Məhkəmə qərarları › İş №2(059)-647/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-647/2024

26.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-647/2024 26.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, bu akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, bu akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin RQİİ-nin Siyəzən Xidmət sahəsi tərəfindən əsassız tərtib edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2024-cü il tarixli, ******* nömrəli aktın qanunsuz hesab edilib ləğv edilməsi, bu akt əsasında 6480 kub.m həcmində itirilmiş qazın bərpası üçün hesablanmış və abonent hesabına əlavə edilmiş 777,60 manat məbləğin abonent hesabından silinməsi, cavabdehin təkidi ilə ödənilmiş 50 manat pulun iddiaçıya qaytarılması, eləcə də, abonentin qaz təminatının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı Şabran şəhəri, M.Əsədov küçəsindəki 38 nömrəli evdə qeydiyyata alınmışdır. Göründüyü kimi, Siyəzən Rayon Məhkəməsi hazırkı mülki işi 26 iyul 2024-cü il tarixdə icraata qəbul edərkən İddiaçı Şabran şəhəri, M.Əsədov küçəsindəki 38 nömrəli evdə qeydiyyatda olmuşdur ki, nəticədə iş icraata qəbul edilərkən aidiyyət qaydaları pozulmuş və hazırkı işə bu məhkəmədə baxılması üçün əsaslar yaranmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasına etiraz etmədi. Cavabdeh və üçüncü şəxs Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə iclasın cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir: Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Sözügedən Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yenə bu Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Şabran rayonunun inzibati ərazisində qeydiyyata olduğuna görə İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, bu akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44, 45, 167, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, bu akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar