Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-91/2022 04.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon dövlət notariat kontorunda 03 sentyabr 2010-cu il tarixli vəsiyyətnamə üzrə Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 8 saylı evin 36-cı mənzilində ona çatası payın müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon dövlət notariat kontorunda 03 sentyabr 2010-cu il tarixli vəsiyyətnamə üzrə Siyəzən şəhərinin H.Talıbov küçəsindəki (keçmiş H.Z.Tağıyev qəsəbəsindəki ev 8, mənzil 16) 8 saylı evin 16-cı mənzilində ona çatası payın müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mərhum bibisi Bayramova (Məmmədova) Diləfruz Məmmədqulu qızı 06 fevral 1996-cı il tarixdə Abşeron RTİB Siyəzən rayon sahəsi tərəfindən Siyəzən şəhəri keçmiş H.Z.Tağıyev qəsəbəsindəki (hazırkı H.Talıbov küçəsindəki) 8 saylı evin 16-cı mənzilinə dair 652 a saylı qeydiyyat şəhadətnaməsi almışdır. Siyəzən rayon dövlət notariat kontorunda 03 sentyabr 2010-cu il tarixli vəsiyyətnamə ilə mərhum Diləfruz Bayramova (Məmmədova) özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. X17 17 may 2021-ci il tarixdə, sonuncunun əri X16 isə ona qədər, yəni 15 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. Mərhum bibisi Diləfruzun birinci növbə digər vərəsələri – atası X12 28 avqust 2004-cü il, anası X8 isə 01 oktyabr 2014-cü il tarixdə vəfat etmişlər. O, 17 noyabr 2021-ci il tarixdə Siyəzən rayon dövlət notariat ofisinə ərizə ilə müraciət edərək, ona mərhum bibisi Diləfruz tərəfindən vəsiyyətnamə qoyulduğunu bildirmiş, lakin həmin mənzildə digər vərəsə bibisinin övladlığa götürdüyü Cavabdeh da qeydiyyatda olduğunu qeyd etmişdir. 26 noyabr 2021-ci il tarixdə o, Siyəzən rayon notariat ofisinə yenidən müraciət edərək digər vərəsə Cavabdeh ilə miras əmlakın bölüşdürülməsi ilə əlaqədar aralarında ixtilafların olmasını bildirmiş, ərizəsinə cavab olaraq həmin tarixli 566 saylı məktubla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci madəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda mərhum Diləfruz Bayramovanın ondan və cavabdehdən başqa vərəsəsi yoxdur, bu səbəbdən də, Siyəzən rayon dövlət notariat kontoru tərəfindən 03 sentyabr 2010-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə mübahisə predmeti olan mənzilində ona çatası payın müəyyənləşdirilməsini tələb edir. Həmçinin hesab edir ki, onun payı miras əmlakın, yəni mənzilin ¾ hissəsini təşkil edir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, bioloji bibisi, onu övladlığa götürən Bayramova (Məmmədova) Diləfruz Məmmədqulu qızı 06 fevral 1996-cı il tarixdə Abşeron RTİB Siyəzən rayon sahəsi tərəfindən Siyəzən şəhəri keçmiş H.Z.Tağıyev qəsəbəsindəki (hazırkı H.Talıbov küçəsindəki) 8 saylı evin 16-cı mənzilinə dair 652 a saylı qeydiyyat şəhadətnaməsi almışdır. O, 1996-cı ildən hal-hazıradək miras kütləsini təşkil edən və ünvanı yuxarıda göstərilən mənzildə daimi olaraq, yaşamaqla, həmin mənzildən maneəsiz istifadə edir. 2004-cü ildə Azad Atakişiyevlə evlənərək bir müddət bu evi müvəqqəti tərk etsə də, anası Diləfruz Bayramova sonradan ərini və onu bu evə qaytarmışdır. Bundan başqa, 23 aprel 2005-ci il təvəllüdlü oğlu Səfər Atakişiyev doğularkən də, mübahisəli mənzildə yaşamış və hazırda da sonuncu onunla birlikdə burada yaşayır. Bundan başqa, anası Diləfruz Bayramova vəfat edərkən o, evdə onunla olmuş, mərhum Siyəzən rayon Beşdam qəbiristanlığında dəfn edilmiş, habelə həmin ərəfədə heç yerdə işləmədiyi üçün anasının yas mərasimlərinin təşkilinə o, fiziki, cavabdeh İddiaçı isə həm fiziki, həm maddi cəhətdən köməklik göstərmişdir. Odur ki, iddianın qismən təmin edilməsi, o cümlədən miras əmlaka ½ hissədə onun, qalan ½ hissədə isə iddiaçının payının müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 20 sentyabr 1983-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 315998 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X6 20 sentyabr 1983-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 125 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Bayramova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon VVAQ şöbəsi tərəfindən 09 yanvar 1990-cı il tarixdə verilmiş İ-ЖГ seriyalı, 264061 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1986-cı il təvəllüdlü X4 Səfər Novruz oğlu və X7 tərəfindən övladlığa götürülmüş, uşağa “Bayramova” soyadı, “Şəbnəm” adı və “Səfər” ata adı verilməklə, bu barədə 09 yanvar 1990-cı il tarixdə ödladlığa götürmə haqqında akt qeydləri kitabında 2 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 06 fevral 1996-cı il tarixdə təsdiqlənmiş, 3M-86 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli müqaviləyə əsasən satıcı X9 mülkiyyətindəki Siyəzən şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 3 saylı evin 99,16 kv.m ümumi, 58,6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 39cu mənzilini X5 məxsus mənzillə dəyişmişdir. İşdə olan Abşeron RTİB Siyəzən rayon sahəsi tərəfindən 06 fevral 1996-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Siyəzən şəhərinin H.Z.Tağıyev qəsəbəsindəki 8 saylı evin 99,16 kv.m ümumi, 58,6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 16-cı mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. İşdə olan Siyəzən rayon dövlət notariat kontoru tərəfindən 03 sentyabr 2010-cu il tarixdə, reyestrdə 2V-07 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X7 ölən günədək harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 22 oktyabr 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 037078 nömrəli və Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 may 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 173996 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X16 15 oktyabr 2002-ci il tarixdə qaraciyər çatmamazlığından, X7 isə 17 may 2021-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq olaraq 22 oktyabr 2002-ci il tarixdə 190 nömrəli, 27 may 2021-ci il tarixdə isə 129 nömrəli qeydlər edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 fevral 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 087852 nömrəli və AZ-İ seriyalı, 665591 nömrəli ölüm haqqında şəhadətnamələrin çıxarışlarından görünür ki, müvafiq olaraq X12 28 avqust 2004-cü il tarixdə, X8 isə 01 oktyabr 2014-cü il tarixdə Siyəzən şəhərində ölmüşlər. İşdə olan Siyəzən RPŞ-nin 22 yanvar 2022-ci il tarixli, 183-767M-3222 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh 14 iyul 2004-cü il tarixdə Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 8 saylı evin 16-cı mənzilinə qeydiyyatla Siyəzən RPŞ-nin Qeydiyyat və X21 tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İşdə olan Siyəzən RİH-in Mənzil İstismar Sahəsi tərəfindən 31 mart 2022-ci il tarixdə verilmiş 32 nömrəli məktubundan görünür ki, Siyəzən şəhərinin H.Z.Tağıyev qəsəbəsi halhazırda şəhərin H.Talıbov küçəsidir və keçmiş qəsəbəsədə yerləşən 8 saylı evin 16-cı mənzili H.Talıbov küçəsindəki 8 saylı evin 16-cı mənzili ilə eyni ünvandır. İşdə olan Cavabdeh tərəfindən 04 aprel 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, mübahisə predmeti olan mənzilin ½ hissəsinə onun, qalan ½ hissəsinə isə iddiaçının payının müəyyənləşdirilməsinə razıdır. İşdə olan 07 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia tələbinə məhkəmədə baxılması üçün İddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Məhkəmə iclasında verilmiş izahatlar və iş materiallarındakı sənədlərlə müəyyən edildi ki, mübahisəli Siyəzən şəhərində yerləşən H.Talıbov (keçmiş H.Z.Tağıyev qəsəbəsindəki) küçəsindəki 8 saylı evin 16-cı mənzili 06 fevral 1996-cı il tarixdə mərhum Diləfruz Məmmədovanın (Bayramovanın) adına dövlət qeydiyyatına alınmış, sonuncu 17 may 2021-ci il tarixdə ölmüşdür. Buna qədər mərhum Diləfruz Məmmədova (Bayramova) 03 sentyabr 2010-cu il tarixdə Siyəzən rayon dövlət notariat kontorunda bütün əmlakına, o cümlədən mübahisə predmeti olan mənzilə dair İddiaçı vəsiyyətnamə vermişdir. Bununla belə, hazırda iddiaçının mərhum bibisinin qanun üzrə birinci növbə yeganə vərəsəsi övladlığa götürdüyü qızı, Cavabdeh miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilmiş hissəsindən azad olan həcmini faktik qəbul etmiş, bunu şəksiz nümayiş etdirmişdir ki, qeyd olunan bu hal işin mübahisələndirilməyən halıdır. Bundan əlavə, iddiaçı mərhum bibisi Diləfruz Məmmədovadan (Bayramovadan) miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etsə də, cavabdehlə aralarında yaranmış ixtilafla əlaqədar əmlaka münasibətdə tərəflərin payları müəyyən edilməmişdir. Bu səbəbdən də, İddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Bu Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, vəsiyyət edənin sağ qalan uşaqlarının, eləcə də ölmüş övladlarının vərəsələrinin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bu mənada qeyd edilməlidir ki, mərhum Diləfruz Məmmədovanın (Bayramovanın) övladı, o cümlədən birinci dərəcədən vərəsəsi Cavabdeh birinci növbədə vərəsə kimi miras əmlaka məcburi pay almaq hüququ mövcuddur və saxlanılmaqdadır. Belə ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsi məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir. Müasir Avropa ölkələrinin əksəriyyətində vərəsəlik hüquq institutunda məcburi pay hüququ ailə münasibətlərini qoruyan vacib sosial təminat kimi qəbul edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Marks Belçikaya qarşı iş üzrə 1979-cu il 13 iyun tarixli qərarında göstərilmişdir ki, aliment öhdəlikləri və ya vərəsəlikdə məcburi pay hüququ Konvensiyanın üzvləri olan əksər ölkələrin qanunvericiliyində mövcuddur və əmlaka vərəsəlik hüququ ailə həyatının tərkib hissəsidir. Həmin iş üzrə hakim Pinheiro Farinhan Xüsusi rəyində qeyd etmişdir ki, “ailə münasibətləri ilə bağlı olan insanlar arasında mütləq pay hüququ ailə maraqlarını müdafiə edən, bu münasibətlərdən yaranan mənəvi və sosial xarakterli vəzifələrin formasını göstərir”. Eyni zamanda, qeyd olunmalıdır ki, mərhum Diləfruz Məmmədovanın (Bayramovanın) adı qeyd olunan birinci növbədə vərəsəsi mirasın qəbul edilməsindən imtina olunması üçün qanunvericiliklə müəyyənləşdirilmiş vaxt ərzində mirasın, o cümlədən məcburi payın qəbulundan bu və ya digər formada imtina etməmiş, habelə belə bir imtina olduğu təqdirdə, bunun notariat orqanında rəsmiləşdirilməsinə dair mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Bu Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bu mənada, məhkəmə qeyd edir ki, mərhum Diləfruz Məmmədovadan (Bayramovadan) miras qalmış mübahisə predmeti olan mənzilə münasibətdə tərəflərə çatası pay bərabər şəkildə müəyyənləşdirilməlidir. Hazırkı məqamda iddiaçıya verilmiş vəsiyyətnaməyə dair hissədə məsələ aydın olsa da, məcburi paya münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin İ hissəsinin İ və İİ bəndlərinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Mülki Məcəllənin 1159-cu maddəsinin İİ hissəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələrdir. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Sözügedən Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İşin faktiki hallarından, eləcə də tədqiq olunmuş mötəbər sübutlardan da göründüyü kimi vəsiyyət üzrə vərəsə İddiaçı mərhum Diləfruz Məmmədovanın (Bayramovanın) qardaşı oğlu olmaqla, valideyni öldüyü təqdirdə, ikinci növbədə, övladlığa götürülən Cavabdeh isə övladlığa götürənin uşağı kimi qanun üzrə birinci növbədə vərəsədir. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yəni, İddiaçı birinci deyil, valideyni öldüyü təqdirdə, sonrakı növbədən vərəsə olduğundan miras əmlakın məcburi paya dair hissəsinə münasibətdə onun vərəsəliyi istisna edilir. Belə olan halda, Cavabdeh mərhum Diləfruz Məmmədovanın (Bayramovanın) birinci növbədən yeganə vərəsəsi kimi miras əmlakdan məcburi payı tam şəkildə qəbul etmiş sayılır. Belə ki, mülki qanunvericiliyin mənasına görə (MM-in 1193-cü maddəsi) əgər vəsiyyət üzrə vərəsə olmasa idi, Cavabdeh miras kütləsini tam şəkildə əldə etməklə, mübahisəli mənzilin tək mülkiyyətçisi olacaqdır. Eyni zamanda, müddətin keçməsinə baxmayaraq, tərəflər miras əmlakın onlar tərəfindən qəbul edilməsinə razı olmuş, buna hər hansı bir formada etiraz etməmişlər ki, bu da işin mübahisələndirilməyən hallarındandır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sözügedən Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, X1 miras qalmış Siyəzən şəhərində yerləşən H.Talıbov (keçmiş H.Z.Tağıyev qəsəbəsindəki) küçəsindəki 8 saylı evin 16-cı mənzilinə vəsiyyət üzrə vərəsə İddiaçı və qanun üzrə vərəsə Cavabdeh hər bir vərəsəyə 1/2 hissədə olmaqla, payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia üzrə ödənilmiş dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi İddia qismən təmin edilsin. X1 miras qalmış Siyəzən şəhərində yerləşən H.Talıbov (keçmiş H.Z.Tağıyev qəsəbəsindəki) küçəsindəki 8 saylı evin 16-cı mənzilinə vəsiyyət üzrə vərəsə İddiaçı və qanun üzrə vərəsə Cavabdeh hər bir vərəsəyə 1/2 hissədə olmaqla, payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-91/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-91/2022
04.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver