Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-70/2024 04.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1, mütəxəssis X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən 14 iyun 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 1427,10 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh İBnin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən ona məxsus Siyəzən rayonu Yenikənd kəndindəki qaz sayğacına keçirilmiş baxış zamanı guya onun rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni şəkildə istifadə etməsi aşkar edilmiş, və 14 iyun 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə sözügedən akt tərtib edilmişdir. Lakin həmin akt onun tərəfindən imzalanmamışdır. Belə ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş bu aktı əsassız hesab edir və bununla razılaşmır. Siyəzən rayonu Yenikənd kəndində həyətdə iki fərdi yaşayış evi olmaqla, bunlardan biri ona, digər ev isə qardaşına məxsusdur. Ona məxsus sayğaca əlavə heç bir xətt qoşulmamış, habelə əlavə xətt, yəni həmin rezin boru qardaşına məxsus sayğaca qoşulmuşdur. Lakin, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları bu halı ətraflı araşdırmamış, dəymiş ziyanı onun abonent koduna hesablamışlar. Belə olan halda, onun hər hansı təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində cavabdeh İB-yə ziyan vurulmamışdır. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 2006-cı ildən şizofreniya xəstəsi olan qardaşı Ramin Həsənov pensiyası ilə qazdan istifadəyə görə borclarını vaxtında ödəsə də, 2020-ci ildə naməlum səbəbdən pensiyasının verilməsi dayandırıldığına görə, sonuncunun Cavabdeh İB-yə 360 manat borcu yaranmışdır. Qazdan istifadəyə görə borcu olduğundan qardaşı Raminin xəstəliyi, habelə sonuncunun oğlunun Vətən müharibəsi iştirakçısı olmasına əhəmiyyət verməyən cavabdeh İB qardaşının evinə gedən qazın verilişini dayandırmış, buna görə də qardaşı rezin boru vasitəsilə sayğacdan kənar qazdan istifadə etmişdir. Rezin boru birbaşa qardaşı Raminin evinə gedir. Habelə, həmin xətdən onun evinə qaz getməyib. Eyni zamanda, sayğacı hazırda yerindədir və sayğaca heç bir müdaxilə etməmişdir. Həmçinin o, bu hal ilə bağlı Azəriqaz İB-yə etdiyi müraciət əsasında ona texniki yanlışlıq baş verdiyi və bərpa olunacağı bildirilmişdir. Bundan başqa, Cavabdeh İB-nın əməkdaşları 14 iyun 2024-cü il tarixdə ona məxsus evə baxış keçirərkən, yalnız şizofreniya xəstəsi olan anası Leyla Həsənova orada olmuş, özü isə işdə olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavadbehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 14 iyun 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan qanunsuz istifadə edildiyi aşkar olunmuşdur. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması videoçəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə videoçəkilişdə öz əksini tapmışdır. Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 14 iyun 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq abonent üçün 12096 kubmetr və ya hər kubmetr üçün 12 qəpik hesabı ilə 1451,52 manat itirilmiş qazın ziyanı hesablanaraq, bazadakı koduna işlənilmişdir. İddiaçı həmin vaxt sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsini etiraf etmiş, lakin o, itirilmiş qazın bərpası üçün onun koduna hesablanmış qazın həcmindən və məbləğindən narazı olmuşdur. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini tələb etməlidir. Qanunvericiliyə uyğun olaraq həmin təlimatın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla, məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla, yenidən hesablanması, iddiaçının evində qaz xəttində quraşdırılmış qaz sayğacı G-4 tipli olduğu üçün onun nominal qaz sərfi 4 kub metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi, iddiaçı üçün sayğacdan kənar xətlə qanunsuz təbii qazdan istifadəyə görə ziyan təlimata tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3-cü bəndinə uyğun olaraq, abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübuta və dəlillərə əsaslanmır, öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X2 izahatında bildirdi ki, Siyəzən rayonu Yenikənd kəndindəki sözügedən həyətdə iki ev yerləşir ki, bunlardan birinin sayğacı yoxdur. Belə ki, bu evlərdən birinin sayğacı açılaraq götürülmüşdür. Bundan sonra, sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri-qanuni qaz xətti çəkilmiş və həmin evdə istifadə olunmuşdur. Digər evə məxsus iddiaçıya aid sayğac yerində olmaqla, işlək durumdadır. Habelə, qoşulmuş qeyri-qanuni xəttin iddiaçıya aid bu sayğaca aidiyyəti yoxdur. Lakin, bu qeyri-qanuni xətt həmin həyətdə istifadə edilmişdir. Bundan başqa, bu hal aşkar olunaraq, müvafiq akt tərtib edilmiş, həmçinin həmin aktı o da imzalamışdır. Akt tərtib edilərkən orada yalnız yaşlı qadın və Cavabdeh İB-nin nümayəndələri olmuş, lakin iddiaçı ora dəvət olunmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Şahid ifadəsində göstərdi ki, İddiaçı onun əmisidir. Əmisi Rahibə və atası Raminə məxsus olan, hazırda yaşadıqları evlər eyni həyətdə yerləşir. Onların evinin qaz təminatı onlara məxsus qaz sayğacından rezin boru vasitəsilə təmin edilir. Bunu 2006-cı ildən şizofreniya xəstəliyindən əziyyət çəkən atası onlardan xəbərsiz, evdə heç kim olmadığı vaxtda etmişdir. Həmin xəttin əmisi İddiaçı heç bir aidiyyəti yoxdur. Bundan başqa, Cavabdeh İB-nın əməkdaşları 14 iyun 2023-cü il tarixdə evə baxış keçirərkən, təkcə, şizofreniya xəstəsi olan nənəsi Leyla Həsənova orada olmuşdur. İşdə olan tərəflər arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, 12083/2023 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin böyük mühəndisləri Vüsal Allahveriyev, Elvin Əliyev, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri Samir Manafov və Elşən Eyvazov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 14 iyun 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən və məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB X4 İstismarı İdarəsinin 20 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin, eləcə də 23 oktyabr 2023-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, qaz işlədicilərindən sac altının maksimal saatlıq qaz sərfi 2,2 kub.m/saat, qeyri-standart odluğun maksimal saatlıq qaz sərfi 0,6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 12096 hesablanaraq, borc 1451,52 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən İddiaçı və onun qardaşı Ramin Həsənovun yaşadığı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən, onların ümumi istifadə etdiyi həyətyanı sahələrə keçirilmiş baxış zamanı orada rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni şəkildə istifadə edilməsi müəyyən edilmiş, həmçinin bu məqsədlə, 24 fevral 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, lakin bu vaxt iddiaçı tərəfin iştirakı təmin edilməmişdir. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1451,52 manat məbləğində hesablanmaqla, iddiaçının abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 25 iyun 2023-cü il tarixədək qüvvədə olan redaksiyasında 6.5-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən və təzyiqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində (Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə iddia müddəti 3 ilə bərabərdir) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı və onun qardaşı Ramin Həsənovun yaşadığı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən, onların ümumi istifadə etdiyi həyətyanı sahələri üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, lakin qeyd edilən hal ətraflı araşdırılmadan cavabdeh ASC-nin əməkdaşları tərəfindən 14 iyun 2023cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacdan kənar qanunsuz qoşulma halının baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Yəni, təbii qazdan istifadə qaydalarının pozulması halı iddiaçıya məxsus qaz xətti ilə birbaşa qoşulmaqla əlaqəli olmalı, sonuncu yol verdiyi nöqsanı, onun nəticələrini və məsuliyyəti dərk etməlidir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatları, eləcə də şahid ifadəsi ilə bu qanunsuz qoşulmanın iddiaçı tərəfindən deyil, sonuncunun qardaşı Ramin Həsənova məxsus qaz xətti üzərindən rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni şəkildə istifadə edilməsi müəyyən edilmişdir. Həmçinin, bu hal mütəxəssis qismində iştirak edən X1 özü tərəfindən etiraf edilməklə, öz təsdiqini tapmışdır. Qeyd olunan hallar isə nəticə etibarilə İddiaçı təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, istehlakçı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bu Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən 14 iyun 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1427,10 (bir min dörd yüz iyirmi yeddi manat 10 qəpik) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eyni zamanda, sözügedən akta əsasən 1451,52 manat dəymiş zərərin hesablanaraq iddiaçının abunə koduna köçürülməsinə baxmayaraq, iddiaçı tərəfindən 1427,10 manat həcmində borcun silinməsi xahiş edildiyindən, eləcə də qətnamə verilən tələbdən kənara çıxılmamaq şərti ilə qəbul edildiyindən dəymiş ziyan kimi müəyyən edilmiş qalıq 24,42 manat məbləğin iddiaçının abonent hesabından silinməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən 14 iyun 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1427,10 (bir min dörd yüz iyirmi yeddi manat 10 qəpik) manat borc hesabdan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-70/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-70/2024
04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver