Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-861/2025 27.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “4000 manat kompensasiya verilməklə fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları ilə birlikdə 5000 manat kompensasiya verilməklə ünvan 1 fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsini və onların evdən çıxarılmalarını tələb edir. Cavabdehlər isə iddianı qəbul etməyərək təmin edilməsinə etiraz edir. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “4000 manat kompensasiya verilməklə fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4000 manat kompensasiya verilməklə onun, arvadı Cavabdeh2, övladları 23 dekabr 2009-cu il təvəllüdlü X3 və 21 noyabr 2018-ci il təvəllüdlü X1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən şəhərində yerləşən Aydın Qaradağlı küçəsindəki iki otaqlı, ümumi sahəsi 69.30 kv.m-dən ibarət 7 saylı fərdi yaşayış evi 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam pay hüququ ilə onun xüsusi mülkiyyətindədir. Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022-ci il nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 manat kompensassiya verməklə, sonuncuların övladları 23 dekabr 2009-cu il təvəllüdlü X7 və 21 noyabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə sözühedən evə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarmaları qət edilmişdir. Cavabdehlər kompensassiya məbləğindən narazı qaldıqlarına görə tərəflərindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsnin Mülki Kollegiyası 2(105)- 59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "İnternet resurslarında olan məlumata görə Siyəzən rayonunda orta təmirli evlərin aylıq kirayə haqqı 120-150 manatdan aşağı olmadığı, belə vəziyyətdə 2000 manat civarında kompensassiya məbləğini cavabdehlərə miinasibələdə qanunverciliyin nəzərdə tutduğu məqsədlər baxımından yetərli hesab etmək olmaz. .... cavabdehlərin mübahisəli evdən istifadə hüqıılarına xitam verilməsi və oradan çıxarılmaları müqabilində onlara ödəniləsi kompensasiyanın məbləğinin 4000 manat məbləğində müəyyən olunması məqsədəuyğun və ədalətli sayılmalıdır və cavabdehlərə 4000 manat kompensasiya məbləğini vermədiyi əsasına görə Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022ci il nömrəli qətnaməsi ləğv edilmişdir. Başqa sözlə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, cavabdehlərə 4000 manat civarında kompensassya verilməlidir. Odur ki, hazırki iddia tələbi bu əsasla və kompensasiya məbləğinin 4000 manat məbləğində verilməsi ilə irəli sürülmüşdür. Habelə, cavabdehlərin mübahisəli evdən istifadə hüquqları yarandığı vaxtdan onlar bir gündə olsa mübahisəli mənzildə yaşamamışlar, evdə yaşamaları üçün zəruri olan onlara məxsus ən adi əşyaları belə yoxdur. Ona görə ki, cavabdehlərin mübahisəli mənzildə yasamamaları “(yaşayış evinə) ehtiyaclarının olmamaları ilə yanaşı, onlar Bakıda, Xanəli “Bus” Marşrut avtobusunda, arvadı isə digər yerdə işlədiklərinə görə, onların Sivəzən şəhərində mübahisəli mənzildə yaşamaları qeyri-mümkündür. Belə ki, cavabdeh və arvadı Bakı şəhərində işləyirlər, onların onsuzda yaşamaları üçün adambaşına düşən yaşayış normasına görə mümkün olmayan mənzildə yaşamaları qeyri-mümkündür. Onların məqsədi cəmi 15 min manat dəyəri olan evə görə az qala yarı dəyərini tələb edir. Lakin bilməlidir ki, evin ilkin sahibi olan anası Cavabdeh1 məhkəmə qaydasında ləyaqətsiz vərəsə elan etmişdir (Siyəzən rayon Məhkəmənin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə qanun üzrə vərəsənin ləyaqətsiz sayılması barədə tələbi təmin olunmuşdur). Habelə Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.03 ha torpaq sahəsinə dair DƏDRX-nin Abşeron ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə AA 013021 saylı torpaq sahəsində, halhazırda tikintiyə dair sənəd alınmasa da faktiki bu torpaq üzərində tikilmiş evdə cavabdeh və ailəsi yaşayırlar (bu faktı təsdiq edən subutlar, o cümlədən evin fotoşəkilləri, evə dair elektrik enerjsindən xx.xx.2016-cı il tarixindən istifadə edilməsini, eləcə də elektrik sayğacının mövcudluğunu təsdiq edən sənədlər, habelə qonşuların imzaladığı aktda cavabdehin 2012-ci ildən bu ünvanda yaşamamasmı təsdiq edən sənəd məhkəməyə təqdim edilir. Siyəzən rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022-ci il nömrəli qətnaməsi). Yuxarıda qeyd edilən əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olduğundan, yəni hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir, ona görə ki, cavabdehlərin mübahisəli mənzilə münasibətdə yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması halı mövcud deyil və heç vaxt mövcud olmamışdır. İddia tələbi üzrə mübahisə 2019-cu ilin dekabrında yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq qərara gəlmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin hesab edirəm ki, məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi təmin edilməli və mübahisəli mənzildən cavabdehin istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməlidir. Lakin nəzərə alınsa ki, cavabdehlər mübahisəli mənzildə yaşamırlar, (bu fakt qonşuların iştirakı ilə tərtib edilən aktla və hazırda mübahisəli evdə kirayədə yaşayan kirayənişinin verdiyi izahatla təsdiq edilir) daha doğrusu hazırda Abşeron rayonu Məmmədli kəndində ailəsinə məxsus xüsusi həyətyanı sahədə inşa etdirdiyi şəxsi evdə faktiki yaşayırlar (təsdiqi: adı çəkilən evə dair elektrik enerjsindən xx.xx.2016-cı il tarixindən istifadə edilməsi barədə Cavabdeh1 adına yazılmış “Abunə haqqında saldo”),onda cavabdehlərə “müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsaitin verilməsi” ifadəsinin mahiyyəti itir, amma o, insanlıq xatirinə onlara kompensasiya vermək fikrindədir. Odur ki, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Habelə hesab edir ki, Cavabdeh1 özünə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən DƏDRX-nin Abşeron ərazi İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixdə AA 013021 saylı 0.03 ha torpaq sahəsində tikilmiş evdə ailəsi ilə daimi yaşamaqda davam etdiyindən, onun mənzilində formal olaraq pasport qeydiyyatında olduğu üçün, o, heç zaman öz mənzili üzərində sərəncam hüququnu həyata keçirə bilməyəcək və bununla da mülkiyyət hüquqları ömürlük məhdudlaşacaqdır. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/17279 nömrəli ayarışından görünür ki, ”obyektin (mübahisəli mənzilin) xx.xx.2019-cu il tarixli bazar dəyəri 15000 min təşkil edir. Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Habelə bildirir ki, cavabdehlərin formal olaraq fərdi yaşayış evində qeydiyyatda qalmaları mülkiyyətçinin Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulmasına da səbəb olmuşdur. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəmə Kollegiyasının qeyd etdiyi kimi “Siyəzən rayonunda orta təmirli evlərin aylıq kirayə haqqı 120-150 manatdan aşağı olmadığını, habelə 4000 manat məbləğində kompensasiyanın verilməsi ədalətli hesab edildiyi” qənaətini əsas tutaraq cavabdehlərə 4000 manat kompensasiya verməyə hazırdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinə uyğun izahat verərək və əlavə olaraq ərizə təqdim edərək Cavabdeh1 5000 manat kompensasiya verilməklə onun, arvadı Cavabdeh2, övladları 23 dekabr 2009-cu il təvəllüdlü X3 və 21 noyabr 2018-ci il təvəllüdlü X1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının mənafeyinə uyğun izahat verərək iddia tələbinin əlavə təqdim edilmiş ərizənin məzmununa uyğun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadıqlarını, ordan çıxmaq fikirlərinin olmadıqlarını bildirib iddianın təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmənin mövqeyi Məhkəmə, iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019- cu il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən 69,30 kv.m-dən ibarət fərdi yaşayış evi X2 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan Siyəzən Rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 592 nömrəli məktubundan görünür ki, X6 12 iyun 2021-ci il tarixdə vəfat etmiş və 07 iyul 2021-ci il tarixdə mərhumun qızı İddiaçı adına 8V-105 nömrəli Vəsiyyət üzrə vərəsəlik işi açılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 avqust 2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsindəki 0,03 ha torpaq sahəsində yerləşən 69,30 kv.m-dən ibarət 7 saylı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ ilə 17 avqust 2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X7 və 21 noyabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə Siyəzən şəhərində yerləşən M. Əzizbəyov (indiki A.Qaradağlı) küçəsindəki 7 saylı evə köçürülməlidirlər. İşdə olan "X4" MMC tərəfindən 04 mart 2021-ci il tarixdə tərtib edilmiş 123 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə bazar dəyərinin 15000 manat, 1 aylıq kirayə haqqının orta hesabla 40 manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)- 19/2022 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat kompensasiya verilməklə, sonuncuların övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X7 və 21 noyabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə Siyəzən şəhərində yerləşən A. Qaradağlı küçəsindəki 7 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 59/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-19/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Məhkəmə iclasında tərəflərin izahatları, eləcə də, tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış qətnamələri ilə müəyyən olunmuşdur ki, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamına əsasən Siyəzən şəhəri ərazisindən 0,03 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, bundan sonra, 01 aprel 2011-ci il tarixdə Siyəzən şəhəri, M.Əzizbəyov (indiki A.Qaradağlı) küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23.2 kv.m yaşayış, 46.1 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. Tərəflər uzun müddət etibarlı ailə münasibətlərində yaşamış, Cavabdeh1 2008ci ildə Cavabdeh2 ilə evlənməklə burada məskunlaşsa da, ailə üzvləri arasında sonradan mübahisələr yaranmışdır. Eyni zamanda tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından iddiaçı Cavabdeh1, həmçinin onunla etibarlı ailə münasibətlərində olan ailə üzvləri ilə birlikdə Siyəzən şəhəri, M.Əzizbəyov (indiki A.Qaradağlı) küçəsindəki 7 nömrəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Beləliklə, cavabdehlərin mübahisəli ünvana istifadə hüquqları mövcud olmuş, o cümlədən qeyd edilən hal iddiaçı tərəfindən mübahisələndirilmədiyindən kompensasiya verilməklə mübahisəli ünvana istifadə hüququna xitam verilməsi və oradan çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, müvafiq sahədə ixtisaslaşmış mütəxəssisin verdiyi rəydən müəyyən edilir ki, ünvan 4 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinin 1 aylıq kirayə haqqının hazırkı orta bazar qiyməti 40 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-59/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yalnız kompensasiyanın məbləği ilə bağlı gəldiyi nəticə ilə razılşamayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin yetərli hesab etdiyi kompensasiya məbləğinin (2000 manat) cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində (yəni özlərinə məxsus yaşayış sahəsi əldə edə və ya mənzil kirayəsi haqqını öz hesablarına ödəyə biləcəkləri vaxtadək) başqa yerdə əvvəlki ilə oxşar şəraitli bir mənzildə yaşamaq imkanı verəcəyi ağlabatan görünmür. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, övladları - 23 dekabr 2009-cu il təvəllüdlü X7 və 21 noyabr 2018- ci il təvəllüdlü X5) ilə birlikdə mübahisəli evdən istifadə hüququnun verilməsi və həmin evə köçürülmələrinin qət edilməsi cavabdehlərin özlərinə məxsus başqa yaşayış yerinin olmamasına dəlalət edir. Digər tərəfdən, internet resurslarında olan məlumatlardan görünür ki, hazırda Siyəzən şəhərində orta təmirli 2-3 otaqlı evlərin (mənzillərin) aylıq kirayə haqqı 120-150 manatdan aşağı deyil. Belə vəziyyətdə 2000 manat civarında kompensasiya məbləğini cavabdehlərə münasibətdə qanunvericiliyin nəzərdə tutduğu məqsədlər baxımından yetərli hesab etmək olmaz. Məhkəmə kollegiyası mübahisəli evin hazırkı vəziyyətini və müvafiq ərazidə oxşar şəraitli evlər üçün aylıq kirayə haqqının məbləğini, habelə cavabdehlərin uzun müddət sözügedən evdə yaşayıb ümumi təsərrüfatın aparılmasında iştiraklarını, yeni mülkiyyətçinin (iddiaçının) isə evi əvəzsiz (ödənişsiz) əqd əsasında (vərəsəlik qaydasında) əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və oradan çıxarılmaları müqabilində onlara ödəniləsi kompensasiya məbləğinin 4000 (dörd min) manat məbləğində müəyyən olunması məqsədəuyğun və ədalətli sayılmalıdır. Göründüyü kimi tərəflər arasında mövcud mübahisəyə 2024-cü ildə məhkəmə qaydasında baxılmış, apellyasiya məhkəməsi qətnaməni yalnız kompensassiya məbləğinin ağlabatan olmaması əsası ilə ləğv etmiş, məhkəmə kollegiyası 4000 manat məbləğində kompensasiya məbləğini ağılabatan hesab etmişdir. Məhkəmə apellyasiya məhkəməsinin mövqeyini və 2024-cü ildən sonrakı artan bazar qiymətlərini nəzərə alaraq iddiaçıya kompensassiya məbləğini artırmağı təklif etmiş, iddiaçı həmin məbləğin 5000 manat məbləğində müəyyən edilməsi ilə razılaşmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşdə olan 04 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 101 manat məhkəmə xərci çəkmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə çəkilmiş 101 manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat kompensasiya verilməklə, sonuncuların övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X7 və 21 noyabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 evə olan istifadə hüquqlarına xitam verilməli və onlar həmin evdən çıxarılmalıdırlar. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 (beş min) manat kompensasiya verilməklə, sonuncuların övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X7 və 21 noyabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 evə olan istifadə hüquqlarına xitam verilməli və onlar həmin evdən çıxarılısınlar. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №2(059)-861/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-861/2025
27.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver