88 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əsgərova” soyadı verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 526A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,02 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri X9 və onun ailə üzvləri X5, X11, X8, X7 və X10 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 sentyabr 2021-ci il tarixli, **********36 saylı məktubundan görünür ki, Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 25 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi5 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə məxsus olan bütün sənədlərdə soyadı, adı və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 526A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisinin ailə üzvləri kimi qeyd edilməli olan Ərizəçi1 əvəzinə yanlış olaraq X13, Ərizəçi2 əvəzinə yanlış olaraq X19, Ərizəçi3 əvəzinə yanlış olaraq X14, Ərizəçi4 əvəzinə yanlış olaraq X15, Ərizəçi5 əvəzinə yanlış olaraq X16 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 526A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X5 adının “Abasqulu”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X4 “Əhmədova”, 4-cü sırada qeyd edilən X1 “Əsgərova”, atasının adının “Abasqulu”, 5-ci sırada qeyd edilən X2 “Əhmədov”, atasının adının “Abasqulu”, 6-cı sırada qeyd edilən X3 “Əhmədov”, adının “Ehtiram”, atasının adının “Abasqulu” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi5 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 526A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X5 adının “Abasqulu”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X4 “Əhmədova”, 4-cü sırada qeyd edilən X1 “Əsgərova”, atasının adının “Abasqulu”, 5-ci sırada qeyd edilən X2 “Əhmədov”, atasının adının “Abasqulu”, 6-cı sırada qeyd edilən X3 “Əhmədov”, adının “Ehtiram”, atasının adının “Abasqulu” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi5 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar