Məhkəmə qərarları › İş №2(059)-730/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-730/2024

11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-730/2024 11.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, ərizəçilər Ərizəçi5, Ərizəçi4, Ərizəçi2, X42, X13, ərizəçi, eləcə də, digər Ərizəçi3 nümayəndəsi Ərizəçi1, ərizəçi, eləcə də, digər ərizəçi Günel Nuriyevanın nümayəndəsi X19 iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi2, X19, X14, X42, Ərizəçi3 və X13 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara və mərhum qohumlarına məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2636F nömrəli, 30501004 kodlu şəhadətnamədə X34 əvəzinə X35, X20 əvəzinə X43, X11 əvəzinə X44, X15 əvəzinə X36, X21 əvəzinə X45, X16 əvəzinə X37, X55 əvəzinə X56, X52 əvəzinə X57, X48 əvəzinə Ərizəçi3 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, Ərizəçi1 ərizələrlə məhkəməyə müraciət edərək, Ərizəçi5, Ərizəçi4, Ərizəçi2, X19, X14, X42, Ərizəçi3 və X13 ərizəçilər siyahısına əlavə edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi2, X45, X37, X57, Ərizəçi3 və X36 ərizənin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2636F nömrəli, 30501004 kodlu şəhadətnamənin ərizəçilər X22, X29, X23, Ərizəçi2, X49, Ərizəçi3, eləcə də, mərhumlar X24, X30 və X31 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, X35 29 oktyabr 2021-ci ildə vəfat etmiş, Siyəzən Rayon Dövlət Notariat Ofisinə müraciətləri əsasında 25 iyun 2024-cü il tarixli, 8V-71/2024 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2636F nömrəli, 30501004 kodlu şəhadətnamədə mülkiyyətçi mərhum X1 səhvən Nuruyeva kimi qeyd edilmişdir. Həmçinin, mərhum 16 noyabr 2020-ci il tarixdə ölmüş X5 səhvən “Nuruyev, adı “Ağabala” kimi qeyd edilmişdir. Bundan başqa, 01 iyul 2015-ci ildə vəfat etmiş X6 səhvən “Nuruyeva”, ata adı “Xanoğlan” kimi, X2 və adı səhvən “Nuruyeva Ezangül” kimi, X7 və ata adı səhvən “Nuruyev” və “Ağabala” kimi, X3 və ata adı səhvən “Nuruyeva” və “Ağabala” kimi, Nuriyeva (Mürvətova) Arzu Abas qızının soyadı və ata adı səhvən “Nuryeva” və “Abbas” kimi, X9, və ata adı səhvən “Nuruyev” və “Abbas” kimi, habelə Ərizəçi3 soyadı, adı və ata adı səhvən “X48” kimi qeyd edilmişdir. Həmin səhvlərin ucbatından torpağa çıxarış sənədini və texniki pasportu ala bilmirlər. Bu torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair çıxarış alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçilər Ərizəçi5, Ərizəçi4, Ərizəçi2, X57, X36, ərizəçi, eləcə də, digər Ərizəçi3 nümayəndəsi Ərizəçi1, ərizəçi, eləcə də, digər ərizəçi Günel Nuriyevanın nümayəndəsi X8 şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 23 avqust 1966-cı il tarixdə verilmiş seriyalı, AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1 Ağababa oğlu, anası X35 olan X56 08 avqust 1966-cı il tarixdə keçmiş Dəvəçi rayonu Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 26 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 167872 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X56 26 noyabr 2005-ci il tarixdə 184 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mürvətova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon VVADQ şöbəsi tərəfindən 25 yanvar 1972-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı, 299195 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X38, anası X12 olan X27 12 yanvar 1972-ci il tarixdə keçmiş Dəvəçi şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 04 yanvar 2001-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı, 429852 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X28 06 iyun 1991-ci il tarixdə 63 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Nuriyeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 11 may 1982-ci il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 394616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X43, anası X44 olan X45 16 aprel 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonu Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 18 yanvar 1984-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı, 405371 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X43, anası X44 olan X37 27 dekabr 1983-cü il tarixdə keçmiş Dəvəçi rayonu Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 04 yanvar 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 025061 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası X39 olan X57 25 may 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 04 yanvar 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 025062 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası X39 olan Ərizəçi3 xx xxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 fevral 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 407223 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 01 iyul 2015-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 iyul 2015-ci il tarixdə 111 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 fevral 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 407221 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 16 noyabr 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 noyabr 2020-ci il tarixdə 215 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 fevral 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 407220 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 29 oktyabr 2021-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 noyabr 2021-ci il tarixdə 246 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2636F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,09 ha həyətyanı torpaq sahəsi X18, X20, X11, X15, X21, X16, X46, X40 və X33 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-31/2-N-00xx-xx/2024 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2636F nömrəli 30501004 kodlu şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 12 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə və onların mərhum qohumlarına məxsus olan bütün sənədlərdə onların soyadı, adı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair sözügedən şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mərhum X1 “Nuriyeva” əvəzinə “Nuruyeva”, 2-ci sırada qeyd edilməli olan mərhum X5 “Nuriyev” əvəzinə “Nuruyev”, adı “Ağababa” əvəzinə “Ağabala”, 3-cü sırada qeyd edilməli olan mərhum X26 ata adı “Xancan” əvəzinə “Xanoğlan”, 4-cü sırada qeyd edilməli olan X2 “Nuriyeva” əvəzinə “Nuruyeva”, adı “Ezəngül” əvəzinə “Ezangül”, 5-ci sırada qeyd edilməli olan X7 “Nuriyev” əvəzinə “Nuruyev”, ata adı “Ağababa” əvəzinə “Ağabala”, 6-cı sırada qeyd edilməli olan X4 “Nuriyeva” əvəzinə “Nuruyeva”, ata adı “Ağababa” əvəzinə “Ağabala”, 7-ci sırada qeyd edilməli olan X10 “Nuriyeva” əvəzinə “Nuryeva”, ata adı “Abas” əvəzinə “Abas”, 8-ci sırada qeyd edilməli olan X9 “Nuriyev” əvəzinə “Nuruyev”, ata adı “Abas” əvəzinə “Abbas”, 9-cu sırada qeyd edilməli olan Ərizəçi3 soyadı “Nuriyeva” əvəzinə “Nuryeva”, adı “Gülnar” əvəzinə “Gülnaz”, ata adı “Abas” əvəzinə “Abbas” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2636F nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər X22, X29, X23, Ərizəçi2, X49, Ərizəçi3, eləcə də, mərhumlar X24, X30 və X31 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2636F nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər X22, X29, X23, Ərizəçi2, X49, Ərizəçi3, eləcə də, mərhumlar X24, X30 və X31 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar