Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-99/2023 13.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 2856F nömrəli, 30501004 kodlu şəhadətnamədə mülkiyyətçi olaraq adının, soyadının, atasının adının X7 əvəzinə Ərizəçi1, X12 əvəzinə Ərizəçi2, X15 əvəzinə Ərizəçi3 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən şəhadətnamədə 2-ci sırada qeyd edilən X1 “İskəndərova”, ata adının “Mustafa”, 3-cü sırada qeyd edilən X2 “İskəndərov”, ata adının “Vahid”, 6-cı sırada qeyd edilən X3 “İsgəndərov”, ata adının “Vahid” kimi olması (oxunması) faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər tərəfindən onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 2856F nömrəli, 30501004 kodlu şəhadətnamədə ərizəçilərin adı, soyadı, ata adı Ərizəçi1 əvəzinə X5, Ərizəçi2 əvəzinə X9, Ərizəçi3 əvəzinə isə X10 qeyd edilmişdir. Bundan əlavə, Ərizəçi3 X18 övladlığa verilsə də, Siyəzən Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli, 2(059)-127/2010 saylı qətnaməsi ilə övladlığa verilməsi ləğv edilməklə, yenidən doğum haqqında akt qeydində ata adı X13 adı ilə qeyd olunmuşdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi3 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçi eləcə də, digər ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Darazarat kənd soveti tərəfindən 14 iyun 1954-cü il tarixdə verilmiş ИЖ seriyalı, 074142 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X25, anası X19 olan X20 xx xxxx 1954-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 20 sentyabr 1973cü il tarixdə verilmiş АЗ seriyalı, 190753 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X21 20 sentyabr 1973-cü il tarixdə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “İskəndərova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 30 avqust 1976-cı il tarixdə verilmiş V-ЖГ seriyalı, 257082 nömrəli, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 04 avqust 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 470989 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları X26 anaları Ərizəçi1 olan Ərizəçi2 xx xxxx 1976-cı il tarixdə Ərizəçi3 isə xx xxxx 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2856F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-ci il tarixli, 93 saylı sərəncamı ilə 0,06 ha torpaq sahəsi X8, X7, X12, X14, X22 və X16 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli, 2(059)-127/2010 saylı qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, X16 X17 övladlığına verilməsi ləğv edilmiş, X16 adına olan doğum haqqında akt qeydində ata adı X13 adı ilə qeyd olunmuş, eləcə də, X6 və ata adı X4 və adı ilə göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 fevral 2023-cü il tarixli, 3-21-3-31/2-İ-00xxxx/2023 nömrəli məktubundan görünür ki, ərizəçi tərəfə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2856F nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 19 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi2 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ad, soyad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2856F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi olaraq qeyd edilməli olan Ərizəçi1 yanlışlıqla soyadı “İsgəndərova”, ata adı “Mustafas” kimi, Ərizəçi2 yanlışlıqla soyadı “İsgəndərov”, ata adı “Cahid” kimi qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006cı il tarixli, JN seriyalı 2856F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X1 “İskəndərova”, ata adının isə “Mustafa”, 3-cü sırada qeyd edilən X2 “İskəndərov”, ata adının “Vahid” kimi olması (oxunması) faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə ərizənin “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 6-cı sırada qeyd edilən X3 “İsgəndərov”, ata adının “Vahid” kimi olması (oxunması) faktı müəyyən edilməsi”nə dair hissəsinə qiymət verərək, qeyd edir ki, bu halın artıq Siyəzən Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli, 2(059)-127/2010 saylı qətnaməsi ilə müəyyən edilməsi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2856F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X1 “İskəndərova”, ata adının isə “Mustafa”, 3-cü sırada qeyd edilən X2 “İskəndərov”, ata adının “Vahid” kimi olması (oxunması) faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-99/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-99/2023
13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver