Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-698/2022 14.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq müəyyənetdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş JN seriyalı 325Fnömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı, soyadı və ata adının X1 əvəzinə, Ərizəçi ilə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Ərizəçi Şabran rayonunun Ağbaş kəndində qeydiyyata alınmış və ona 08 noyabr 2019-cü il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi, Siyəzən Rayon Məhkəməsi hazırkı mülki işi 16 noyabr 2022-ci il tarixdə icraata qəbul edərkən aidiyyət qaydaları pozulmuş və hazırkı işə bu məhkəmədə baxılması üçün əsaslar yaranmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi hazırda Siyəzən şəhəri, A.Qaradağlı küçəsindəki 53 nömrəli evdə yaşamasını, hazırkı işə Siyəzən Rayon Məhkəməsində baxılmasının onun üçün daha münasib olmasını bildirsə də, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 167.2-ci maddəsinə görə məhkəmədə baxılmağa hazırlamaq üzrə hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Bu Məcəllənin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Bu Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarından da göründüyü kimi hazırkı ərizə torpağa sahiblik faktına dair işlər kateqoriyasına aid olmamaqla, şəxsin sənəddə göstərilən adının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlməməsi halı ilə bağlı hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olmasına dair hüquqi əhəmiyyətli faktla bağlıdır. Buna görə də, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün ərizəçinin qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44, 45, 167, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi”nə dair ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-698/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-698/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver