Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-744/2025 25.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, mərhum atasından ona miras qalmış ünvan 1 ünvanına əsassız olaraq 595,74 manat məbləğində borc hesablanmışdır. Hazırda həmin borc əsassız yazıldığından silinməli, əgər borc əsaslı hesab edilərsə, tələb edilmə müddəti keçdiyi üçün silinməlidir. Cavabdehin nümayəndəsi isə iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş edir. İddia tələbi İddiaçı Cavabdehnə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 abonent hesabına əsassız olaraq əlavə edilmiş, 2010-cu il tarixdən iddia ərizəsinin verildiyi tarixədək 408,70 manat, habelə 01 iyul 2022-ci il tarixdən hazırki tarixə qədər 187,04 manat olmaqla, cəmi 595,74 manat qaz borcunun əsassız əlavə edildiyinə görə silinməsi, əgər 595,74 manat məbləğində qaz borc faktiki mövcuddursa onun ödənilməsi öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və borcun abonent hesabından silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Texniki Unversitetinin “Avtomobil nəqilyyatı” fakültəsinin “Avtomobil nəqliyyatının islisamarı (yol hərəkətinin təşkili)” üzrə mühəndis və “Ümumrusiya Dövlət Ədliyyə Universitetinin (X11) “Hüquqşünaslıq” ixtisasları üzrə ali təhsil almış, Ədliyyə orqanlarında 30 ilə yaxın xüsusi rütbəli zabit kimi qulluq etmiş, hazırda ədliyyə mayoru rütbəsində etiyatdadır və “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) Siyəzən rayonu üzrə nümayəndəliyinin sədridir. Bu baxımdan cavadehlərin istehlakçlara (abonentlərin) qarşı bu və digər qanunsuz əməllərindən kifayət qədər məlumatlı olmaqla yanaşı, istehlakçılara (o, cümlədən abonentlərin), habelə digər hüququ pozulmuş şəxlərə, iş fəaliyyəti dövründə topladığı bilgi və təcrübəsindən istifadə edərək hüquqi yardım göstərir. Cavabdehlərə münasibətdə onu bildirir ki, Cavabdeh aidiyyəti müəssisələrində istehlakçılara (abonentlərə) qarşı, daha doğrusu bildirişlərdə şişirdilmiş rəqəmlərin yazılması, bundan sonra əsassız qazdan istifadə edilməsinə görə hesablanmış qaz pullarının qanunsuz olaraq abonet hesablarına əlavə edilib, onlardan tələb edilməsi, bəzən abonentləri qanunsuz qorxudaraq bu pulların alınması, müraciət etdikləri hallarda isə məhkəmə tərəfindən xeyli abonentlərin hüquqlarının müdafiə olunması, borcların silinməsi halları Siyəzən Rayon Məhkəməsinin ədələtli hakimlərinə məlumdur. Hazırki iddia tələbinin faktiki hallarına gəldikdə isə, bu iş üzrə cavabdehlər, hələ 01 iyul 2022-ci il tarixinə qədər, yəni xx.xx.2015-ci ildə vəfat etmiş atası X2 ehtimal etdikləri 408,7 manat məbləğində qaz borcunun sonuncunun nəvəsi X6 tutulması tələbinə dair iddia ərizəsi irəli sürmüş və iddia tələbi əsassız olduğuna görə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Habelə, sözügedən işdə cavabdeh tərəfin iddia müddətinin ötürlməsinə dair ərizəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbi qanun əsasa malik olmadığına, eyni zamanda iddia təmin edilən iddialara münasibətdə tətbiq edildiyinə, eləcə də, hazırki iddia tələbi əsassız olmaqla, təmin edilmədiyinə görə bu xx.xx.2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Bununla da, 2010-cu ildən 01 iyul 2022-ci il tarixinə qədər yığılıb qalan 408,70 manat məbləğində qaz borcu hesab edilən pulun, habelə bu tarixdən (01 iyul 2022-ci il) sonra yaranan 187,04 manat məbləğin, ümumilikdə cəmi 595,74 manat qaz borcunun abonent hesabında qalmışdır. Hazırda vəfat etmiş şəxsin miras əmlakı ona çatdığına görə 15 il müddətində yığılıb qalan borcun ödənilməsinə cavabdeh hesab edilir. Hazırda cavabdeh tərəfindən abonent hesabında göstərilən 408,70 manat qaz borcunun yaranmasının qanunsuz və əsassız olması aşağıdakı faktlarla, daha doğrusu cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli, mülki iş üzrə və ərizəyə əlavə edilən 2022-ci il tarixli abonentin salidosu il təsdiq edilir. Habelə, abonentin saldosunun 2021-ci ilin son və 2022-ci il ilin ilk ayları üzrə sətir və sütünlarla sayğac göstəricilərə diqqət yetirilsə abonentə verilən bildiriş-xəbərdarlıqdakı göstəricilər ilə abonentin saldosundakı göstəricilər arasında abonentin ziyanına, yəni əsassız qaz borclarının yaranmasına səbəb olan fərqlər mövcud olduğu məlum olar. Abonentə təqdim olunan bildiriş-xəbərdarlıqdakı “ayın əvvəlinə olan borc; qaz sərfiyyatı; sərfin məbləği; ödəniş; ayın sonuna borc” kimi göstəricilərlə abonentin saldosundakı göstəricilər arasında aşağıdakı iki uyğunsuzluqlar mövcuddur. Belə ki, bir neçə nümunəyə diqqət yetirilsə; 1) xx.xx.2021-ci tarixli bildirişdə sayğacın göstəricisi 5728 m3, abonentin saldosunda isə 6380 m3 yəni, 652 m3 artıq, sərfin məbləği cəmi 52,58 manat, olduğu halda abonent saldosunda bu rəqəm 78,24 manat yəni, 25,66 manat artıq göstərilmişdir; 2) xx.xx.2021-ci il tarixli bildirişdə sayğacın göstəricisi 6512 m3, abonentin saldosunda isə 6978 m3 yəni, 466 m3 artıq, bildirişdə “ayın sonuna borc” 358,5 manat, abonentin salidosunda 424,70 manat borc yəni, 66,2 manat artıq göstərilmişdir; 3) xx.xx.2022-ci il tarixli bildirişdə sayğacın göstəricisi 7646 m3, abonentin saldosunda isə 8237 m3 yəni, 591 m3 artıq, bildirişdə “ayın sonuna borc” 469,86 manat, abonentin saldosunda 504,86 manat borc yəni, 35 manat artıq göstərilmişdir; 4) xx.xx.2022-ci il tarixli bildirişdə sayğacın göstəricisi 5728 m3, abonentin saldosunda isə 6380 m3 yəni, 652 m3 artıq, bildirişdə “ayın sonuna borc” 496,02 manat, abonentin saldosunda 518,50 manat borc yəni, 22,48 manat artıq göstərilmişdir; (2022-ci il fevral ayında iki bildiriş təqdim edilmiş, həmçinin 1243 m3 artıq qaz və 57,48 manat artıq məbləğ tələb edilmiş), 5) xx.xx.2022-ci il tarixli bildirişdə sayğacın göstəricisi 8237 m3, abonentin saldosunda isə 8473 m3, yəni 236 m3 artıq, bildirişdə “ayın sonuna borc” 518,5 manat, abonentin salidosunda 435,70 manat borc yəni, 82,8 manat artıq göstərilmişdir. Bundan başqa, iddia ərizəsi məhkəməyə təqdim edilən günə qaz sayğacının üzərində göstərici 1725 m3 olduğu halda, iddiaçıya verilən sonuncu xx.xx.2025-ci il tarixli bildirişdə sayğacın göstəricisi 1830 m3, yəni 105 m3 artıq göstərilmişdir. Beləliklə 2010-cu ildən, bu günə qədər abonentə verilən bildiriş-xəbərdarlıqlardakı göstəricilər ilə abonentin saldosunda qeyd edilən eyni göstəricilər arasında mövcud olan riyazi uyğunsuzluqlar deməyə əsas verir ki, cavabdehin hazırda abonentin hesabında göstərdiyi borc əsassızdır və böyük ehtimalla bu borclar qəsdən əsassız varlanmaq niyyəti ilə edilmişdir. Başqa sözlə, abonentə verilmiş bildirişlərdə göstərilən borc məbləğləri ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən abonentin salidosunda qeyd edilən borc məbləğləri və qaz sərfinin məbləğləri arasında uyğunsuzluğlar və ziddiyətlər olduğu müəyyən olunmuş, bu faktlar mübahisəsiz borcun əsassız yarandığını təsdiq edir. Bundan əlavə, iddia tələbinin digər əsasları ondan ibarətdir ki, əgər həqiqətən borc sayğac üzrə yaranmış olsaydı, qanuna əsasən bir aydan sonra cavabdeh müvafiq tədbirlər görməli idi. Lakin, cavabdehin bu və digər formada abonentlərin hesabına əsassız qaz borcları əlavə etməsi faktı özlərinə də məlum olduğundan, cavabdehlər belə işlərdə bir az ehtiyatlı hərəkət edirlər. Yuxarıda qeyd etdiyi kimi ona olunan müraciətlərdən, cavabdehin qanunsuzluqlarından, habelə Siyəzən Rayon Məhkəməsində xeyli sayda cavabdehlərin qanunsuz qaz borcu adı ilə tələblərinin abonentlərin hesabından silinməsi hallarından məlumatı var. Keçən məhkəmə işində (xx.xx.2022-ci il tarixli iş üzrə) cavabdeh tərəfindən təqdim edilən abonentin saldosundan məlum olur ki, 2010-cu ilin oktyabr ayında abonentin qaz borcu olmamış və hazırki borc 2010-cu ilin oktyabr ayndan yaranmışdır. Yuxarıda qeyd etdiklərinə əlavə edərək bir daha bildirir ki, 2010-cu ildən, yəni 15 il ərzində yaranan bor abonentin günahından olmuş olsaydı təbii ki, cavabdeh borcun ödənilməsi ilə əlaqədar hər hansı təsir tədbiri görməli idi. Odur ki, belə süni borcların yaranmasının mahir mütəxəssisi olan cavabdeh ona münasibətdə qanunsuz əməllərini səthi yerinə yetirmişdir. Onu da qeyd edir ki, belə hallar təkcə Siyəzən rayonunda deyil, ümumiyyətlə şimal bölgəsində təşəkkül tapmışdır. Ona olunan müraciətlərdə, o cümlədən ünvan 2 ünvanında yaşayan (abonent) X3 şikayətində bildirir ki, ona təqdim edilən bildiriş-xəbərdarlıqda “qazın sərfiyyatı faktiki istifadə edilən sərfiyyatdan 67 m3 artıq qeyd edildiyi müəyyən olunmuşdur”. Habelə abonent bildirir ki, fərdi qaydada yoxlama zamanı məlum oldu ki, atasına məxsus Xaçmaz şəhəri, Ü. Hacıbəyov 63 nömrəli evə aid qaz sayğacının göstərcisini xx.xx.2024-cü ildə telefonla çəkmiş, orada sərfıyyat 4643 m3 olmuş, lakin həmin günü təqdim edilən bildirişdə 4854 m3 sərfiyyat olduğu yəni, 211 m3 artıq yazıldığı və bu gösətriciyə müvafiq istifadə edilən qazın dəyəri artıq hesablanmışdır. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli mülki iş üzrə “iddiaçı göstərmişdir ki, qaza olan borc 2018-ci ilin avqust ayında cəmi 66,10 manat olduğu halda, 2018-ci ilin dekabr ayında 205,70 manat, yəni 4 ay ərzində borc 139,6 manata qalxmış, bu məbləğ onu göstərir ki, cavabdeh təxminən 4 ay istehlak etdiyi qazın dəyərini ardıcıl olaraq aylıq sayğac üzrə ödəməmişdir . Məlumdur ki, bu hal mümkün deyil, ona görə ki, bildiriş (sayğac) üzrə aylıq istehlak edilən qazın dəyərinin ödənilməsini bir ay gecikdirilməsi ikinci aydan qaz təhcizatının dayandırılmasına səbəb olardı ki, lakin, belə hal baş verməmişdir. Habelə göstərmişdir ki, qaza olan borc 2019-cu ilin noyabır ayında 188,40 manat olduğu halda, 2022-ci ilin fevral ayında 518,50 manat olmuş yəni, işlədilən qazın aylıq dəyəri olan 330,1 manat uzun müddət ödənilməmiş, bu məbləğ təxminən cavabdehin 1 il 6 ay ərzində yəni, 18 ay ardıcıl olaraq işlətdiyi aylıq qaz sərfıyyatının dəyərinin ödənilməməsi deməkdir. Məlumdur ki, bu hal da, mümkün deyil. Ona görə ki, ən azı qaz təhcizatı 2-ci ayda dayandırlmalı idi. Bundan başqa, hazırki qaz borc əsassız olsa belə mövcud qaz borcu (öhdəliyinə) Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, müddətin keçməsi əsası ilə xitam verilməlidir. Mülki Məcəllənin 372.1ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki, iddia tələbi üzrə mübahisə müqavilə tələbləri üzrə iddia hesab olunduğundan iddia müddəti 3 il olması nəzərə alınmalıdır. Bu məsələyə aşağıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edibetməmək də onun öz ixtiyarına buraxılır. Burada nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Beləliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədə göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı mərhum atası X2 abonent hesabına əsassız olaraq əlavə edilmiş ümumilikdə 595,74 manat borc pulun silinməsi barədə iddia qaldıraraq bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi nəinki əsassızdır, heç onun həmin iddianı qaldırmağa subyektiv hüququ belə yoxdur, buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində qeyd olunan ünvan 3 ünvanında yerləşən yaşayış evinin qaz təminatı, abonent X2 vəfat etməsindən sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh İB ilə X14 arasında bağlanmış 9760/2022 nömrəli müqavilə əsasında aparılır. İddia ərizəsində qeyd olunan mübahisə müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olduğundan İddiaçı qeyd olunan mübahisə ilə əlaqədar məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur, çünki, qazın alqı-satqısı barədə müqavilə Cavabdeh İB ilə X14 arasında bağlanmış və onlar da qeyd olunan mübahisənin subyektləri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi geri qaytarılır. Odur ki, İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş etiraza aşağıdakı formada etiraz və mülahizələrini təqdim etmişdir: 12 noyabr 2025-ci il tarixli etiraz və mülahizəsində qeyd etmişdir ki, iddiaçı mərhum, X2 hüquqi varisi İddiaçı Cavabdehnə qarşı cəmi 595,74 manat qaz borcunun əsassız olmasına görə silinməsi, əgər borc faktiki mövcud olarsa ödənilməsi öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və borcun abonent hesabından silinməsi” dair iddia ərizəsi əsasında başlanmış mülki iş məhkəmənin icraatındadır. O, iddia ərizəsinə cavabdeh tərəfindən edilən etiraza, qəti etiraz edir və etirazını aşağıdakı əsaslarla, habelə müvafiq mülahizələrlə əsalandırır. Belə ki, cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Siyəzən şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli evə məxsus qaz təminatı abonent X2 vəfatından sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X14 arasında bağlanmış qazın alğı satqısı müqaviləsi əsasında aparıldığından, hazırki mübahisənin subyekti müqavilə tərəfi olan X10r və bu səbədən iddiaçının hazırki, iddia ərizəsi üzrə mübahisəyə dair iddia qaldırmaq hüququ yoxdur. Cavabdehin iddia tələbinə dair yuxarıda etirazının əsaslarına aşağıda qeyd edilənlərə görə qəti etiraz edir. Əvvəla bildirir ki, X.Quliyevlə bağlanan müqavilə predmentinin məzmununa görə "Qaz paylayıcı tərəfindən istehlakçının keyfiyyətli qazla təmin edilməsi, istehlakçı isə aldığı qazın dəyərinin qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən bildirişə əsasən ödənilməsi ” haqqında olmuş və bu müqaviləyə qədər mövcud olan borcların ödənilməsinin tələb edilməsini şərtləndirməmişdir. Belə ki, cavabdehlər unudublar ki, xx.xx.2015-ci ildə vəfat etmiş abonent X2 ehtimal etdikləri 408,7 manat məbləğində qaz borcunun nəvəsi, X6 tutulması tələbinə dair iddia tələbi irəli sürülsə də, iddia tələbi əsassız olduğuna görə Siyəzən Rayon Məhkəməsinin 2(059)-436/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Daha doğrusu məhkəmə xx.xx.2022-ci il tarixli yekun və hazırda qanuni qüvvəsini almış qətnaməsi ilə belə nəticəyə gəlinmişdir ki, əksinə hazırki abonent X14 mübahisənin subyekti cavabdeh tərəfi olmamaqla, tərəflər arasında öhdəlik münasibətləri xx.xx.2002-ci il tarixli müqavilə bağlandığı andan yaranmış, habelə bu müqavilə tərəflər arasında həmin tarixdən sonra görülməli işlərin, xidmətlərin, eyni zamanda müqavilə tərəfləri, bağladıqları müqavilənin şərtlərinin müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilə biləcəyini şərtləndirməmişdir. Bununla belə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli qətnaməsi ilə hazırki iş üzrə cavabdehlərə “xx.xx.2002-ci il tarixdən əvvəlki dövr üçün yaranmış 408,70 manat borc keçmiş istehlakçı, mərhum X2 vərəsələrindən tələb etmək hüququn olması izah edilmişdir. Əgər ölmüş şəxsin mirası varsa və vərəsələr mirası qəbul edərsə, kredit borcu və borclar da bu mirasla birgə qəbul edilir. Yəni, vərəsələr həm mirası, həm də borcları qəbul etmiş sayılır. Əgər şəxsin əmlakı mövcud deyilsə və ya borc daha çoxdursa, vərəsələrdən heç biri borcu ödəmək məcburiyyətində deyil. Bu halda borclar ödənilməz qala bilər. Odur ki, cavabdehin iddia ərizəsinə qarşı etirazı əsassız hesab edilməsi xahiş edilmişdir. Həmçinin, 11 dekabr və 16 dekabr 2025-ci il tarixli eyni məzmunlu etiraz və mülahizələrində qeyd etmişdir ki, iddiaçı mərhum, X2 hüquqi varisi İddiaçı Cavabdehnə qarşı cəmi 595,74 manat qaz borcunun əsassız olmasına görə silinməsi, əgər borc faktiki mövcud olarsa ödənilməsi öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və borcun abonent hesabından silinməsi ”dair iddia ərizəsi əsasında başlanmış mülki iş məhkəmənin icraatındadır. Mülki işin xx.xx.2025-ci il tarixli baxış iclasında vaxtı keçmiş qaz borcu olan sayğacın aid olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hansı tarixdən vəfat etmiş şəxsə, yəni X2 məxsus olması soruşulmuşdur. Miras payın bağışlanmasına dair (etiraza əlavə edilmiş) xx.xx.2019-cu il tarixli müqavilənin məzmunundan məlum olur ki,” xx.xx.2011-ci il tarixli, **********76-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi mərhum X2 xüsusi mülkiyyətində olmuşdur. Əlavə olaraq bildirir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi hələ 1850-ci il tarixdən mərhumun istifadəsində olmuşdur. Habelə, hazırki iddia tələbi barəsində hüquqi mülahizələrini bildirərək məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh tərəf iddia tələbinə qarşı hər hansı cavabdehin iddia müddətinin tətbiqi barəsində ərizə verməklə iddia tələbindən müdafiə olunması məsələsi ilə, borclunun müddətin keçməsi əsası ilə öhdəliyə xitam verməsi məsələlərini qarışdırır. Belə ki, iddia tələbinə qarşı hər hansı cavabdehin iddia müddətinin tətbiqi barəsində ərizə verilməsi, o, halda tətbiq olunur ki, bu halda, iddiaçı kreditor, cavabdeh isə borclu olur və iddia borcluya qarşı qaldırır və bu iddiadan müdafiə üçün borclu iddia müddətinin tətbiqi (Mülki Məcəlləsinin 375-ci maddəsi) barəsində ərizə verməklə ona qarşı irəli sürülən tələbin rədd olunmasına nail olur. Həmçinin, müddətin keçməsi əsası ilə öhdəliyə xitam verilməsində isə əksinə, iddiaçı borclu, cavabdeh isə kreditor olur və bu halda borclu müddətin keçməsi əsası ilə öhdəliyə xitam verilməsi” tələbi üzrə kreditora qarşı iddia irəli sürür (Mülki Məcəllənin 527.1,551,554.1-ci maddəsi). Bu məsələyə aşağıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət (Müqavilə tələbləri və Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il) keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Daha doğrusu qanuna görə mövcud qaz borcu (öhdəliyinə) AR Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, müddətin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, müddətin keçməsi öhdəliyin xitam verilməsi əsaslarından biridir və bu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsində birbaşa nəzərdə tutulur. Lakin müddətin keçməsi öhdəliyin avtomatik xitamı demək deyil: bu halda borclu artıq öhdəliyin icrasından imtina etmək hüququ əldə edir və kreditorun məhkəmə qaydasında tələb irəli sürmək hüququ itir. Yəni, müddət keçdikdə öhdəlik natural öhdəlik (Poma hüququna istinad) xarakteri alır və yalnız borclunun könüllü icrası mümkündür, məcburi icra isə istisna olunur. Bu qayda Mülki Məcəllənin 550. 551 və 554-cti maddələrində və Konstitusiya Məhkəməsinin qərarında təsbit olunmuşdur. Təcrübədə bu o deməkdir ki, müddət bitdikdən sonra borclu öhdəliyi yerinə yetirməkdən imtina edə bilər və kreditor artıq məhkəmə və ya digər məcburi vasitələrlə tələb irəli sürə bilməz, lakin borclu öhdəliyi könüllü icra edərsə, ödənilənləri geri tələb etmək mümkün deyildir. Habelə qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Odur ki, cavabdehin iddia ərizəsinə qarşı etirazı əsassız hesab edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia tələbinə, eləcə də, etiraz və mülahizələrinə uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı özü sözügedən evdə təbii qazdan istifadə halının olduğunu etiraf etmişdir. Bundan başqa, abonentlərdən kimsə vəfat edirsə Cavabdeh İB-i həmin evə quraşdırılmış qazın verilməsini dayandırmamaqla bərabər müqavilə bağlanmasını tələb etmir. Bundan başqa, MM-nin 553.1.1-ci maddəsinə əsasən mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə müddətin axımı kəsilir. Habelə, şəxs bir ay ərzində 10 manatlıq qaz sərfiyyatından istifadə etmiş, lakin 15 manat məbləğində ödəniş etmişsə, artıq ödənilmiş 5 manat məbləğ borcdan silinmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.2.10. mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı; 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
Mülki Prosessual Məcəllə
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, işdə olan Siyəzən şəhər Sovetliyi tərəfindən 14 iyun 1965-ci il tarixdə verilmiş AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası X8 olan İddiaçı xx xxx 1965-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 17 mart 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 696366 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 mart 2015-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 mart 2015-ci il tarixdə 48 nömrəli qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli miras əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 şəhəri, S.Vurğun küçəsi 1 ünvanında 0,0861 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 165,5 kv.m, yaşayış sahəsi 123,7 kv.m, yardımçı sahəsi 41,8 kv.m olan fərdi yaşayış evindəki və torpaqdakı payını oğlu İddiaçı bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 09 oktyabr 2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Xaçmaz RQİİ-nin rəisi X4 ilə X14 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, 9760/2022 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı Xəyal Quliyev arasında sonuncuya aid ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 2(059)-436/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İB-nin cavabdeh İddiaçı Xəyal oğluna qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş və qətnamə onunla əsaslandırılmışdır ki, Xəyal Quliyevlə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış, tələb olunan borc isə bu dövrə qədər yaranmış borc olmaqla bununla bağlı Xəyal Quliyevin hər hansı öhdəliyi yaranmamışdır. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 4 ünvanı iddiaçının mərhum atası X5 xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, Murad Quliyev xx.xx.2015-ci il tarixdə vəfat etmiş, xx.xx.2019-cu il tarixdə Murad Quliyevin vərəsələrindən X8 öz miras payını İddiaçı bağışlamış və xx.xx.2019-cu il tarixdə həmin mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Tərəflərin izahatlarından, həmçinin iş materiallarından müəyyən edilir ki, mənzilin mülkiyyətçisi Murad Quliyev xx.xx.2015-ci il tarixdə vəfat etsə də, həmin tarixdən bugünə qədər evə verilən qaz təchizatı dayandırılmamış, ev qazla təmin edilməyə davam etdirilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək evə qazın verilməsinə dair hər hansı şəxslə alqı-satqı müqaviləsi bağlanmamış, yalnız xx.xx.2022-ci ildə iddiaçının oğlu Xəyal Quliyevlə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Abonentin saldosundan müəyyən edilir ki, hazırki mübahisələndirilən 595,74 manat məbləğində debitor borcun 33,40 manatı xx.xx.2015-ci il (mərhum Murad Quliyevin vəfat etdiyi tarixədək) tarixədək, 402,30 manat xx.xx.2022-ci il (Xəyal Quliyevlə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlananadək) tarixədək, 160.04 manatı isə xx.xx.2022-ci il tarixdən 2025-ci ilin oktyabr ayına qədər yaranmış borc olmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında atasının ölümündən sonra ondan qalmış mirasın bütün aktiv və passivlərini, həmçinin debitor borc hesablanan ünvan 4 ünvanında yerləşən evi faktiki qəbul etdiyini, həmin evin özünün və oğlunun istifadə etdiyini, evin başqa şəxsin mülkiyyətinə və müvəqqəti istifadəsinə keçmədiyini bildirmişdir. “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda qazın verilməsini dayandırır. Həmin Qaydaların 3.2.10-cu bəndinə əsasən mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qazın istehlakçısı qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalıdır. Göründüyü kimi mərhum Murad Quliyev xx.xx.2015-ci il tarixdə vəfat etsə də, onun əmlakını vərəsəlik hüquqları haqqında qəbul edən İddiaçı mülkiyyətçinin dəyişməsi ilə bağlı qaz paylayıcıya hər hansı məlumat verməmiş, həmçinin mənzildə kiminsə yaşamadığını bildirərək qazın verilməsini dayandırmaq tələbi ilə çıxış etməyərək faktiki olaraq evə verilən qazdan istifadə etdiyini qəbul etmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə iddiaçının oğlu Xəyal Quliyev faktiki istifadəçi kimi cavabdeh təşkilatla “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlamışdır. Məhkəmə ilk öncə xx.xx.2022-ci il tarixədək yaranmış 435,70 manat məbləğində borcla bağlı qeyd edir ki, həmin məbləğdən 33,40 manatı mərhum Murad Quliyevin sağ olduğu dövrdə yaransa da, 2016-cı ilin noyabr ayında həmin məbləğdən 40 (qırx) qəpik ödəniş edilərək miras qalmış borcun məbləğindən 33 manat borc qalmışdır. Bununla İddiaçı faktiki olaraq debitor borcu qəbul etmişdir. Bundan başqa abonentin saldosuna nəzərə saldıqda iddiaçı tərəfindən mütəmadi olaraq qazdan istifadə edildiyini və müvafiq ödənişlər aparıldığını aydın görmək mümkündür. Hesablanmış borcun əsassız olduğu ilə bağlı iddiaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 435,70 manat məbləğində borcdan 33,40 manatı miras passivi olsa da, 368,86 manatı iddiaçının faktiki sahibliyi dövründə yaranmış, bugünə qədər həmin məbləğ onun tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa iddiaçı bildiriş-xəbərdarlıq məktubları ilə abonentin saldosunda sərfiyyatlar arasında fərq olduğunu göstərsə də, tərəflərin iştirakı ilə məhkəmə iclasında həmin bildirişxəbərdarlıqlar abonentin saldosu ilə birlikdə tədqiq edilmiş və məlum olmuşdur ki, onların arasında hər hansı ziddiyyət yoxdur. Belə ki, xx.xx.2021-ci il tarixli bildirişdə son göstərici 5728 m3, bu hesablama 2021-ci ilin oktyabr ayının hesablaması kimi qəbul edilərək abonentin saldosunda da 2021-ci ilin oktyabr ayınadək sərfiyyat göstəricisi 5728 m3, xx.xx.2021-ci il tarixli bildirişdə əvvəlki göstərici 6380 m3, bu hesablama 2021-ci ilin noyabr ayının hesablaması kimi qəbul edilərək abonentin saldosunda da 2021-ci ilin noyabr ayınadək sərfiyyat göstəricisi 6380 m3 və s. olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən iş materiallarına foto-şəkil əlavə edilərək qaz sərfinin 1725,545 m3 olduğu göstərilsə də, həmin foto-şəkildə olan sayğacın həqiqətən də mübahisələndirilən borcun hesablandığı sayğac olub-olmaması, həmçinin foto-şəkilin hansı tarixdə çəkilməsinə dair iş materiallarına hər hansı sübut əlavə etməmişdir. Bundan əlavə, iddiaçı qazın alqı-satqısına dair müqavilənin oğlu Xəyal Quliyevlə 2022-ci ildə bağlandığını, 2015-ci ildə atası vəfat etdikdən sonra 2022-ci il tarixədək belə müqavilə olmadığını bildirsə də, faktiki olaraq oğlu Xəyal Quliyevlə birlikdə mübahisəli mənzildə yaşadıqlarını və qazdan istifadə etdiklərini inkar etməmişdir. Bununla yanaşı, abonentin saldosu ilə illər üzrə istifadə edilmiş qaz sərfiyyatına və hesablanmış məbləğlərə nəzər saldıqda hər ilin müvafiq ayları üzrə qaz sərfinin bir birinə yaxın hədlərdə sərfiyyat olmaqla kəskin fərqlənmədiyi müşahidə edilmişdir. İddia tələbində 2010-cu ildən iddia ərizəsinin verildiyi tarixədək 408,70 manat, habelə 01 iyul 2022-ci il tarixdən hazırki tarixə qədər 187,04 manat olmaqla, cəmi 595,74 manat qaz borcunun əsassız əlavə edildiyinə görə silinməsi tələb edilsə də, məhkəmə tələbi qeyri-müəyyən hesab edərək işdə olan sənədlərə əsasən iddiaya qiymət verir və hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbi xx.xx.2022-ci il tarixədək hesablanmış 435,70 manat məbləğində borcun silinməsi hissəsində əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə, xx.xx.2022-ci il tarixdən sonra yaranmış 160,04 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından da görünür ki, Xaçmaz RQİİ-nin rəisi X4 ilə X14 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, habelə bu müqavilə tərəflər arasında həmin tarixdən sonra görülməli işlərin, eləcə də göstərilməli xidmətlərin, o cümlədən edilməli və çəkinilməli hərəkətlərin dairəsini müəyyənləşdirmişdir. Bununla belə işin araşdırılan hallarından da müəyyən edilir ki, 2022-ci ilin may ayında 20 qəpik qaz sərfiyyatı olsa da, həmin ay üzrə 27,20 manat ödəniş edilmişdir. Belə olduğu halda xx.xx.2022-ci il tarixdən sonra hesablanmış 160.04 manat borc məbləği üzrə öhdəliyin tərəfləri Cavabdeh İB və X14 olduğu üçün həmin məbləğin silinməsi ilə bağlı İddiaçı iddia qaldırmaqda haqlı olmamışdır. Bundan başqa, iddia tələbinin 2-ci hissəsinə-öhdəliyə müddətin keçməsi əsası ilə xitam verilməsi tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan görünür ki, iddia müddəti yalnız o zaman tətbiq edilə bilər ki, məhkəmədə baxılan iş və müvafiq tələb olsun. Hazırki mübahisə ilə bağlı iddia müddəti o zaman tətbiq edilə bilərdi ki, Cavabdeh İB tərəfindən debitor borcun ödənilməsi ilə bağlı tələb irəli sürülmüş olardı. İşin araşdırılan hallarından və iddia tələbindən də görünür ki, belə bir tələb məhkəmə icraatında yoxdur. Bundan başqa abonentin saldosundan görünür ki, müxtəlif vaxtlarda abonent tərəfindən aylıq sərfiyyatdan artıq pul ödənilərək qalıq borcunun ödənilməsinə yönəldilmişdir ki, sonuncu dəfə belə ödəniş 2024-cü ilin iyul ayında edilmişdir. Belə ki, 2024-cü ilin iyul ayında sərfiyyat 9,36 manat olsa da, istehlakçı tərəfindən 10,20 manat ödəniş edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilərək öhdəliyə xitam verilməsi mümkün hesab edilərək təmin edilə bilməz.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır.
Məhkəmənin gəldiyi nəticə
Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdehnə qarşı “borcun abonent hesabından silinməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə