Məhkəmə qərarları › İş №2(059)-68/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-68/2021

15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-68/2021 15.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 596A nömrəli, 30501004 kodlu şəhadətnamədə, torpağın paylı mülkiyyətçisi kimi qeyd edilən 1-ci sətrdə “Ağaverdiyeva” soyadının “Allahverdiyeva” soyadı kimi, 3-cü sətrdə “Varis” adının “Kavus” adı kimi, “Məmmədəmin oğlu” ata adının “Məmmədəli oğlu” ata adı kimi, 4-cü sətrdə “Ağaverdiyeva Səbinə” soyadının, adının “Allahverdiyeva Səlimə” soyadı, adı kimi olması (oxunması) və Maraqlı şəxs1 Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,05 ha həyətyanı torpaq sahəsinin bu şəhadətnaməyə əsasən ona, X4, X19 və X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Maraqlı şəxs1 Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,05 ha torpaq sahəsi onun, ailə üzvləri X3, X17, X6 mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı 596A nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin anasına aid hissəsində soyadı, oğluna aid hissəsində adı, ata adı, bacısına aid hissəsində soyadı, adı yanlış qeyd edilmişdir. Belə ki, anasının soyadı “Allahverdiyeva” əvəzinə yanlışlıqla “Ağaverdiyeva” kimi, oğlunun adı və ata adı “Kavus Məmmədəli oğlu” əvəzinə yanlışlıqla “Varis Məmmədəmin oğlu” kimi, bacısının soyadı və adı “Allahverdiyeva Səlimə” əvəzinə yanlışlıqla “Ağaverdiyeva Səbinə” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyad, ad, ata adlarında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin X10, X25 və X13 olması faktının müəyyən edilməsi və sözgedən həyətyanı torpaq sahəsinin onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Sı̇ yəzən rayon İcra Hakı̇ mı̇ yyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə və Şöbə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu VVAQ şöbəsi tərəfindən xx xxxx 1976-cı ildə verilmiş,İV-ЖГ seriyalı, 343883 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X11, anası X7 olan X5 xx xxxx 1943-cü il tarixdə keçmiş Dəvəçi şəhərində doğulmuşdur. İşdə olan Siyəzən şəhər soveti tərəfindən xx xxxx 1966-cı ildə verilmiş, АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X23, anası Ərizəçi olan X25 xx xxxxxx 1966-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci ildə verilmiş, 1-ИЕ seriyalı, 506868 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, atası X11, anası X7 olan X13 xx xxxxxx 1958-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən və arayışdan görünür ki, ərizəçinin anası X7 xx xxxxxx 2008-ci il tarixdə, ərizəçinin bacısı X13 isə xx xxxxxx 2010cu il tarixdə ölmüşdür. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı 596A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,05 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri Ağaverdiyeva Məsumə Qüdrət qızının və onun ailə üzvləri Ərizəçi, X14 və X12 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi qızına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçinin ailə üzvlərinə məxsus olan bütün sənədlərdə soyadı, adı və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 596A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi, eləcə də ailə üzvləri kimi qeyd edilməli olan X10 əvəzinə yanlış olaraq X15, X25 əvəzinə yanlış olaraq X24, X13 əvəzinə yanlış olaraq X20 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən əsaslı olduğuna görə qismən təmin edilməli, torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 596A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Allahverdiyeva”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X14 adının “Kavus”, atasının adının “Məmmədəli”, 4-cü sırada qeyd edilən X2 “Allahverdiyeva”, adının “Səlimə” olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ərizənin “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həyətyanı torpaq sahəsinin X4, Ərizəçi, X19 və X9 məxsus olması faktının müəyyən edilməsi”nə dair hissəsi hüquqi fakt əhəmiyyəti kəsb etmədiyinə və bu hal şəhadətnamə ilə müəyyən edildiyinə görə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 596A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Allahverdiyeva”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X14 adının “Kavus”, atasının adının “Məmmədəli”, 4-cü sırada qeyd edilən X2 “Allahverdiyeva”, adının “Səlimə” olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar