Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-76/2025 03.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktı”na dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktı”na dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası keçmiş Dəvəçi rayon X9 İcraiyyə Komitəsi tərəfindən ataları Şahid1 adına 15 iyun 1990-cu il tarixdə verilmiş 816 nömrəli orderin orada göstərilən digər şəxslərlə yanaşı, onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, keçmiş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin Mənzil komissiyasının 15 iyun 1990-cı il tarixli, 149 nömrəli qərarına əsasən, 1985-ci ildən Siyəzən BQF-də işləyən, Siyəzən şəhəri, Suvorov küçəsindəki 19 nömrəli evdə 5 nəfər ailə üzvü ilə yaşayan, 1986-cı ilin dekabr ayından mənzil növbəsində olan ataları Şahid1 Siyəzən şəhəri, keçmiş Gənclik qəsəbəsində yerləşən 2 nömrəli evin 47,89 kv.m sahəsi olan 5 nömrəli mənzili verilmiş və bu barədə atalarının adına həmin mənzillə əlaqədar 15 iyun 1990-cı il tarixdə 816 nömrəli order verilmişdir. Orderdə qərara əsasən, atası və 4 nəfər ailə üzvü qeyd edilmişdir. Onlar, ailələri ilə birlikdə 1990-cı ildən bu günədək həmin ünvanda qeyd edilən mənzildə yaşayırlar. Bu yaxınlarda mənzilin özəlləşdirilməsi ilə əlaqədar sənədlər hazırlanarkən, orderdə ərizəçilərdən Anarın adının, Röyanın isə cinsinin səhv göstərilməsi məlum olmuşdur. Belə ki, sözügedən orderdə ailə üzvlərinin siyahısında, 3-cü sırada onun şəxsiyyət vəsiqəsində qeyd olunan “Anar” adı “Akif” kimi səhv, 4-cü sırada bacısı Röyyanın şəxsiyyət vəsiqəsində qeyd edilən Absələtdin “qızı” “oğlu” kimi səhv yazılmışdır. Bu orderdə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizələrinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sözügedən orderdə olan yanlışlıqların aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, Firəngiz Babayevlə birgə nikahdan Əhməd, Anar adlı oğul, Röyya adlı qız övladları doğulmuşdur. Bundan başqa, övladları, o cümlədən Akif və Röyya adlı oğlanları olmamışdır. Məhkəmə iclasında digər Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək, sonuncu ilə birgə nikahdan Əhməd, Anar və Röyya adlı üç övladının olmaqla, bundan başqa, Röyya və Akif adında oğullarının doğulmamasını bir daha təsdiqləmişdir. İşdə olan Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş keçmiş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 15 iyun 1990-cı il tarixli, 08 saylı iclas protokoluna dair arxiv arayışından görünür ki, həmin Komitənin 15 iyun 1990-cı il tarixli, 149 nömrəli qərarına əsasən, 1985-ci ildən Siyəzən BQF-də işləyən, Siyəzən şəhəri, Suvorov küçəsi 19 nömrəli evdə 5 nəfər ailə üzvü ilə yaşayan, 1986-ci ilin dekabr ayından mənzil növbəsində olan Şahid1 2 nömrəli evin 47,89 kvadratmetr sahəsi olan 5 nömrəli mənzilinin verilməsi qərar alınmışdır. İşdə olan keçmiş Dəvəçi rayon X5 15 iyun 1990-cı il tarixli, 816 nömrəli orderinin surətindən görünür ki, Siyəzən şəhərində yerləşən Gənclik qəsəbəsindəki 2 nömrəli evin 5-ci mənzilini Şahid1 tutmaq hüququna malikdir. Həmçinin, Ərizəçi1 ailə üzvləri 1955-ci il təvəllüdlü arvadı Şahid2, 1980-ci il təvəllüdlü oğlu Əhməd Babayevdən, 1983-cü il təvəllüdlü oğlu Akif Babayevdən və 1987-ci il təvəllüdlü oğlu Röyya Babayevdən ibarətdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən 17 yanvar 2025-ci il tarixdə verilmiş 82 nömrəli arayışdan görünür ki, ərizəçilərin qeydiyyatda olduğu, Siyəzən şəhərində yerləşən Gənclik qəsəbəsindəki 2 nömrəli evin 5-ci mənzili hazırda Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 2 nömrəli binanın 5-ci mənzili adlanır. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 04 iyul 1983-ci il tarixdə verilmiş İX-ЖГ seriyalı 329303 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X2, anası Şahid2 olan Ərizəçi1 xx xxxx 1983-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 14 aprel 1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı 313608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X3, anası Şahid2 olan X1 xx xxxx 1987-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyətinin Beşdam inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən 10 iyun 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 087975 nömrəli nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 həmin tarixdə 02 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mustafayeva” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 oktyabr 2024-cü il tarixli, 3-21-3-31/2- 3680/2024 nömrəli məktubundan görünür ki, sözügedən orderin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 05 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Bu qərarın 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan, eləcə də şahid ifadələrindən də göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların adı, soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası keçmiş Dəvəçi rayon X9 İcraiyyə Komitəsi tərəfindən 15 iyun 1990-cu il tarixdə verilmiş 816 nömrəli orderdə 3-cü sırada qeyd edilməli olan Ərizəçi1 adı “Anar” əvəzinə, “Akif” kimi, 4-cü sırada qeyd edilməli olan Ərizəçi2 (Babayevanın) soyadı “Babayeva” əvəzinə, “Babayev”, cinsiyyəti “qız” əvəzinə, “oğlan” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası keçmiş Dəvəçi rayon X9 İcraiyyə Komitəsi tərəfindən 15 iyun 1990-cu il tarixdə verilmiş 816 nömrəli orderin orada göstərilən digər şəxslərlə yanaşı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Azərbaycan Respublikası keçmiş Dəvəçi rayon X9 İcraiyyə Komitəsi tərəfindən 15 iyun 1990-cu il tarixdə verilmiş 816 nömrəli orderin orada göstərilən digər şəxslərlə yanaşı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-76/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-76/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver