Məhkəmə qərarları › İş №2(059)-69/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-69/2024

17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-69/2024 17.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin Siyəzən xidmət sahəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin Siyəzən xidmət sahəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası əvvəl 27 dekabr 2023-cü il tarixə, saat 11:20-yə, sonuncu dəfə isə 17 yanvar 2024-cü il tarixə, saat 15:20-yə təyin edilmişdir. Lakin, tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclaslarına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə (nümayəndələrinin iştirakını təmin etməmə) səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların (nümayəndələrinin) iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər (nümayəndələri) göstərilən tarixlərdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən iddiaçı hazırkı iddia tələbi üzrə dövlət rüsumu ödəmədiyinə görə ona bu rüsumun qaytarılması da istisna olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin Siyəzən xidmət sahəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov Siyəzən şəhəri, İ.Qayıbov küçəsi, ev 66 İddiaçı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 151 A “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsinə İddiaçı cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin Siyəzən xidmət sahəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Siyəzən Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(059)-69/2024 nömrəli qərardadına əsasən baxılmamış saxlanılmışdır. Həmin qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: - mətn üzrə Hakim: Bəylər Ələkbərov İş № 2(059)-69/2024 MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Siyəzən Rayon Məhkəməsi 17 yanvar 2024-cü ildə Siyəzən şəhərində Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin Siyəzən xidmət sahəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. Məhkəmə iclası saat 15:20-də başlandı. Sədrlik edən məhkəmə iclasını açır, iclasın audio-video qeydiyyatının aparılması barədə məlumat verir və baxılası işi elan edir. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü iclas katibinə verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin (nümayəndələrinin iştirakını təmin etməmə) səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onların (nümayəndələrinin) iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Hakim tərəflər məhkəmə iclasına gəlmədiyi, o cümlədən ərizəyə bu və ya digər formada münasibət bildirilmədiyi üçün Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən ərizənin baxılmamış saxlanması məsələsinə münasibət bildirmək üçün müşavirə otağına gedir və məhkəmə iclasını saat 15:22-də bağlı elan edir. Məhkəmə müşavirə otağında qərardad qəbul edir. Məhkəmə iclasının protokolu 17 yanvar 2024-cü il tarixdə tərtib edilmişdir. Sədrlik edən : Katib :

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar