Məhkəmə qərarları › İş №2(059)-69/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-69/2021

16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-69/2021 16.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 nümayəndəsi X14 iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-2648 F seriyalı, kod 30501004 olan şəhadətnamədə, torpağın paylı mülkiyyətçisi kimi qeyd edilən 1-ci sətrdə “Bayramova” soyadının “Əhlimanova” soyadı kimi, “Mirzəağa” ata adının “Mirzağa” ata adı kimi, 4-cü sətrdə Aytac Noivruzəli qızının, ata adının “Novruzəli” kimi olması (oxunması) və bu şəhadətnamənin Ərizəçi, X13, X10 və X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizənin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-2648 F seriyalı, kod 30501004 olan şəhadətnamədə, torpağın paylı mülkiyyətçisi kimi qeyd edilən 1-ci sətrdə “Bayramova” soyadının “Əhlimanova” soyadı kimi, “Mirzəağa” ata adının “Mirzağa” ata adı kimi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Maraqlı şəxs2 Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,07 ha torpaq sahəsi onun, eləcə də ailə üzvləri X11, X8 və X5 mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı 2648F nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin ona aid hissəsində soyadı və ata adı yanlış qeyd edilmişdir. Belə ki, onun soyadı “Əhlimanova” əvəzinə yanlışlıqla “Bayramova”, ata adı “Mirzağa” əvəzinə səhvən “Mirzəağa” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X23 müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda ona çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyadında və ata adında olan yanlışlığın düzəldilməsi və torpağa mülkiyyət hüququna dair şəhadətnamədə özünün Ərizəçi olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X18 izahatında ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Digər maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı X24 rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxxx 1993-ci ildə verilmiş, Vİ- ЖГ seriyalı, 335775 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X15 xx xxxxxxx 1993-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 149 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əhlimanova” soyadı verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı 2648F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,07 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri X3 və onun ailə üzvləri X11, X8 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Maraqlı şəxs2 Başçısının Siyəzən şəhəri üzrə nümayəndəliyinin xx xxx 2011-ci il tarixli, 1870 nömrəli arayışından və müvafiq şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi ailə tərkibi əri X2 və övladları X6 və X4 ibarətdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X21 xx xxxxxxx 2020-ci il tarixli bildirişindən görünür ki, JN seriyalı 2648F nömrəli, xx xxx 2006-cı il tarixli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə məxsus olan bütün sənədlərdə onun soyadı “Əhlimanova”, ata adı “Mirzağa” kimi qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 2648F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilməli olan Ərizəçi əvəzinə yanlış olaraq, X12 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 2648F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Əhlimanova”, atasının adı “Mirzağa” olması və həmin aktda 1-ci sırada qeyd edilən mülkiyyətçinin Ərizəçi olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 2648F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Əhlimanova”, atasının adı “Mirzağa” olması və həmin aktda 1-ci sırada qeyd edilən mülkiyyətçinin Ərizəçi olması faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar