Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-71/2025 27.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, ərizəçi, eləcə də, digər ərizəçilər Qurbanova (Quliyeva) Taleyə Nadir qızının, Məmmədova (Quliyeva) Təranə Nadir qızının nümayəndəsi Ərizəçi1, Ərizəçi3 iştirakları ilə ərizəçilər Qulı̇ yeva Mahı̇ rə Mı̇ rzəağa qızının, Qurbanova (Quliyeva) Taleyə Nadı̇ r qızının, Qulı̇ yeva Samı̇ rə Nadir qızının, Məmmədova (Quliyeva) Təranə Nadı̇ r qızının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara və mərhum qohumlarına məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Qulı̇ yeva Mahı̇ rə Mı̇ rzəağa qızı, Qurbanova (Quliyeva) Taleyə Nadı̇ r qızı, Qulı̇ yeva Samı̇ rə Nadir qızı və Məmmədova (Quliyeva) Təranə Nadı̇ r qızı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara və mərhum qohumlarına məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2338A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilərə, eləcə də, mərhumlar X22, X23 və X17 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamına əsasən Siyəzən şəhəri ərazisindən 0,08 ha torpaq sahəsi ərizəçilər Qulı̇ yeva Mahı̇ rə Mı̇ rzəağa qızının, Qurbanova (Quliyeva) Taleyə Nadı̇ r qızının, Qulı̇ yeva Samı̇ rə Nadir qızının, Məmmədova (Quliyeva) Təranə Nadı̇ r qızının və onların mərhum qohumları X18, X19 və X15 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətləri torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2338A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə tanınır. Qeyd olunan şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi X4 “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev” kimi, 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi X3 “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev” kimi, 3-cü sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi1 soyadı “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva” kimi, 4-cü sırada qeyd edilməli olan mülkiyyətçi X5 “Quliyev” əvəzinə yanlışlıqla “Quluyev” kimi, 5-ci sırada qeyd edilməli olan mülkiyyətçi, X1 “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva”, adı “Taleyə” əvəzinə yanlışlıqla “Jaliyyə” kimi, 6-cı sırada qeyd edilməli olan mülkiyyətçi Ərizəçi3 soyadı “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva” kimi, 7-ci sırada qeyd edilməli olan mülkiyyətçi X2 “Quliyeva” əvəzinə yanlışlıqla “Quluyeva” kimi qeyd edilmişdir. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizələrinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçi, eləcə də, digər ərizəçilər Qurbanova (Quliyeva) Taleyə Nadir qızının, Məmmədova (Quliyeva) Təranə Nadir qızının nümayəndəsi Ərizəçi1 və Ərizəçi3 sözügedən şəhadənamədə olan yanlışlıqların aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 08 fevral 1980-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 468345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X12, anası X7 olan X8 19 avqust 1955-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 06 oktyabr 1977-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı 450314 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X8 06 oktyabr 1977-ci il tarixdə 63 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Quliyeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 17 dekabr 1980-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 358199 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Nadir Quliyev, anası Ərizəçi1 olan X24 xx xxxxxx 1980-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 16 sentyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 243135 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X24 16 sentyabr 2006-cı il tarixdə 175 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Qurbanova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 26 mart 1984-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı 489803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Nadir Quliyev, anası anası Ərizəçi1 olan Ərizəçi3 xx xxxxxx 1984-cü il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 24 oktyabr 1986-cı il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı 262552 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Nadir Quliyev, anası Ərizəçi1 olan X26 xx xxxxxxx 1986-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 02 oktyabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 888779 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X26 02 oktyabr 2013-cü il tarixdə 1208 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Məmmədova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 05 yanvar 1983-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 358440 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 30 dekabr 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 yanvar 1983-cü il tarixdə 2 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 21 avqust 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 950971 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 12 iyul 2018-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 avqust 2018-ci il tarixdə 132 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 20 dekabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 151825 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 09 dekabr 2005-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 dekabr 2005-ci il tarixdə 154 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2338A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,08 ha torpaq sahəsi X20, X16, X6, X21, X9, X13 və X14 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 sentyabr 2024-cü il tarixli, 3-21-3-31/2- 3390/2024 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2338A nömrəli şəhadətnamənin şəxslərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 02 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə və onun mərhum qohumlarına məxsus olan bütün sənədlərdə onların adı, soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2338A nömrəli, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mərhum X4 “Quliyev” əvəzinə, “Quluyev”, 2-ci sırada qeyd edilməli olan mərhum X3 “Quliyev” əvəzinə, “Quluyev”, 3-cü sırada qeyd edilməli olan Ərizəçi1 soyadı “Quliyeva” əvəzinə, “Quluyeva”, 4-cü sırada qeyd edilməli olan mərhum X5 “Quliyev” əvəzinə, “Quluyev”, 5-ci sırada qeyd edilməli olan ərizəçi Qurbanova (Quliyeva) Taleyə Nadir qızının soyadı “Quliyeva” əvəzinə, “Quluyeva”, adı “Taleyə” əvəzinə, “Jaliyyə”, 6-cı sırada qeyd edilməli olan Ərizəçi3 soyadı “Quliyeva” əvəzinə, “Quluyeva”, 7-ci sırada qeyd edilməli olan ərizəçi Məmmədova (Quliyeva) Təranə Nadir qızının soyadı “Quliyeva” əvəzinə, “Quluyeva” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2338A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi1, Qurbanova (Quliyeva) Taleyə Nadı̇ r qızına, Qulı̇ yeva Samı̇ rə Nadir qızına, Məmmədova (Quliyeva) Təranə Nadı̇ r qızına, eləcə də, mərhumlar X22, X23 və X17 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2338A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi1, Qurbanova (Quliyeva) Taleyə Nadı̇ r qızına, Qulı̇ yeva Samı̇ rə Nadir qızına, Məmmədova (Quliyeva) Təranə Nadı̇ r qızına, eləcə də, mərhumlar X22, X23 və X17 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-71/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-71/2025
27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver